ARZUM999-ə dəstək çağırışı edən Nigar Fərhadın öz şirkəti ilə bağlı iddialar niyə cavabsız qalır?

Cəmiyyət 5-07-2026, 16:30


Sosial şəbəkələrdə "Arzum999" kimi tanınan İlduza Hacıyevanın məhkəmə hökmündən sonra məsələyə münasibət bildirən şəxslər arasında Nigar Fərhad da yer alıb. O, mərhumun ailəsinə müraciət edərək humanist mövqe nümayiş etdirməyə və bağışlanma çağırışı etməyə çalışıb.
Lakin bu paylaşım sosial şəbəkələrdə fərqli müzakirələrə də səbəb olub. Bir sıra istifadəçilər sual edirlər ki, Nigar Fərhadın rəhbərlik etdiyi şirkətlə bağlı daha əvvəl müxtəlif şəxslər tərəfindən səsləndirilən çoxsaylı şikayət və vəsaitlərin mənimsənilməsi barədə iddialar niyə indiyədək ictimaiyyət qarşısında ətraflı cavablandırılmayıb?
Sosial şəbəkələrdə yayılan rəylərdə "başqasına dəstək verməzdən əvvəl öz fəaliyyəti ilə bağlı iddialara aydınlıq gətirməlidir" fikirləri də səsləndirilir.
Bununla yanaşı, qeyd edilməlidir ki, sözügedən iddialarla bağlı məhkəmə tərəfindən qüvvəyə minmiş hər hansı yekun qərar barədə redaksiyamızda rəsmi məlumat yoxdur. Bu səbəbdən həmin iddialar hüquqi baxımdan yalnız iddia xarakteri daşıyır.
Əgər Nigar Fərhad və ya təmsil etdiyi şirkət məsələ ilə bağlı mövqeyini redaksiyamıza təqdim edərsə, qarşı tərəfin cavabı olduğu kimi dərc olunacaq.
İctimaiyyət isə hesab edir ki, cəmiyyət qarşısında mövqe sərgiləyən hər bir tanınmış şəxs eyni zamanda öz fəaliyyəti ilə bağlı səslənən suallara da şəffaf şəkildə cavab verməlidir.(BnTv.az)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56