Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları


Azərbaycanın təhsil sistemində STEAM layihəsi ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin edilir. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.
Lakin dövlət satınalmaları portalının (satinalma.gov.az) rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.
Tenderin görünən qalibləri, əslində…

Bu araşdırmada əsas məqsəd sadəcə “STEAM üçün nə qədər pul xərclənib?” sualına cavab tapmaq deyil. Öncə bu sualllara cavab tapmalıyıq – şirkətlər Elm və Təhsil Nazirliyinin tenderlərini necə qazanıb, avadanlıqlar hansı qiymətlərlə alınıb, bu prosesdə eyni şəxslərin və ya əlaqəli şirkətlərin təkrar-təkrar qarşıya çıxmasının səbəbi nədir?
Topladığım məlumatlara əsasən, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
“İSTEAM MMC” vasitəsilə xərclənən külli miqdarda vəsaitlərin nazir E.Əmrullayevin ailə çevrəsinə və yaxınlarına yönəldilməsi ilə bağlı ciddi suallar yaranır.
Aşağıdakı (cədvəldəki) göstəricilərdən aydın olur ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.

2025-ci ilin avqust ayında isə bu “missiya”nı 9,95 milyon manat dəyərində tenderlə “VİVA MEDICAL GROUP” MMC təhvil alıb.
Maraqlıdır ki, bu tenderlərin görünən qalibləri dəyişsə də, gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı dəyişməz olaraq nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyevin nəzarətindəki “İSTEAM” MMC olaraq qalır.
Diqqət çəkən əsas məqam odur ki, “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünmür. Bunun əvəzində tenderin qalibi başqa şirkət olur, həmin şirkət isə avadanlığı ölkə daxilində “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.
N.Hənifəyevin idarə elədiyi bu “mürəkkəb sxem” malların bilavsaitə ilkin xarici istehsalçıdan alınıb sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli qapalı zəncir üzərində qurulub.
Məlumata görə, nazir E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:- Nazirin qaynı Nihad Hənifəyev – büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas yönəldici şəxs. O, xarici təchizatçılardan STEAM avadanlıqlarının tək rəsmi importoru olan “İSTEAM” MMC-nin faktiki mülkiyyətçisidir. Əvvəllər “Kaspi” liseyləri şəbəkəsində çalışıb və “Kaspi” kurslarının/proqramlarının (filiallarının) birinin rəhbəri olub. Hal-hazırda N.Hənifəyevin həyat yoldaşı “Kaspi” liseyləri şəbəkəsində bağça müdirəsidir.
– Elnur Qəzənfər oğlu Əliyev – Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) v.i.e. direktoru. O, nazir E.Əmrullayevin müşaviri və onun uzun illərdən bəri əsas “silahdaşı” kimi tanınır. Əvəllər “Kaspi” liseylər qrupunun keçmiş baş direktoru vəzifəsində çalışıb. Məlumata görə, dövlət qurumlarında vəzifəyə keçdikdən sonra “Kaspi”dəki fəaliyyətlərin idarə olunmasını qardaşı Elşən Əliyevə (yaxın dövrə qədər həmin liseylərdən birinin direktoru) təhvil verib.
– Tural Ayvazlı – Nazir Emin Əmrullayevin müşaviri. O, maliyyə məsələlərinə nəzarət edir və nazirin ailə çevrəsinə daxil olan əsas şəxslərdən biri kimi qəbul edilir. T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə də Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir.
– Nazirin sinif yoldaşı Valeh Mirzəliyev – Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
– Nazirin sinif yoldaşı Zamiq Məmmədov – Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
“VİVA” MMC və “JBA GROUP” MMC Dövlət satınalmalarında formal olaraq “açıq tender qalibi” kimi çıxış edən, əslində isə “İSTEAM” MMC-nin (Nihad Hənifəyevin) ölkə daxilindəki tək alıcılarıdır.
Bəs xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə necə artırılır?
Qeyd etdiyimiz kimi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pərdələmək üçün “İSTEAM” MMC tenderlərdə birbaşa qalib kimi göstərilmir. Bunun əvəzində, əvvəlki illərdə “JBA GROUP” MMC, sonrakı dövrdə isə “VİVA MEDICAL GROUP” MMC dövlət tenderlərinin “daimi qalibi” edilir. Bu şirkətlər tenderdə təklif etdikləri avadanlıqları ölkə daxilində yalnız N.Hənifəyevin “İSTEAM” MMC-sindən alırlar.
Beləliklə, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənifəyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətlə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Burada söhbət sadəcə şirkətlərin mənfəət əldə etməsindən getmir. Söhbət dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.
Araşdırmalar göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasındakı böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesablarına köçürülür, bəs bundan sonra pulların taleyi necə olur?
Nazir öz qaynının şirkətinin bazarda mütləq hegemonluğunu təmin etməklə digər azad sahibkarları STEAM təchizatı bazarından tamamilə sıxışdırıb çıxarır.
Aparılan araşdırmalarda aydın olur ki, nazir E.Əmrullayev və onun sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları, qohumları bütün irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib.
STEAM layihəsi isə Azərbaycan təhsilinin texnoloji gələcəyi üçün nəzərdə tutulmuş böyük dövlət layihəsidir. Lakin bu layihəyə ayrılan milyonlarla manatın necə xərclənməsi də ən azı layihənin özü qədər vacib məsələdir.
Nə üçün müxtəlif illərdə tenderlərin qalibləri dəyişsə də, STEAM avadanlıqlarının daxili təchizat zəncirində eyni şirkət meydana çıxır? Nə üçün həmin şirkətin rəhbəri nazirinin yaxın qohumudur? Avadanlıqlar xaricdən hansı qiymətə alınır və dövlətə hansı qiymətə satılır? Dövlət büdcəsindən ayrılan milyonlarla manatın son dayanacağı haradır?
Bütün bu sualalrın cavabı tapılmalıdır.

Cumhuriyyet.az
Samir Feyruzov

Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...


"Siyəzənneft NQÇİ-də son illər ərzində işçi sayının kəskin azalması artıq adi kadr çatışmazlığı problemi olmaqdan çıxaraq, istehsalatın fasiləsizliyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və neft hasilatının davamlılığı baxımından sistemli və təhlükəli problemə çevrilmişdir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR işçisi Zamiq Əliyevin sözügedən qurumun rəhbərliyinə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Məlum olduğu kimi, Siyəzənneft NQÇİ-də bir zamanlar təxminən 1500 nəfər işçi çalışdığı halda, hazırda bu rəqəm təxminən 400 nəfər səviyyəsinə qədər azalmışdır. İşçi sayının azalmasının əsas səbəbləri arasında uzun illər ərzində çalışan əməkdaşların pensiyaya çıxması, müəyyən sayda işçilərin əmək haqqının bir neçə mislini almaqla əmək müqaviləsinə xitam verilməsi və bəzi əməkdaşların vəfat etməsi kimi obyektiv səbəblər mövcuddur.
Lakin ən ciddi problem ondan ibarətdir ki, təqaüdə çıxan və sıradan çıxan işçi qüvvəsinin yerinə yeni, xüsusilə gənc və peşəkar kadrların sistemli şəkildə hazırlanması və istehsalata cəlb edilməsi təmin edilməmişdir Nəticədə hazırda bir sıra sahələrdə iş yükü faktiki olaraq mövcud işçilərin fiziki və peşə imkanlarını aşan həddə çatmışdır
Hazırkı vəziyyətdə bəzi sahələrdə bir operatorun 30, 40, hətta 50 neft quyusuna nəzarət etməsi, "montyor"un axşam növbəsində tək qalması, maşinist çatışmazlığı və əməkdaş məzuniyyətə çıxdıqda bir neçə işçinin yerinə qalan işçilərin işləməyə məcbur olması ciddi narahatlıq doğurur və psixoloji gərginlik yaradır.
Eyni zamanda bir sıra hallarda bir neçə sahənin texniki xidmət yükünün cəmi 2 çilingərin üzərinə düşməsi işin keyfiyyətinə, operativliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə biləcək real şərait yaradır.Belə iş rejimi uzun müddət davam etdirildikdə əməkdaşın diqqətinin azalması, yorğunluğun artması, texnoloji proseslərdə səhv ehtimalının yüksəlməsi və qəza riskinin artması qaçılmaz nəticələrə çevrilə bilər və motivasiyanın aşağı düşməsinə səbəb olur
İdarənin başbilənləri tez tez güya rusk qiymətləndirməsi etsələr də qeyd edim ki İşçi çatışmazlığının davam etməsi aşağıdakı istehsalat fəsadlarını yarada və ya daha da dərinləşdirə bilər
Bunlar avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmaması,quyuların nəzarətsiz və ya lazımi səviyyədə nəzarət olunmadan qalması,hasilat prosesində fasilələrin və itkilərin yaranması,avadanlıqların texniki vəziyyətini pisləşməsi,planlaşdırılmış təmir və profilaktik tədbirlərin gecikməsi,istehsalat göstəricilərinin aşağı düşməsi;neft hasilatında itkilərin yaranması,işçilərin normadan artıq iş yükü altında qalması və işin keyfiyyətinə və operativ idarəetməyə mənfi təsirləridir.
Bildiyiniz kimi Neft-qaz hasilatı yüksək riskli istehsalat sahəsidir. Burada insan amili, operativ nəzarət və texniki xidmətin vaxtında həyata keçirilməsi birbaşa təhlükəsizliklə bağlıdır.
Xüsusilə gecə növbəsində işçinin tək qalması, bir operatorun həddindən artıq sayda istehsalat obyektinə nəzarət etməsi və texniki xidmət işlərinin azsaylı əməkdaşların üzərinə düşməsi əmək yükünün və yorğunluğun artmasına, insan səhvi ehtimalının yüksəlməsinə və fövqəladə vəziyyətə müdaxilə imkanlarının zəifləməsinə səbəb ola bilər ki bunu da yəqin ki təqdir edərsiniz.
Siyəzənneft NQÇİ-nin mövcud kadr strukturunda uzun illər, o cümlədən 30–40 il əvvəl işə qəbul edilmiş təcrübəli əməkdaşların əhəmiyyətli hissəsinin artıq pensiya yaşına çatması xüsusi diqqət tələb edir.
Bu əməkdaşlar hər il bir-birinin ardınca istehsalatdan ayrıldıqca, onların yerinin yeni kadrlarla doldurulmaması nəticəsində NQÇİ-nin insan resursları bazası daha da zəifləyir
Yuxarıda göstərilənləri nəzərə alaraq, SOCAR rəhbərliyindən aşağıdakı məsələlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istehsalat təhlükəsizliyinin və müəssisənin normal fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab edirəm:
Hesab edirəm ki Hər bir sahə üzrə faktiki iş yükü, növbə sayı və işçi təminatı ayrıca qiymətləndirilsin.Bir işçinin normativ vəzifə yükündən artıq olaraq bir neçə işçinin funksiyasını yerinə yetirdiyi sahələr müəyyən edilsin.Operatorların nəzarət etdiyi neft quyuları və digər istehsalat obyektlərinin sayı əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi baxımından qiymətləndirilsin.
Gecə növbəsində tək işləyən əməkdaşların olduğu sahələr üzrə risk qiymətləndirilməsi aparılsın.Çilingər, montyor, maşinist, operator və digər istehsalat peşələri üzrə kadr çatışmazlığının real statistikası müəyyənləşdirilsin.Pensiya yaşına yaxınlaşan əməkdaşların siyahısı əsasında əvəzləyici kadr hazırlığı proqramı yaradılsın.Siyəzənneft NQÇİ-yə mərhələli şəkildə gənc, ixtisaslı və texniki hazırlıqlı kadrların cəlb edilməsi təmin edilsin.
SOCAR kimi strateji əhəmiyyətli dövlət şirkətinin tərkibində fəaliyyət göstərən Siyəzənneft NQÇİ-nin gələcək fəaliyyət qabiliyyətinin qorunması üçün gənc kadrların bu gündən hazırlanması və istehsalata cəlb edilməsi zəruri tədbir deyil, strateji zərurətdir.
Hesab edirəm ki, məsələ üzrə aidiyyəti struktur bölmələr tərəfindən yerində araşdırma aparılmalı, faktiki işçi çatışmazlığının səbəbləri və nəticələri sənədləşdirilməli, əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi baxımından risklər qiymətləndirilməli və nəticələrə uyğun olaraq konkret kadr və təşkilati tədbirlər görülməlidir..."

Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi



Bakının Səbail rayonunda “Lamborghini Urus” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Həsənli Ramiz oğlu bazar dəyəri 630 min manat olan “Lamborghini Urus SE MY26 Plug-in Hybrid” markalı, -AV-* dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib.

Sürücünün hərəkəti zamanı avtomobilin təkərlərinin yol səthi ilə sürtünməsi nəticəsində səslər yaranıb. Hadisə “drift” kimi qiymətləndirilib.

Bununla bağlı Səbail Rayon DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay və işləyən Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.

Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı


Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.


Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyi adı ilə 3400 manat alıb. E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədi ilə əldə edərək sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.


Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.


E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.

51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu


Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.


Şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər - R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.


Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı



Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi “Tos Oil” yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə “get özün hazırla”, - cavabını alıb. Nəticədə qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:

“Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “Gəlin qızınızı aparın”, - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimi görüb icazə vermədi. Dedi heç yana getməyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan, mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq “getmə, getsən səni vuracam”, - deyə bildirdi.

Ona dedim ki, “Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram”. Bu zaman Zamiq uşaqları həyətə oyun oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.

Zamiq məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördü, onlar da maşına əyləşdi. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.

Bildirilib ki, hadisədən sonra Zamiq İsgəndərov həbs edilib.

Məhkəmə tərəflərin barışmasını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR



Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

Bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.

Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq


Azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatdırılacaq.

Bizimesr.media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, ötən tədris ilində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb: "Yeni tədris ilindən azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur. Eyni zamanda ölkənin digər bölgələrində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Belə ki, yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur".

Direktor bildirib ki, son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb, bu da təxminən 550 min şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir: "Strategiyada qarşıya qoyulan hədəflərdən biri bu göstəricinin 1:6 nisbətinə çatdırılmasıdır. Son illər hər il 40 mindən çox kompüter olmaqla şagirdlərin istifadəsinə verilib. Bu ilin sonunadək əlavə 40 mindən çox kompüterin şagirdlərin istifadəsinə verilməsi ilə şagird-kompüter nisbətinin 1:6 səviyyəsinə çatdırılması nəzərdə tutulur".

Eşqi Bağırov həmçinin yeni tədris ili üçün qarşıya qoyulan hədəfləri də açıqlayıb: "Əsas istiqamətlər ötən tədris ilində müəyyənləşdirilən hədəflərlə, demək olar, eynidir. Bu da Azərbaycan dili, riyaziyyat və beşinci sinifdə rəqəmsal savadlılıq üzrə aşağı, zəif nəticə göstərən şagirdlərin payının azaldılması, yüksək nəticə göstərən şagirdlərin payında isə artıma nail olmaqdır".

Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı


Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də rayonun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

“Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur”, - məlumatda vurğulanıb.

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı


Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb.

Eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.

Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.

Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.

Qafqazinfo

Xəbər lenti

"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13
“AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
10:43
Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
10:09