Səhiyyə - Xebermedia.info
Səkinə Sadıxova hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib? -
XALQ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, layihəyə əlavə olunan 3-cü bənd – yəni, bu əməli ilk dəfə törətmiş şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi – daha ciddi və prinsipial yanaşma tələb edir:
“Burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır. İcazə verin, konkret faktlara diqqətinizi yönəldim. Birinci fakt: Qobustan və Şamaxı Rayon Mərkəzi Xəstəxanalarının sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2(külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2025 ci ildə ittiham olunmuş, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda – “Batıgöz” klinikasında və bir neçə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərib. İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.
Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir. Hesab edirəm ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq 3-cü bənd bu şəkildə tamamlana bilər. Mən bu korreksiyanı təklif edirəm: “Bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir”. Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Biz dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməliyik, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməliyik və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.
TƏBİB-in ağlasığmaz qərarı: Dövlət stomatoloji kabinetlərinin ləğvi kimə və nəyə xidmət edir?
Uzun illər ərzində dövlət stomatoloji kabinetləri aztəminatlı ailələr, yaşlılar, tələbələr və regionlarda yaşayan insanlar üçün yeganə əlçatan tibbi yardım mənbəyi olub. Bu müəssisələrdə xidmətlər ya pulsuz, ya da minimal ödənişlə göstərilirdi. Bir çox insan üçün məhz bu kabinetlər diş sağlamlığını qorumağın yeganə yolu idi. İndi isə bu imkanlar aradan qaldırılır və vətəndaşlar məcburi şəkildə bahalı özəl klinikalara yönləndirilir. Nəticədə maddi imkanı olmayan insanlar müalicədən imtina etməyə, xəstəliklərini illərlə içində saxlamağa məcbur qalırlar.
Dövlət stomatoloji xidmətlərinin ləğvi sosial bərabərsizliyi daha da dərinləşdirir. Özəl klinikalarda sadə bir müayinə, plomb və ya diş çəkilməsi belə bir çox ailənin aylıq büdcəsinə ciddi təsir göstərir. Xüsusilə regionlarda yaşayan və sabit gəliri olmayan vətəndaşlar üçün bu qiymətlər əlçatmazdır. Bir çox rayon və kəndlərdə alternativ xidmət olmadığı üçün insanlar müalicə üçün paytaxta gəlməyə məcbur qalır, bu isə əlavə yol xərcləri, vaxt itkisi və sosial gərginlik yaradır.
Daha acınacaqlısı isə özəl sektorda fəaliyyət göstərən həkimlərin hamısının peşəkar olmamasıdır. Heç bir ali tibbi təhsili olmayan, qısa müddətli kurslar və ya şübhəli sertifikatlar əldə edərək özünü stomatoloq kimi təqdim edən şəxslər də rahatlıqla klinika açır və fəaliyyət göstərir. Dövlət nəzarətinin zəif olduğu bu sahədə belə şəxslər insanların sağlamlığı üzərindən qazanc əldə edir. Yanlış müalicə, sterilizasiya qaydalarına əməl edilməməsi, keyfiyyətsiz materiallardan istifadə ağır fəsadlara, yoluxucu xəstəliklərə və uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur. Vətəndaş isə əksər hallarda bu risklərin fərqində olmadan öz sağlamlığını etibarsız əllərə etibar edir.
Elçin Bayramlı
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Bayramlı vəziyyəti ciddi sosial problem kimi dəyərləndirir:
“Dövlət stomatoloji xidmətlərinin ləğvi yalnız tibbi məsələ deyil, eyni zamanda sosial təhlükəsizlik məsələsidir. Bu qərar aztəminatlı təbəqəni faktiki olaraq səhiyyə sistemindən kənarda qoyur və cəmiyyətdə sosial narazılığı artırır. Elə bir vəziyyət yaranır ki, sağlamlıq artıq hüquq deyil, imkana çevrilir. Pulu olan müalicə olunur, olmayan isə ağrısı ilə yaşamağa məcbur qalır. Bu isə cəmiyyətdə dərin sosial uçurum yaradır. Dövlət səhiyyəsi zəiflədikcə, insanlar özlərini tək və müdafiəsiz hiss edirlər. Bu, gələcəkdə həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olacaq”.
Elçin Bayramlı həmçinin qeyd edir ki, dövlət sektorunun zəiflədilməsi özəl sektorun nəzarətsiz şəkildə böyüməsinə şərait yaradır:
“Nəticədə keyfiyyət yox, qazanc əsas meyara çevrilir. Bu isə səhiyyənin humanist mahiyyətinə ziddir.
Stomatoloji kabinetlərin ləğvi əvəzinə onların maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının yaxşılaşdırılması və xidmət keyfiyyətinin artırılması daha məqsədəuyğun olardı. Dövlət sektorunun zəiflədilməsi yox, əksinə, gücləndirilməsi vətəndaşların sağlamlığının qorunmasına real töhfə verə bilərdi. Bununla yanaşı, özəl klinikaların fəaliyyəti üzərində ciddi və şəffaf nəzarət mexanizmləri yaradılmalı, saxta “həkimlərin” qarşısı qətiyyətlə alınmalıdır”.
“Hazırkı vəziyyət isə göstərir ki, qəbul edilən qərarlar əhalinin real ehtiyacları nəzərə alınmadan verilir. Dövlət stomatoloji kabinetlərinin ləğvi minlərlə insanın tibbi yardıma çıxışını məhdudlaşdırır, sosial narazılığı artırır və səhiyyə sisteminə inamı zəiflədir. Bu qərarın yenidən nəzərdən keçirilməsi, ictimai rəyin və mütəxəssis fikirlərinin nəzərə alınması artıq zərurətə çevrilib. Əks halda, sağlamlıq sahəsində yaranan bu boşluq gələcəkdə daha ciddi problemlərə yol aça bilər”, – deyə sosioloq yekunda qeyd edib.
Tunar
Günay Əli
Füzulidə səhiyyə QALMAQALI -
Natiq Şükürov
NOCOMMENT.az xəbər verir ki, o, xüsusilə Füzuli Diaqnostika Mərkəzinin fəaliyyətinin dayandırılması və infrastrukturunun dağıdıldığını bildirib.
Şükürov qeyd edib ki, mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb və uzun illər ərzində yüksək səviyyəli tibbi xidmət göstərib. Onun sözlərinə görə, deputat və ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə burada bir neçə dəfə ödənişsiz açıq ürək əməliyyatları həyata keçirilib. Ümumilikdə onlarla xəstə, o cümlədən anadangəlmə ürək qüsuru olan uşaqlar uğurla əməliyyat olunub.
Keçmiş direktor vurğulayıb ki, bu cür əməliyyatların aparılması üçün yüksək texniki təchizata malik cərrahi blok və reanimasiya şöbəsi mövcud olub. Həmin infrastrukturun 44 günlük Vətən müharibəsi zamanı da mühüm rol oynadığını deyən Şükürov iddia edir ki, mərkəzdə minə yaxın ağır yaralı hərbçi əməliyyat olunaraq xilas edilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olduğu dövrdə bu imkanlar qorunub saxlanılıb. Lakin daha sonra idarəetmə İTS və TƏBİB-ə keçdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.
Şükürov iddia edir ki, hazırda həmin cərrahi blok tamamilə yararsız vəziyyətə salınıb. O, hətta divarlardan oksigen xətləri üçün çəkilmiş mis boruların sökülərək satıldığını, reanimasiya şöbəsinin və əməliyyat blokunun isə anbar kimi istifadə edildiyini bildirib.
Keçmiş direktor bu prosesi “səhiyyəyə vurulan dağıdıcı zərbə” kimi qiymətləndirib və məsul şəxslərin Zaur Əlİyevin, Hikmət İbrahimlinin və Vüqar Qubanovun fəaliyyətini sərt şəkildə tənqid edib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı TƏBİB və digər adı çəkilən qurumların mövqeyi hələlik açıqlanmayıb.
Adı çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.
“Azərturkmed Hospital” və həkim Elnur Rzayev niyə susur? - ŞİKAYƏT
Son illər səhiyyə sahəsində vətəndaşların hüquqlarının qorunması məsələsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Təəssüf ki, bəzi hallarda vətəndaşların şikayətləri lazımi səviyyədə araşdırılmır, məsul şəxslər isə suallardan yayınaraq susqun mövqe nümayiş etdirirlər. Belə hallardan biri də vətəndaş Nuray Abdullayevanın iddiaları ilə bağlıdır.
Şikayətçi Nuray Abdullayeva Xəbərmedia.info redaksiyasına müraciət edərək bildirib ki, o, 12 aprel 2024-cü il tarixində “Azərturkmed Hospital” tibb müəssisəsində həkim Elnur Rzayev tərəfindən tibbi xidmət alıb. Onun sözlərinə görə, göstərilən tibbi xidmət zamanı lazımi tibbi müayinələr aparılmayıb, tibbi müdaxilə düzgün icra edilməyib və pasientə qarşı kobud və laqeyd münasibət sərgilənib.
Şikayətçi bildirir ki, baş verən hadisə onun həm sağlamlığına, həm də psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərib.
Polisə müraciət edilib, amma nəticə yoxdur
Nuray Abdullayevanın sözlərinə görə, məsələ ilə bağlı o, 18 aprel 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Bundan sonra o, Xətai rayon polis bölməsinə çağırılıb. Şikayətçinin bildirdiyinə görə, polis əməkdaşı Nüsrəddin Hüseynov onunla əlaqə saxlayaraq bölməyə yaxınlaşmasını və ərizə ilə izahat verməsini tələb edib.
Xanım polis bölməsinə yaxınlaşaraq rəsmi qaydada ərizə və izahat təqdim etsə də, aradan təxminən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq müraciəti üzrə hər hansı nəticə əldə olunmayıb. Şikayətçinin sözlərinə görə, onun müraciəti üzrə lazımi araşdırma aparılmayıb və ərizə icraata götürülmədən bağlanıb.
Bu isə ciddi suallar yaradır: vətəndaşın şikayəti niyə araşdırılmayıb? Həqiqətən də tibbi səhlənkarlıq olubmu? Əgər olmayıbsa, niyə rəsmi izahat verilmir?
Redaksiyanın sorğusu cavabsız qaldı
Məsələ ilə bağlı Xəbərmedia.info redaksiyası Kütləvi İnformasiya Vasitələri haqqında qanunun tələblərinə uyğun olaraq adı çəkilən şəxslərin mövqeyini öyrənmək məqsədilə sorğu göndərib.
Sorğuda aşağıdakı məsələlərə aydınlıq gətirilməsi xahiş olunub:
- Elnur Rzayevin “Azərturkmed Hospital” tibb müəssisəsində həkim kimi fəaliyyət göstərib-göstərməməsi
- Nuray Abdullayevaya tibbi xidmət göstərilib-göstərilməməsi
- Pasientin lazımi müayinə aparılmaması, tibbi müdaxilənin düzgün icra edilməməsi və kobud davranış barədə iddialara münasibət
- Bu məsələ ilə bağlı tibb müəssisəsi tərəfindən hər hansı araşdırmanın aparılıb-aparılmaması
- Həkimin tibbi təhsil aldığı ali təhsil müəssisəsi və ixtisası
- Azərbaycan Respublikasında plastik-cərrah kimi fəaliyyət göstərmək üçün rəsmi icazə və ya sertifikatın olub-olmaması
Redaksiya həmçinin mövcud olduğu təqdirdə həmin sertifikat və ya icazə sənədinin surətinin təqdim edilməsini də xahiş edib.
Lakin sorğunun göndərilməsinə baxmayaraq nə həkim Elnur Rzayevdən, nə də adı çəkilən tibb müəssisəsindən redaksiyaya hər hansı cavab daxil olmayıb.
Susmaq nə deməkdir?
İctimai əhəmiyyət kəsb edən belə ciddi iddialar qarşısında susmaq bir çox hallarda cəmiyyətdə haqlı suallar doğurur. Əgər səsləndirilən ittihamlar əsassızdırsa, niyə aydın və rəsmi mövqe açıqlanmır? Niyə vətəndaşın iddiaları faktlarla təkzib edilmir?
Unutmaq olmaz ki, səhiyyə sahəsində baş verən hər bir məsələ birbaşa insan həyatı və sağlamlığı ilə bağlıdır. Belə iddiaların cavabsız qalması isə yalnız bir vətəndaşın deyil, bütövlükdə cəmiyyətin narahatlığına səbəb olur.
Cəmiyyət cavab gözləyir
Bu gün vətəndaşın şikayəti ilə bağlı bir sıra açıq suallar qalmaqdadır:
- Tibbi xidmət zamanı həqiqətən səhlənkarlıq olubmu?
- Pasientin hüquqları pozulubmu?
- Polisə edilən müraciət niyə nəticəsiz qalıb?
- Həkimin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğundurmu?
Bu suallar cavabsız qaldıqca məsələ daha da ciddi ictimai rezonans doğurur. Redaksiya bildirir ki, qarşı tərəfin mövqeyi təqdim ediləcəyi təqdirdə dərc etməyə hazırdır.
Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -Araşdırma
Yenidən eyni əməllər eyni şikayətlər.
Son dövrlər sosial şəbəkələrdə vasitəsilə həyata keçirilən qanunsuz estetik əməliyyatlarla bağlı yeni iddialar gündəmə gəlib.
XALQ-a daxil olan məlumata görə, əvvəllər də müxtəlif şikayətlərlə gündəmə gələn Xəyalə İsmayılova yenidən estetik əməliyyatlar həyata keçirməkdə ittiham olunur.
İddialara əsasən, Xəyalə İsmayılova hazırda Bakıxanov qəsəbəsində yerləşən “NovoMed” klinikasının zirzəmisində qeyri-qanuni şəkildə estetik əməliyyatlar aparır. Halbuki rəsmi məlumatlara görə onun müvafiq ali və ya orta ixtisas tibbi təhsili, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi yoxdur.
Məlumata görə, bədən şəkilləndirmə, üz gərmə və digər estetik prosedurlar üçün pasiyentlər əsasən “nmedestetik” “TikTok” platformasında yerləşdirilən elanlar vasitəsilə cəlb olunur. Pasiyentlərlə ilkin əlaqəni isə Orxan adlı şəxs qurur. O, müxtəlif vədlərlə insanları əməliyyata razı salır və onlardan ödəniş alır.
Belə hallardan birində pasiyentə burun kiçiltmə əməliyyatı üçün 450 manat ödəniş etməsi təklif olunur. Pasiyent həkimin kim olduğunu soruşduqda ona əməliyyatı ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadənin həyata keçirəcəyi bildirilir. Lakin əməliyyat günü pasiyent “NovoMed” klinikasına gəldikdə qarşısında sosial şəbəkələrdə saxta estetik əməliyyatlarla bağlı ifşa olunan Xəyalə İsmayılovanı görür. Bu vəziyyətdən şübhələnən pasiyent əməliyyatdan imtina edərək ödəniş etdiyi məbləğin geri qaytarılmasını tələb edir.
( Videoda pasiyentlə 0705280520 telefon nömrəsi ilə Orxan adlı şəxs yazışır və həkimin Məryəm Həsənzadə olduğunu “Novomed” klinikasının konumunu  bildirir)
Qeyd edək ki, bundan əvvəl də oxşar hadisə mediada geniş müzakirə olunub. Belə ki, ARB televiziyasında yayımlanan süjetdə Cəmalə Rüstəmova adlı vətəndaşın həkim savadsızlığının qurbanı olduğu bildirilirdi. O, “TikTok”da gördüyü reklama inanaraq 400 manat qarşılığında əməliyyat üçün Xəyalə İsmayılova klinikaya müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar, hətta çürümələr yarandığı qeyd olunub.
Zərərçəkən məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinikanın bağlandığı bildirilib. Lakin iddialara görə, o, fəaliyyətini qeyri-rəsmi şəkildə davam etdirərək sosial şəbəkələr vasitəsilə pasiyent toplamaqda davam edir.
XALQ-ın əldə etdiyi məlumatda bildirilir ki, əməliyyat üçün ödənişlər “card to card” üsulu ilə həyata keçirilir və vəsait 5008-lə bitən bank kartına köçürülür. Məkan kimi isə Bakxanov qəsəbəsində yerləşən “NovoMed” Tibb Mərkəzi göstərilir.
Məsələ ilə bağlı “NovoMed” klinikasının səlahiyyətlisi kimi özünü təqdim edən Elçin Mehdiyev bildirib ki, Xəyalə İsmayılova həmin klinikada çalışmır və bu barədə onların məlumatı yoxdur. Onun sözlərinə görə, klinika həmin məkanda yeni fəaliyyətə başlayıb və yaxınlıqda başqa bir obyekt də mövcuddur.
Lakin bir müddət sonra Orxan adlı şəxs əlaqə saxlayaraq özünü Xəyalə İsmayılovanın köməkçisi kimi təqdim edib. O bildirib ki, Xəyalə İsmayılova əməliyyat etmir və yalnız vasitəçi kimi estetik əməliyyat etdirmək istəyən şəxsləri yönləndirir. Həmin şəxs iddia edib ki, “NovoMed” klinikası Xəyalə İsmayılovanın anasına məxsusdur, lakin əməliyyatları başqa həkim həyata keçirir.
Pasiyentin əməliyyat zamanı Xəyalə İsmayılovanı görməsi ilə bağlı suala isə Orxan adlı şəxs aydın cavab verməkdən yayınıb. Daha sonra isə özünü Orxan Nağızadə kimi təqdim edən şəxs telefon vasitəsilə əməkdaşımıza təhdid və şantaj xarakterli səs yazısı göndərib.
Qeyd edək ki,  Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyasında deyilə Məryəm Həsənzadənində adı  belə yoxdur
Orxan adlı şəxsin sosial platformalarda açdığı və pasiyentlərlə əlaqəyə keçərək cəlb etdiyi səhifələri təqdim edirik:
Həmçinin iddialara görə heç bir ali tibbi təhsili olmayan Orxan Nağızadə adlı şəxsdə saç simulyasiyası və buxaq estetik prosedurları icra edir.
Əldə olunan yazışmalarda qeyd olunur ki, 450 manat qarşılığında əməliyyatı Məryəm adlı həkim həyata keçirəcək. Ödəniş edildiyini təsdiqləyən qəbz və yazışmalar da mövcuddur. Lakin əməliyyat zamanı Xəyalə İsmayılovanın ortaya çıxması suallar yaradır: bütün bunlar təsadüfdür, yoxsa vətəndaşlar üçün qurulan bir tələ?
Hazırda mediada yayılan məlumatlar və videogörüntülər əsasında Baş Prokurorluqda araşdırma aparıldığı bildirilir.
Ümid edirik ki, hüquq-mühafizə orqanları bu iddiaları hərtərəfli araşdıraraq qanunsuz fəaliyyətlə bağlı lazımi tədbirlər görəcək.
Araşdırma davam edir. Məsələ ilə bağlı adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.