Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: - Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?

Cəmiyyət 16-04-2026, 12:06


Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.


Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı KONKRET.az-ın redaksiyasına şikayət məktubu daxil olub.


Müraciətdə iddia edilir ki, məktəbdə 18 mart tarixində keçirilən Pedaqoji Şura iclasında direktor Gülər Bəbirova binanın 1-ci mərtəbədən 4-cü mərtəbəyədək bütün pəncərələrinin ağır dəmir setkalarla bağlanacağını bildirib.


Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.


Şikayətçilərin sözlərinə görə, bu məqsədlə müəllimlərdən pul yığılması tələb olunub və vəsaitin toplanması biologiya müəllimi, eyni zamanda məktəbin Həmkarlar Komitəsinin sədri Samirə Musayevaya həvalə edilib.


İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.


Bundan əlavə, məktəbdə xadimələrin ştat bölgüsü ilə bağlı narazılıqların olduğu vurğulanır. Belə ki, bəzi xadimələrin 1,25, digərlərinin isə 1 ştat vahidi ilə çalışdığı, nəticədə əmək yükü ilə maaş arasında balansın pozulduğu qeyd edilir. Vakant ştatların gizlədilməsi səbəbindən əlavə işçi cəlb edilmir.


Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.


Səsləndirilən iddialarla bağlı direktorla əlaqə saxladıq. O, suallarımızı cavablamaqdan imtina etdi və Nazirliyə müraciət ünvanlamağı məsləhət gördü.


Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.
Rəsmi açıqlamaya görə, araşdırma nəticəsində yalnız bəzi nöqsanlar müəyyən edilib. Bunlar məktəbdə bir neçə pəncərəyə dəmir tor quraşdırılması və xadimə ştatlarının qeyri-bərabər bölüşdürülməsi ilə bağlıdır. Qeyd olunub ki, pəncərələrə dəmir torun quraşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və FHN tərəfindən müvafiq razılıq alınmayıb.


Açıqlamada həmçinin bildirilib ki, aşkar olunmuş nöqsanlarla əlaqədar məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin izahatları alınıb.


Nazirlikdən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır.


Konkret.az

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55