Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video


8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansardında yeni mənzil tikərək, sosial şəbəkədə elan veriblər. Üç otaqdan ibarət 56 kavadratmetrlik yeni tikilinin qiyməti 125 min manata təklif edilb.

Mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133,  Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksindədir.  

Sakinlər deyir ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.

Komendant isə bildirib ki, kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışlar bitib.(“Qafqazinfo”)

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq


Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların əksəriyyəti köhnə və baxımsız binalarda yerləşir, maddi-texniki bazası zəifdir, yeni kitab fondları ilə təminat qənaətbəxş deyil. Ən böyük problemlərdən biri isə insanların, xüsusilə də gənclərin kitabxanalardan uzaqlaşmasıdır.


Bizimesr.com bildirir ki, belə bir şəraitdə cəmiyyət kitabxanaların necə canlandırılacağını, oxucuların bu mədəniyyət ocaqlarına necə cəlb ediləcəyini, kitab fondlarının necə yenilənəcəyini gözlədiyi halda, Mədəniyyət Nazirliyindən fərqli istiqamətdə açıqlama gəldi.


Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu ildən kitabxanalarda çalışan informasiya texnologiyaları ixtisasları üzrə minə yaxın şəxsin attestasiyası keçiriləcək. Növbəti ildə isə bütövlükdə kitabxana sistemində çalışan əməkdaşların attestasiyası nəzərdə tutulur. Nazir qeyd edib ki, attestasiya nəticəsində peşəkar hesab olunan şəxslər fəaliyyətlərini davam etdirəcək, uyğun hesab edilməyənlər barədə isə qanunvericiliyə uyğun tədbirlər görüləcək.


İlk baxışdan bu qərar kitabxana sistemində peşəkarlığın artırılması kimi təqdim oluna bilər. Lakin məsələ daha dərindən araşdırıldıqda ortaya ciddi suallar çıxır.


Bu gün Azərbaycan kitabxanalarının əsas problemi həqiqətən işçilərdirmi?


Uzun illərdir rayonlarda, kəndlərdə, şəhərlərdə fəaliyyət göstərən kitabxanaçılar çox zaman aşağı maaşla, çətin şəraitdə çalışıblar. Bir çox kitabxanalar qışda istiliksiz, yayda isə yararsız şəraitdə fəaliyyət göstərir. Buna baxmayaraq, həmin insanlar onilliklər ərzində kitab fondlarını qoruyub saxlayıb, minlərlə oxucuya xidmət göstəriblər. İndi isə belə görünür ki, kitabxanaların problemlərinin əsas səbəbi kimi məhz həmin əməkdaşlar göstərilir.


Əslində isə kitabxanaların böhranının səbəbi tamamilə başqa məsələlərdir. Kitabxanalar illərlə diqqətdən kənarda qalıb. Yeni texnologiyaların tətbiqi zəif olub. Oxucular üçün cəlbedici layihələr həyata keçirilməyib. Müasir kitab fondlarının formalaşdırılması istiqamətində ciddi addımlar atılmayıb. Bir çox kitabxanalar bu gün də sovet dövründən qalmış inventar və yanaşmalarla fəaliyyət göstərirlər.


Belə olan halda sual yaranır: Problemi yaradan sistemdirsə, niyə ilk növbədə həmin sistemdə çalışan insanlar hədəfə çevrilir?


Əlbəttə, attestasiya və peşəkarlığın qiymətləndirilməsi hər bir sahədə vacibdir. Lakin bu proses cəzalandırma və işdən uzaqlaşdırma vasitəsinə çevrilməməlidir. Kitabxanaçı yalnız kompüter proqramlarından istifadə edən şəxs deyil. O, həm də kitabları tanıyan, oxucularla işləməyi bacaran, ədəbiyyatı sevən və mədəniyyət daşıyıcısı olan insandır. Bu gün uzun illər kitabxanada çalışan, minlərlə kitabın yerini əzbər bilən, oxuculara düzgün istiqamət verən bir əməkdaşın yerinə sadəcə "Word" proqramında işləməyi bacaran şəxsin gətirilməsi kitabxananın problemlərini həll etməyəcək.


Əksinə, bu yanaşma kitabxanaçılıq təcrübəsinin və peşəkar yaddaşın itirilməsinə səbəb ola bilər.


Kitabxanaların inkişafı üçün ilk növbədə onların maddi-texniki bazası gücləndirilməli, binalar təmir edilməli, elektron xidmətlər genişləndirilməli, müasir kitab fondları yaradılmalı və gənclər üçün maraqlı layihələr həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində kitabxanalar artıq sadəcə kitab saxlanılan yer deyil. Onlar təhsil, mədəniyyət, innovasiya və ictimai fəaliyyət mərkəzlərinə çevriliblər.


Azərbaycanda da kitabxanaları yaşatmaq üçün əsas məqsəd insanları bu məkanlara qaytarmaq olmalıdır. Oxucu olmayan kitabxananın nə qədər attestasiya keçirilməsinin isə heç bir mənası yoxdur.(Bizimesr.com)

Yağış bəhanəsi ilə QANUNSUZ TİKİNTİ... - BU NƏDİ BELƏ?


Binəqədi rayonu ərazisində qanunsuz tikintilərlə bağlı mediada və sosial platformada dəfələrlə vətəndaş şikayətləri yayımlanıb.

Xalq -ın xəbərinə yenidən Binəqədi rayon Biləcəri qəsəbəsində qanunsuz tikinti aparıldığı iddia olunur.

Biləcəri qəsəbəsində fəaliyyət göstərən Rəşid İsmaylov 70 ünvanında yerləşən “Aliço” ailəvi restoranında qanunsuz tikinti aparıldığı bildirilir. Təmir adı altında artırma aparılması bir çox suallar ortaya çıxarır.

Belə bir məlumat sosial platformada yayılıb. Bildirilir ki, “Aliço” ailəvi restoranında otaqlar sökülüb və genişləndirilir.

Aparılan tikinti ilə bağlı “Aliço” restoranı ilə əlaqə yaratdıq. Restorandan İlham Babayev əməkdaşımıza bildirib ki, bir neçə gün öncə yağan güclü yağışlarda restoranın ərazisində olan otaqları dam örtüyü zədələnib və aparılan iş dam örtüyünün dəyişilməsi ilə bağlıdır.

Lakin müşahidələrimiz onu deməyə əsas verir ki, yağış tək dam örtüyünün dəyəşdirilməsinə səbəb göstrilsədə ərazidə olan otaqlar divarlarıda sökülərək genişləndirilməsi üçün daşlar və digər tikinti materialları gətirilib.

Yağan yağış restoranın ərazisində yerləşən bütün otaqlarının dam örtüyünü sıradan çıxarıb? Bu suala isə cavablandırılmadı. Belə hallar ilk deyil bu sxem üzrə qanunsuz tikinti və artırma işləri aparılması mütəmadi müşahidə olunur. Tətil günləri və yaxud hər hansı bir hadisədən sui-istifadə edən qanunsuz tikinti aparılması üçün məmurlarda hansısa şərtlər göz yumurlar.

Qeyd edək ki, “Aliço” ailəvi restoranında dam örtüyünün dəyişilməsi adı altında obyektin həyətində ciddi şəkildə tikinti aparılır və bunu aidiyyatı qurumlardan gizlədir.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətində münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)

Xəbər lenti

İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
16:02
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
15:28
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
14:59
Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO
14:28
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
13:08
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
12:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
12:04
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
11:24
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
10:39
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
10:23
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
09:58
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
09:27
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53