Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...

Cəmiyyət 16-06-2026, 08:55

Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...

Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahanların keçirilməsi və qiymətləndirmə prosesi ilə bağlı narazılıqlar səngimək bilmir. Redaksiyamıza müraciət edən tələbələr imtahanlarda obyektivliyin və şəffaflığın təmin olunmadığını iddia edərək ciddi problemlərin yaşandığını bildirirlər.
Müraciətdə qeyd olunur ki, bəzi müəllimlər tanışlıq münasibətində olduqları tələbələrə imtahan zamanı köməklik göstərir, digər tələbələr isə daha sərt münasibətlə üzləşirlər. Tələbələrin sözlərinə görə, bir sıra hallarda 3-4 suala tam və düzgün cavab yazan tələbələr qeyri-müvəffəq hesab edilir, lakin daha az cavab təqdim edən bəzi tələbələr imtahandan keçə bilirlər.
Şikayətçilər xüsusilə Bağman korpusunda təhsil alan tələbələrə qarşı ayrı-seçkilik edildiyini iddia edirlər. Onların sözlərinə görə, əsas binada təhsil alan tələbələr üçün daha əlverişli şərait yaradılır, qiymətləndirmə zamanı isə fərqli yanaşmalar müşahidə olunur. Tələbələr bəzi müəllimlərin müəyyən tələbələrlə prinsip apardığını və bunun nəticəsində onların imtahanlardan kəsildiyini düşünürlər.
Narazılıq doğuran digər məsələ isə apellyasiya müraciətləri ilə bağlıdır. Tələbələrin bildirdiyinə görə, imtahan nəticələrindən narazı qalanlara apellyasiya komissiyasına müraciət etmələri tövsiyə olunur. Lakin verilən apellyasiya şikayətlərinin nəticələrinin vaxtında açıqlanmadığı, bəzi hallarda isə tələbələrin müraciətlərinə ümumiyyətlə cavab verilmədiyi iddia olunur.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kolleci son dövrlərdə müxtəlif iddialarla gündəmə gəlib. Bir müddət əvvəl kollecdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda yoxlamalar zamanı maliyyə və idarəetmə sahəsində müxtəlif qanun pozuntularının, eləcə də dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi araşdırmaların aparıldığı bildirilirdi.
Məlumatlara görə, yoxlamalar çərçivəsində bir sıra qanun pozuntularının və maliyyə uyğunsuzluqlarının aşkar edildiyi barədə xəbərlər yayılsa da, araşdırmaların yekun nəticələri bu günədək ictimaiyyətə açıqlanmayıb. Bu isə tələbələr və valideynlər arasında əlavə sualların yaranmasına səbəb olur.
Tələbələr hesab edirlər ki, kollecdə imtahan prosesinin tam şəffaf şəkildə təşkili, apellyasiya müraciətlərinin operativ araşdırılması və qiymətləndirmənin obyektiv aparılması üçün aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilməlidir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirir və Gəncə Dövlət Regional Kollecinin rəhbərliyinin, eləcə də aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı rəsmi açıqlamalarını dərc etməyə hazır olduğumuzu qeyd edirik.
Qeyd: Məqalədə yer alan məlumatlar redaksiyaya daxil olmuş müraciətlər və tələbələrin iddiaları əsasında hazırlanıb. İddiaların obyektiv araşdırılması aidiyyəti qurumların səlahiyyətindədir.

bakunews.tv

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56