Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət

Cəmiyyət 16-06-2026, 11:55



Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Süleyman Ellaz ağır xəstəlikdən əziyyət çəkir.
Ailə üzvləri onun bir sıra müayinələrdən keçməsi üçün Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım ayrılmasına görə müraciət etsələr də, xəstəxana bundan imtina edir.
Bu barədə Gununsesi.info-ya Süleymanov Ellazın oğlu, AYB üzvü, şair Səxavət Süleymanov bildirib.
O, eyni zamanda TƏBİB-in yeni rəhbərliyi Anar Bayramova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli TƏBİB rəhbərliyi cənab Anar Bayramovun diqqətinə!
Mən, Kəlbəcərli şair Səxavət Kəlbəcərli, ağır vəziyyətdə olan atamla bağlı sizə müraciət edirəm.
Atam birinci qrup əlildir. Təxminən 35 il əvvəl baş vermiş avtomobil qəzası nəticəsində ciddi bədən xəsarətləri almış, həmin vaxtdan etibarən çətinliklə, əsasən çəlik vasitəsilə hərəkət etmişdir. Lakin son 9 ay ərzində vəziyyəti daha da ağırlaşmış, seroz tipli xəstəlik səbəbilə ümumi halı kəskin şəkildə pisləşmişdir.
Hazırda atamın hərəkət qabiliyyəti demək olar ki, tam itmişdir, artıq sərbəst yeriyə bilmir və gündəlik həyatda tam asılı vəziyyətə düşmüşdür. Bu vəziyyət ailəmiz üçün olduqca ağırdır və tibbi baxımdan təcili müdaxilə tələb edir.
Həkimlərin rəyinə əsasən, onun vəziyyətinin stabilləşdirilməsi və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış klinikaya, hətta ehtiyac yaranarsa, orqan transplantasiyası səviyyəsində müalicəyə yönləndirilməsi vacibdir.
Qaraciyər köçürülməsi imkanlarının qiymətləndirilməsi və bununla bağlı ilkin müayinələrin aparılması üçün atamın Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə aparılması zəruridir. Bu məqsədlə Mingəçevir Mərkəzi Xəstəxanasına dəfələrlə müraciət edərək ambulator qaydada göndəriş sənədinin verilməsini və təcili tibbi yardım vasitəsilə Bakıya aparılmasına köməklik göstərilməsini xahiş etmişik.
İlkin analiz və müayinələrin aparılması vacib olsa da, təəssüf ki, bu istiqamətdə lazımi sənədləşmə və dəstək təmin edilmir.
Bütün bunlara baxmayaraq, Mingəçevir şəhər Təcili Yardım xidməti və Mərkəzi Xəstəxana tərəfindən atamın Bakıya təxliyəsi üçün lazımi təcili yardım və nəqliyyat dəstəyi ayrılmır. Bu isə onun həyatını ciddi risk altına qoyur.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu vəziyyəti nəzarətə götürəsiniz, atamın vəziyyəti üzrə təcili tibbi yardım və Bakıya təxliyə məsələsinin həll olunmasına köməklik göstərəsiniz.
Hər gecikmə onun sağlamlığı üçün geri dönüşü olmayan nəticələr yarada bilər.
Öncədən göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edirəm”.

​Gununsesi.info

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56