İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var

Dünya Сегодня, 11:53


Dünyanın nüfuzlu nəşrlərindən olan “The New Yorker” İran rejiminin Avropadakı müxaliflərinə, dissidentlərə və jurnalistlərə qarşı həyata keçirdiyi gizli əməliyyatlar, sui-qəsd cəhdləri barədə genişhəcmli araşdırma məqaləsi dərc edib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Tehranın xaricdəki tənqidçilərini susdurmaq üçün Avropa cinayət aləmindən, muzdlu qatillərdən, xüsusən də transmilli mütəşəkkil cinayət dəstələrindən necə istifadə etdiyi bütün təfərrüatı ilə üzə çıxarılıb.

Məqalədə qeyd olunub ki, ABŞ-nin Federal Təhqiqatlar Bürosunun əks-kəşfiyyat idarəsinin məlumatlarına əsasən, 2022-ci ildə Nyu-Yorkda tanınmış iranlı-amerikalı aktivist Məsih Əlinejada qarşı sui-qəsd planlaşdırılıb. Onu qətlə yetirmək tapşırığı alan azərbaycanlı Xalid Mehdiyev Kalaşnikov (AK-47) avtomatı ilə silahlanaraq Əlinejadın Bruklindəki evinin qarşısına gedib. Hücumun qarşısı son anda hüquq-mühafizə orqanları tərəfindən alınıb və həmin şəxs yaxalanıb. Müstəntiqlər müəyyən ediblər ki, o, İran adından hərəkət edən Rusiya mütəşəkkil cinayət şəbəkəsinin üzvləri tərəfindən işə götürülüb.

Məqalədə İran hökumətinin tapşırıqlarını icra edən əsas fiqurlardan birinin Tehranda məskunlaşan və mütəmadi olaraq transmilli cinayətlər törədən Naci Şarifi Zindaşti olduğu da vurğulanır. Zindaştinin regionda və Qərblə sərhəd bölgələrdə müxtəlif cinayətkar qrupları, o cümlədən müxtəlif millətlərdən olan muzdlu qatilləri işə cəlb edərək Vaşinqton, London və Avropa şəhərlərində hücumları əlaqələndirdiyi bildirilir.

Bundan əlavə nəşr yazır ki, Londonda fəaliyyət göstərən müxalif “Iran International” telekanalının aparıcısı Puriya Zerati isə 2024-cü ilin martında Uimbldondakı evinin qarşısında bıçaqlanıb. Sui-qəsd cəhdinin icraçılarının Rumıniyadan gətirilmiş muzdlu cinayətkarlar olduğu, əməliyyatın isə Londonda yaşayan erməniəsilli iranlı biznesmen Edqar Hakopyanla əlaqəli şəbəkə tərəfindən maliyyələşdirildiyi sübuta yetirilib. Zerati hazırda təhlükəsizlik səbəbilə İsraildə gizli ünvanda yaşayır.

Həmçinin yazıda Niderlandda dissident Siamak Tadayon Tahmasbinin evinə silahlı basqın hadisəsi də xatırlanıb. İddialara görə, İran tərəfi onun qətlə yetirilməsi üçün iki nəfər təyin edib. Daha sonradan həmin insidenti törətməkdə şübhəli bilinən tunisli-fransız bir şəxs saxlanılıb.

Oxşar hadisələrə nümunə olaraq, Parisdə 16 yaşlı yeniyetmənin “Snapchat” üzərindən işə götürülərək “Bank of America”nın binası qarşısında bomba partlatmağa cəhd etməsi, Almaniyada isə sinaqoqu yandırmaq istəyən şəxsin İranda yaşayan keçmiş “Hells Angels” bayker dəstəsi tərəfindən idarə olunması faktları göstərilib.

İsveç və Danimarkada İsrail səfirliklərinə hücumlar zamanı isə14-16 yaşlı yeniyetmələrdən istifadə olunduğu bildirilir. Sosial şəbəkələrlə tələyə salınan bu gənclər nə etdiklərini bilmədən pul qarşılığında istifadə edilirlər. Son 5 ildə İranın xaricdə dəstəklədiyi sui-qəsd və adamqaçırma halları 200-ü keçib ki, bu da son 40 ilin göstəricisindən iki dəfə çoxdur.

Son olaraq nəşrlə söhbətində ekspertlər bildiriblər ki, İran rejimi beynəlxalq sanksiyalardan və birbaşa müharibədən qaçmaq üçün yerli və regiondan olan cinayətkarları, o cümlədən mütəşəkkil şəbəkələri məsafədən idarə edərək “ucuz və az riskli” terror taktikasını genişləndirir.

Xəbər lenti

Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
14:58
Ukraynalı eks-nazirə İtaliyada vəzifə verildi
13:53