"Temu" ilə də yollarımız ayrılır - Uçuz məhsullar rəqabət məcəlləsini pozur?

Cəmiyyət 14-09-2026, 16:18



Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin «Temu» şirkətinə qarşı iş qaldırmağa hazırlaşır.

Bizimesr.media bildirir ki, söhbət «Temu»nun Azərbaycandakı təmsilçisi olan «PDD Holdings” şirkəti barəsindədir. Antiinhisar Agentliyi bu barədə araşdırmanı rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə başlamışdı.

Agentlik “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edərək araşdırmaya başlayıb.

Araşdırma, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əsası ilə başlanılıb.

Nəticədə Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Yəni rəqabət komissiyası bu məsələ ilə bağlı iş qaldırılıb qaldırılmaması məsələsinə baxacaq.

Xatırladaq ki, belə hallarda Rəqabət Məcəlləsinin 43-cü maddəsinə əsasən rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayımlanan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırmalara başlanılır.

Aparılmış araşdırmanın nəticəsində qanunvericiliyin pozulması əlamətləri müəyyən edildikdə həmin quruma qarşı iş qaldırılır.

Qanunvericiliyin pozulması əlamətləri müəyyən edilmədikdə isə araşdırmaya xitam verilir və icraat dayandırılır.

Eyni zamanda Rəqabət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır.

Xəbər lenti

Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
14:56
44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
13:49
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
12:40
44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
12:21
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
11:37
Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
10:51
3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
10:21
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
09:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
17:34
Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
15:49
İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
12:27
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
10:23
Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
09:44
"№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
08:59
Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
17:40
FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
17:01
"Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
16:22
Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
15:42