SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar


Redaksiyamıza etibarlı mənbənin verdiyi məlumata görə, ötən gün Kəpəz Hospitalda ölüm hadisəsi baş verib. Həyatını itirən Tunil adlı qadın Almaniya vətəndaşı olub.Məlumata görə, qadının keçirdiyi estetik əməliyyatda adı əvvəllər Səhiyyə Nazirliyi tərəfindən estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.
Yenixeberorg.com: Belə uğursuz əməliyyatlardan biri də ötən ilin avqust ayının 15 də “Etalon" hospitalda baş verib. Mediatvaz.com xəbər verir ki,tanınmış psixoloq Nilufər Abdulla Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdullanın 3 azyaşlı uşağı qalıb. Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir.1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan bir neçə gün sonra yaşadığı evdə meyidi aşkarlanıb.Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir azyaşlı uşağı qalıb.Tunil adlı qadının ölümü isə üçüncü ölüm hadisəsi sayılır.Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə, Kəpəz Hospitala son altı ayda Ariz Cəbrayılov rəhbərlik edir.Redaksiya olaraq Kəpəz Hospitalın rəhbərliyinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. Yeni faktlar və rəsmi açıqlamalar olduqca material yenilənəcək.(metiatvaz.com)

İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?


Azərbaycan Respublikasının birinci Yitse Prezidenti
Hörmətli Mehriban xanım Əliyevaya
Ağayev Zabit Xanverdi oğlunun
Müraciəti.
Hörmətli Mehriban xanım!
Mən, Masallı rayonu, Əminli kənd sakini Ağayev Zabit Xanverdi oğlu, 27 yanvar 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qazma İşləri Trestində 6-cı dərəcəli maşinist vəzifəsində çalışmışam. 34 il ərzində neft sənayesində vicdanla və qüsursuz çalışmış, əmək fəaliyyətim dövründə hər hansı ciddi intizam pozuntusuna yol verməmişəm.
Lakin 31 mart 2026-cı il tarixində heç bir qanuni əsas göstərilmədən mənə bildirildi ki, çalışdığım ştat vahidinə başqa bir şəxs təyin olunub və özümə başqa iş yeri tapmalıyam. Mənə açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən azad ediləcəyəm.
Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati təzyiq və hədələrin nəticəsində yazılmışdır.Məni xüsusilə narahat edən məqamlardan biri də odur ki, bu qanunsuzluğu əsaslandırmaq üçün bəzi vəzifəli şəxslər ölkə rəhbərliyinin adından sui-istifadə edərək, yerimə gətirilən şəxsin guya "yuxarıların adamı" olduğunu bildirirdilər. Hesab edirəm ki, dövlət rəhbərliyinin adından bu cür istifadə edilməsi yolverilməzdir və araşdırılmalıdır.
Bu məsələ ilə bağlı Prezident Administrasiyasına, SOCAR rəhbərliyinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Təəssüf ki, müraciətlərim obyektiv araşdırılmamış, yalnız işdən çıxma ərizəmi özümün yazdığım əsas gətirilmişdir. Halbuki həmin ərizə mənim sərbəst iradəmin deyil, göstərilən təzyiqin nəticəsi olmuşdur.Hazırda 58 yaşım var. Uzun illər ağır və zərərli əmək şəraitində çalışdığım üçün güzəştli şərtlərlə pensiyaya çıxmağıma cəmi 3 il qalmışdır. Ömrünün 34 ilini dövlətin neft sənayesinə həsr etmiş bir işçinin pensiya ərəfəsində bu cür vəziyyətə salınması mənə və ailəmə ağır maddi və mənəvi zərbə vurmuşdur.
Fərdi pensiya hesabımda uzun illərin əməyi nəticəsində təxminən 120 000 manat pensiya kapitalı formalaşmışdır. Lakin işsiz qalmağım səbəbindən ailəmin maddi vəziyyəti kəskin pisləşmiş, bank qarşısında öhdəliklərimi yerinə yetirməkdə çətinlik çəkirəm.
Bundan əlavə, ailəmdə ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ailə üzvü vardır. Onun müalicəsi və daimi qayğısı ailəmiz üçün böyük maliyyə yükü yaradır. İşsiz qalmağım həmin şəxsin müalicəsinin davam etdirilməsini də ciddi təhlükə altına qoymuşdur.
Hörmətli Mehriban xanım!
Sizin ölkəmizdə sosial müdafiəyə, humanizmə və vətəndaşların problemlərinin həllinə göstərdiyiniz xüsusi diqqəti nəzərə alaraq, son ümid yeri kimi Sizə müraciət edirəm.
Sizdən xahiş edirəm:
-Müraciətimin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasına köməklik göstərəsiniz;
-İşdən çıxarılmağımın qanuniliyinin yoxlanılmasını təmin edəsiniz;
-Mənə qarşı göstərilmiş təzyiq və qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilməsinə dəstək göstərəsiniz;
-Dövlət rəhbərliyinin adından sui-istifadə etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına köməklik göstərəsiniz;
-Pozulmuş əmək hüquqlarımın bərpa olunmasına və əvvəlki iş yerimə qaytarılmağımın təmin edilməsinə dəstək olasınız.
İnanıram ki, müraciətimə həssaslıqla yanaşılacaq, qanunun aliliyi və sosial ədalət prinsipləri rəhbər tutulmaqla pozulmuş hüquqlarımın bərpası üçün lazımi tədbirlər görüləcəkdir.
Əvvəlcədən göstərəcəyiniz diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
İmza: _______
Ad, soyad: Ağayev Zabit Xanverdi oğlu
Ünvan: Masallı rayonu, Əminli kəndi
Telefon: 050 369 72 61
Qeyd: Yuxarıda qeyd olunan problemlə əlaqədar Ağayev Zabit Xanverdi oğlu, həm də başqa dövlət qurumlarına da müraciət etmişdir.
Mirvari Gahramanli

Teref

Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO



AZAL-IN NAXÇIVAN REYSLƏRİNDƏ NARAZILIQ: "İSTİ ÇAY LƏĞV EDİLDİ, SƏRNİŞİNLƏRƏ 20 QƏPİKLİK SU PAYLANILIR"

Milli aviadaşıyıcımız AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə sərnişin xidməti kəskin tənqid olunur! Böyük əziyyətlə və bilet qıtlığı ilə reysə düşən vətəndaşlar təyyarə daxilində xidmət standartlarının acınacaqlı vəziyyətə salınmasından şikayətçidirlər. Əvvəllər təklif olunan isti çay və qəhvə tamamilə yığışdırılıb, əvəzində isə keyfiyyəti şübhə doğuran ucuz sular paylanılır.(1xeber.media)

Ətrafli süjetdə!


Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib


Almaniya məhkəməsi 2025-ci ilin fevralında Münxendə nümayiş iştirakçılarının üzərinə avtomobil sürərək onların ölümünə səbəb olmuş şəxs ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə "Spiegel" yazır.

O, 2 qətl və 23 sui-qəsdə cəhddə, eləcə də digər cinayətlərdə təqsirli bilinib.

Məhkəmə cinayəti xüsusilə ağır hesab edib ki, bu da onun 15 ildən sonra vaxtından əvvəl şərti azadlığa buraxılma imkanını xeyli çətinləşdirir.

Qeyd edək ki, bundan əvvəl o, Münxendə avtomobili qəsdən nümayişçilərin üzərinə sürdüyünü etiraf edib.

Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.


Şəmkir rayonunun Qaracəmirli kənd sakini Şəkərova Xatirə Firail qızının Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş cərrahi əməliyyatdan iki gün sonra vəfat etməsi ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Xatirə Şəkərova 22 iyul 2026-cı il tarixdə uşaqlıq mioması ilə əlaqədar cərrahi əməliyyat olunub. Yaxınlarının bildirdiyinə görə, əməliyyatın həkim Rəsulov Ceyhun Fərrux oğlu və onun həyat yoldaşı Arzu Əskərova tərəfindən icra edildiyi bildirilir. Yaxınları iddia edirlər ki, ginekoloji xarakterli əməliyyat olmasına baxmayaraq, əməliyyatda müvafiq ixtisaslı ginekoloqun iştirakı olmamış və uğursuz əməliyyat icra edilmişdir.

Əməliyyatdan sonra Xatirə Şəkərovanın reanimasiya şöbəsinə deyil, palataya yerləşdirilərək, 22–24 iyul tarixlərində vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu müddətdə xəstədə davamlı və kəskin qusma, qarın nahiyəsinin nəzərə çarpacaq dərəcədə şişməsi və ümumi vəziyyətinin pisləşməsi müşahidə olunub.

İddiaya əsasən, 24 iyul 2026-cı ildə xəstənin vəziyyəti kritik həddə çatdıqdan sonra, ölümündən bir neçə dəqiqə əvvəl həkim Ceyhun Rəsulov tərəfindən reanimasiya tədbirləri görülüb. Lakin göstərilən tibbi yardıma baxmayaraq, Xatirə Şəkərova həmin gün vəfat edib.

Hadisədən sonra meyit Şəmkir Rayon Prokurorluğunun araşdırması çərçivəsində müayinə olunaraq məhkəmə-tibbi ekspertiza məqsədilə yarılıb. Yaxınlarının bildirdiyinə görə, meyit ailəyə təhvil verildikdən sonra qarın nahiyəsindəki tikiş yerindən çirkli və nəcisəbənzər mayenin xaric olması müşahidə edilib.

İlkin məlumatlarda ölümün əməliyyat zamanı bağırsağın zədələnməsi və bundan sonra yarana biləcək ağırlaşmalarla əlaqəli ola biləcəyi göstərilir.

Reportyor.tv

"Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur


"Aztelekom"un xidmətləri ilə bağlı abonentlərin narazılığı son vaxtlar daha da artıb. Xüsusilə M10 mobil tətbiqi vasitəsilə edilən internet ödənişlərinin saatlarla sistemdə əks olunmaması və xidmətin aktivləşdirilməməsi ciddi suallar yaradır.

M10 tətbiqində ödəniş uğurla həyata keçirilmiş kimi göstərilsə də, "Aztelekom" internet xidmətini aktivləşdirmir. Nəticədə istifadəçilər həm ödəniş etdikləri vəsaitin taleyindən xəbərsiz qalır, həm də saatlarla internetsiz qalırlar.

Bu problem artıq təsadüfi hal deyil, uzun müddətdir davam edən sistemli çətinliyə çevrilib. İstifadəçilər ödənişin M10 tərəfindən uğurla qəbul edildiyini görsələr də, "Aztelekom" sistemində həmin ödənişlər görünmür və ya emal edilmir.

Bundan əlavə, abonentlər problemin həlli üçün "Aztelekom"un müvafiq əlaqə nömrələrinə zəng etdikdə uzun müddət cavab ala bilmirlər. 170 Çağrı Mərkəzinə edilən zənglərdə də uzun gözləmə vaxtı yaranır və müraciətlər operativ cavablandırılmır.

Mövcud vəziyyət abonentlər arasında narazılığı daha da artırır. İstifadəçilər ödəniş etdikləri vəsaitin hansı səbəbdən xidmətə çevrilmədiyinin, problemin M10, yoxsa "Aztelekom" sistemindən qaynaqlandığının rəsmi şəkildə izah edilməsini tələb edirlər.

Qeyd edək ki, hazırkı vəziyyətlə bağlı "Aztelekom" tərəfindən hər hansı rəsmi açıqlama verilmir və bu nömrələrə düşmək mümkün deyil.

Bizimesr.media

TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı


TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.

Tenderin qalibi “Tibb Texnikasının Təmiri Zavodu” ASC (VÖEN: 1800168101) olub. Tərəflər arasında 2 milyon 604 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Qurum tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələrinin satın alınması üçün “Diamed CO” MMC-ni (VÖEN: 1503546911) seçib. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 3 milyon 642 min manat təşkil edib.

Qeyd edək ki, “Tibb Texnikasının Təmiri Zavodu” ASC 1993-cü ildə yaradılıb. Nizamnamə kapitalı 1 milyon 850 min manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Cavanşir Möhübət oğludur. Şirkətin dövlətə 4 min 807 manat vergi borcu var.

“Diamed CO” MMC isə 2017-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 9 milyon 520 min manat, qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.

"Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur


"Roblox Corporation” 2026-cı ilin ikinci rübü üzrə məyusedici maliyyə nəticələri açıqlayıb və problemləri yeni viral oyunların olmaması ilə əlaqələndirib. Şirkətin bazar dəyəri 70 milyard dollar azalıb, səhmləri isə eyni dövrdə 70 faiz ucuzlaşıb.

Bu barədə "Dexerto” yazır.

Hesabata əsasən, 2026-cı ilin ikinci rübündə gündəlik aktiv istifadəçilərin sayı 123 milyona düşüb. Halbuki 2025-ci ilin üçüncü rübündə bu göstərici rekord həddə — 152 milyon istifadəçiyə çatmışdı.

Şirkət həmçinin bildirib ki, istifadəçi xərclərinin həcmi illik müqayisədə yalnız 8 faiz artıb. Halbuki əvvəlki dövrlərdə bu göstəricidə daha sürətli artım müşahidə olunurdu.

"Roblox”un maliyyə direktoru Naveen K. Çopra gəlirlərin azalmasını oyunçuların marağının 2025-ci ilin yüksək gəlirli hitlərindən daha aşağı saatlıq monetizasiyaya malik oyunlara yönəlməsi ilə izah edib.

Vəziyyəti daha da çətinləşdirən amillərdən biri yeni tövsiyə sisteminin tətbiqi olub. Bu sistem qısamüddətli gəliri maksimum artırmaqdan daha çox oyunçuların platformada uzun müddət qalmasına yönəlib.

Şirkət 2026-cı ilin tam ili üçün maliyyə proqnozu təqdim etməkdən imtina edib. "Morningstar” analitik şirkəti isə "Roblox”un nəticələrini "dəhşətli” adlandıraraq istifadəçi aktivliyi və xərclərlə bağlı əsas göstəricilərin demək olar ki, hamısında mənfi dinamika olduğunu vurğulayıb.

Analitiklər qeyd edirlər ki, "Roblox”un əsas problemi ayrı-ayrı viral layihələrin təsadüfi uğurundan asılı olmasıdır. İstifadəçilər yeni maraqlı oyunlar tapa bilmədikdə platformada daha az vaxt keçirir və oyun daxili valyuta olan "Robux”u daha az alırlar.

Daha əvvəl məlum olmuşdu ki, "Rockstar” şirkəti "GTA 6 Online” üçün ideyalar toplamaq məqsədilə "Roblox” və "Fortnite” yaradıcıları ilə görüşüb. Şirkət istifadəçilər tərəfindən hazırlanan məzmunu inkişaf etdirmək istəyir.

Qaynarinfo

Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir


Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində aparılan direktor dəyişikllərinin növbəti mərhələsinə start verildiyi bildirilir. Son aylarda ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən peşə məktəblərində rəhbər dəyişikliyi həyata keçirilib, yeni direktorlar təyin olunub. Məlumatlara görə, bu proses yaxın aylarda daha geniş miqyas alacaq.

Bizimesr.media-ya daxil olan məlumata əsasən, Agentliyin direktoru İlqar Bayramlının əmri ilə həyata keçirilən dəyişikliklər bununla məhdudlaşmayacaq. Bildirilir ki, daha onlarla peşə təhsili müəssisəsində direktor dəyişikliyi və yeni təyinatlar nəzərdə tutulur.

Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi artıq bir neçə peşə təhsili müəssisələrinin rəhbərlərinin bəzi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara təqdimatlar göndərilib və araşdırmalara başlanılıb. İddialara əsasən, yoxlamaların nəticəsindən asılı olaraq həmin direktorların vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul oluna bilər.

Məlumatda qeyd olunur ki, növbəti kadr dəyişiklikləri həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən peşə təhsili mərkəzlərini əhatə edəcək. Son təyinatlarda olduğu kimi, yeni qərarlarda əsasən qadın namizədlərə üstünlük verilməsi nəzərdə tutulur.

Bizimesr.media-nın əldə etdiyi məlumata görə, rəhbər dəyişikliyi gözlənilən müəssisələrdən bəziləri bunlardır:

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Hazırda direktor vəzifəsini icra edən Əlağa Kərimovun vəzifədən uzaqlaşdırılacağı, mərkəzə isə yeni xanım direktorun təyin ediləcəyi gözlənilir.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Direktor Pərviz Həmzəyevin də vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Mənbənin bildirdiyinə görə, mərkəzin direktoru Xalidə Hümbətovanın Bakı şəhərinin ən yaxşı Peşə Mərkəzlərindən birinə direktor təyin ediləcəyi gözlənilir.

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi - Məlumata əsasən, bu Mərkəzdə aparılan yoxlamalar artıq başa çatıb. İddialara görə, mərkəzin direktoru Gülşən Ömədovanın vəzifədən uzaqlaşdırılması nəzərdə tutulur. Boşalacaq direktor vəzifəsinə hazırda həmin mərkəzdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışan Aynurə müəllimin təyin olunması nəzərdən keçirilir.

Qeyd edək ki, bu xanım əvvəllər Qəbələ Peşə Təhsil Mərkəzində çalışıb və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə Agentliyin hazırkı direktoru İlqar Bayramlının təyinatından əvvəl, Agentliyin direktor vəzifəsini müvəqqəti icra edən Simnar Məmmədovun dövründə gətirilib. Yəni, Simnar mamedovun kadr olaraq bilinir.

Diğər məlumata görə, təxminən üç ay əvvəl Neftçala Peşə Məktəbində də yoxlamalar aparılıb. Hazırda həmin yoxlamaların nəticələrinin qiymətləndirildiyi və yaxın vaxtlarda məktəbin direktoru Taryel Yaqubovun da vəzifəsinin dəyişdirilməsinin gündəmdədir.

Bununla yanaşı, növbəti mərhələdə Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinin rəhbərləri ilə bağlı da kadr qərarlarının veriləcəyi gözlənilir.

Bizimesr.media

Xəbər lenti

SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar
14:52
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
12:45
Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
12:19
Yeni agentliyin mətbuat katibi o oldu - Foto
11:41
Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO
11:09
"Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var
10:25
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
09:55
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
09:15
DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
19:05
Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
18:05
Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
17:28
"Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
16:55
TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
16:40
"Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
15:54
Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
15:22
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
14:50
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
13:13
29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
12:53