DSMF məhkəmə qərarını icra etmir - Şikayət

Cəmiyyət 6-07-2026, 16:35


Bakı şəhər sakini, uzun müddət neft sektorunda çalışmış Məhəmməd Xudu oğlu Şirinov 6 ildir ona təyin edilmiş pensiyanı ala bilmədiyini deyir.
1959-cu il təvəllüdlü M.Şirinov bildirib ki, pensiya təminatı ilə bağlı Bakı İnzibati Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərarı həmin vaxt qüvvəyə minərək icraya yönəldilib.
Həmin qərar 2020-ci ilədək icra edilib: “Lakin 2020-ci ildən bu günədək 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı icra olunmur. Nərimanov İcra Şöbəsinə dəfələrlə müraciətlər etsəm də, icra sənədinin icra edilməməsi ilə bağlı tədbir görülmür. Hətta məhkəməyə qərarın icra olunmamasına dair müraciət də etdik. Bakı İnzibati Məhkəməsi 21 oktyabr 2025-ci ildə qərardad çıxararaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qərarı icra etmədiyinə görə 200 manat cərimələdi”.
Məhəmməd Şirinov əlavə edib ki, dövlət qurumunun sonradan məhkəməyə etdiyi müraciətinə hüquqi qiymət verilib: “Hələ 2023-cü ildə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair verilən ərizə üç instansiya məhkəməsində araşdırılmasına baxmayaraq, əsassız olduğu üçün rədd edildi.
Artıq 6 ildən çoxdur ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə qərarını icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin İcra Xidmətinin Nərimanov rayon Şöbəsi isə borclu - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və onun səlahiyyətli şəxsləri barəsində icra tədbiri tətbiq etmir. Hətta qərarı icra etmədiklərinə görə onlar cərimələnsələr belə, qərarı icra etməkdən boyun qaçırırlar”.
İddialarla əlaqədar DSMF-yə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, Məhəmməd Xudu oğlu Şirinovun pensiya işi araşdırılarkən ona saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunduğu aşkar edilib: “Bu səbəbdən pensiya ödənişi 1 avqust 2020-ci ildən dayandırılıb. Məhəmməd Şirinova 65 yaşının tamam olduğu 19 mart 2024-cü il tarixindən isə hüququ yarandığı üçün yaşa görə pensiya təyin edilib və əvvəllər ona artıq ödənilmiş vəsait də hər ay 28 manat olmaqla pensiyasından tutulur. Qanuni əsasla ona təyin edilmiş pensiyası hazırda 349,76 manatdır. Ona əsassız təyin edilmiş pensiya işinə hüquqi qiymətin verilməsi üçün materiallar hüquq-mühafizə orqanına göndərilib. Həmçinin Məhəmməd Şirinovun pensiya məsələsi ilə əlaqədar yeni açılmış hallara dair icraatın təzələnməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib”. /Qafqazinfo/

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56