Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Restoranında ofisant işləyən şəxs həbs edildi

Cəmiyyət 6-07-2026, 17:24



Bakı şəhəri, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Ramin Hüseynzadə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, yumruq zərbəsi ilə Elşad Vəliyevin sol göz nahiyəsinə vuraraq sol gözaltı nahiyədə dərialtı hematoma və sol göz almasına qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib.

Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da, işdən çıxarıb.

Bundan sonra Ramin Hüseynzadə Elşad Vəliyevdən qisas almaq məqsədilə, sonuncu Naxçıvanda olduğu dövrdə təxminən bir ay ərzində onun yaşadığı evin yaxınlığında gözləyib. Bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edib və "Gör səni indi necə öldürürəm, məhv edirəm" kimi ifadələr səsləndirib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. İfadəsində göstərib ki, Elşad Vəliyevlə münasibətləri restoranda ofisiant işlədiyi dövrdə pozulub. İşdən çıxarıldıqdan sonra psixoloji gərginlik yaşadığını, yuxularının pozulduğunu və kiminsə onu izlədiyini düşündüyünü bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirmək üçün zərərçəkmişin yaşadığı evin yaxınlığına gedib. Həmin vaxt Elşad Vəliyevlə qarşılaşıb, aralarında mübahisə yaranıb və o, bıçaqla 2-3 dəfə zərbə endirib.

Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56