Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA

Cəmiyyət 23-05-2026, 17:09


Son illər qiymət artımı mövzusu cəmiyyətin ən çox müzakirə etdiyi iqtisadi məsələlərdən birinə çevrilib.
Rəsmi statistik göstəricilər, xüsusilə inflyasiya və istehlak qiymətləri indeksi ölkədə qiymət dinamikasını ölçmək üçün əsas alət kimi təqdim olunsa da, əhalinin gündəlik həyat təcrübəsi çox vaxt bu rəqəmlərlə tam üst-üstə düşmür.
Marketlərdə, xidmət sektorunda və gündəlik istehlak olunan məhsullarda hiss edilən qiymət artımı ilə rəsmi statistikanın göstərdiyi dəyişikliklər arasında yaranan fərq isə ictimai etimad və iqtisadi qiymətləndirmələr baxımından mühüm suallar doğurur. Bu uyğunsuzluq təkcə statistik metodologiya məsələsi deyil, həm də istehlak səbətinin strukturu, gəlir qruplarının fərqli xərcləmə davranışları və bazar dəyişkənliyi kimi bir sıra amillərlə bağlıdır.
Nəticədə, həm iqtisadi siyasətin effektivliyinin qiymətləndirilməsi, həm də əhalinin sosial rifah səviyyəsinin düzgün ölçülməsi daha mürəkkəb hala gəlir. Bu kontekstdə rəsmi göstəricilərlə real həyat arasında yaranan fərqin səbəbləri, onun sosial-iqtisadi təsirləri və mövcud statistik sistemin təkmilləşdirilməsi zərurəti aktuallığını qoruyur.
Maraqlıdır ki, rəsmi statistik göstəricilərlə və vətəndaşların gündəlik həyatında hiss etdiyi qiymətlər arasında fərq yaranmasının əsas səbəbləri nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cümhuriyət”-ə bildirib ki, rəsmi statistika ilə real həyat arasındakı fərqin bir neçə əsas səbəbi var. Birincisi, istehlak səbətinin tərkibi problemdir:
“Dövlət statistika orqanları müəyyən mal və xidmətlər dəstinə əsaslanır, lakin bu dəst real istehlak strukturunu tam əks etdirmir. Məsələn, səbətdə çörək, nəqliyyat, kommunal xidmətlər müəyyən çəkilə götürülür, amma real ailələrdə bu xərclərin payı fərqli ola bilər. Kasıb ailə gəlirinin 60-70 faizini, zəngin ailə isə 20 faizini ərzağa xərcləyirsə, ortalamanın heç biri üçün əsl həqiqəti əks etdirmədiyini görürük. İkincisi, qiymət toplanması metodologiyası da rol oynayır.
Çox vaxt qiymətlər supermarketlərdən, rəsmi ticarət nöqtələrindən götürülür, bazarlar, kiçik dükanlar, küçə satıcıları isə tam əhatə edilmir. Halbuki əhalinin böyük hissəsi məhz bu kanallardan alış-veriş edir. Üçüncüsü, kommunal xərclərinin düzgün hesablanmaması problemi mövcuddur. İcarə qiymətləri adətən ya lazımi çəkiylə daxil edilmir, ya da köhnə müqavilə qiymətləri əsas götürülür, yeni bağlanan müqavilələrin qiymətləri isə kəskin yüksək olur. Dördüncüsü, siyasi təzyiq amili də inkar edilə bilməz. Bir sıra ölkələrdə, o cümlədən keçid iqtisadiyyatlı dövlətlərdə inflyasiyanın rəsmi göstəricisi həm dövlətin imic məsələsidir, həm də pensiya, minimum əmək haqqı indeksasiyasının hesablama bazasıdır. Bu, statistikanın qeyri-şəffaf şəkildə idarə olunmasına zəmin yaradır. Hökumət müxtəlif formada inflyasiyanı aşağı həddə göstərməyə çalışır ki, xərclərini azaltsın”.
Onun sözlərinə görə, bu fərqin uzunmüddətli davam etməsi bir sıra ciddi nəticələr doğurur:
“Əhalinin əmanət etmə imkanı azalır, çünki nominal gəlir artsa da, real alıcılıq gücü əridikdə insanlar gələcəyə qənaət edə bilmir. Orta sinif tədricən zəifləyir, mülkiyyət əldə etmək, uşaqlara təhsil vermək, sağlamlığa sərmayə qoymaq çətinləşir. Sosial etibar problemi yaranır, insanlar rəsmi rəqəmlərə inanmadıqda dövlət qurumlarına ümumi inam azalır, bu isə siyasi legitimlik baxımından da ciddi risklər yaradır.
Bundan əlavə, pensiyaçılar və sabit gəlirli qruplar üçün vəziyyət daha da ağırlaşır, çünki onların gəliri rəsmi inflyasiya ilə indeksasiya edilir, real inflyasiya isə daha yüksəkdir. Sistemin islahı üçün bir neçə istiqamət vacibdir. İlk növbədə istehlak səbəti müntəzəm olaraq, ən azı hər üç-beş ildə bir əhali sorğuları əsasında yenilənməlidir. Fərqli gəlir qrupları üçün ayrıca inflyasiya göstəriciləri hesablanmalıdır, çünki kasıb ailənin inflyasiyası zəngin ailəninkindən əhəmiyyətli dərəcədə fərqlənir.
Çünki kasıblar qazancının əsas hissəsini ərzağa xərcləyirlər ki, bu seqmentdə inflyasiya son illər 10 faizin üstündə olub. Qiymət toplaması bazarları, kiçik pərakəndə satış nöqtələrini və rəqəmsal platformaları da əhatə etməlidir. Müstəqil ekspert və akademik qurumların statistika metodologiyasına nəzarəti təmin edilməlidir”. İqtisadçı qeyd edir ki, vətəndaş cəmiyyəti və jurnalistlər üçün ilkin məlumat bazaları açıq olmalıdır ki, alternativ hesablamalar aparıla bilsin və rəsmi rəqəmlər xarici yoxlamadan keçsin.

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55