Rektor Rüfət Əzizov nəyi subut etmək istəyir? - Reytinqlə bağlı tənqid olundu

Gündəm / Cəmiyyət 28-03-2026, 11:51


Sabiq deputat Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun beynəlxalq reytinqlərlə bağlı paylaşımına sərt münasibət bildirib.
Bizimesr.az bildirir ki, sabiq deputat, təhsil sahəsi üzrə mütəxəssis Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı statusda ADNSU rəhbərliyinin ictimaiyyətə yalnız müəyyən nəticələri təqdim etdiyini iddia edib.
Qeyd edək ki, ADNSU-nun rektoru Rüfət Əzizov “Möhtəşəm xəbər” başlıqlı paylaşımında universitetin QS (Quacquarelli Symonds) 2026-cı il üzrə fənn sahələri reytinqində iki istiqamət üzrə qlobal siyahıya daxil olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ADNSU “Neft mühəndisliyi” istiqaməti üzrə 101–150-ci, “Kompüter elmləri və informasiya sistemləri” istiqaməti üzrə isə 451–500-cü yerlərdə qərarlaşıb.
Etibar Əliyev isə bu təqdimat formasını tənqid edərək bildirib ki, universitetin digər sahələr üzrə göstəriciləri ictimaiyyətə açıqlanmır.
Sabiq deputat qeyd edib ki, müqayisə üçün Bakı Dövlət Universitetinin bəzi istiqamətlər üzrə nəticələri də nəzərə alınmalıdır. Onun sözlərinə görə, BDU “Neft mühəndisliyi” kateqoriyasında 51–100-cü, “Kompüter elmləri və informasiya sistemləri” sahəsində isə 601–650-ci pillələrdə yer alıb.
Etibar Əliyev ADNSU-da xüsusilə riyaziyyat, kimya və kimya mühəndisliyi istiqamətlərinin vəziyyəti ilə bağlı da suallar ünvanlayıb. O bildirib ki, vaxtilə bu universitetdə riyaziyyatın tədrisi daha güclü olub və hazırkı nəticələr ciddi suallar doğurur.
Sabiq deputat paylaşımında həmçinin ali məktəblərin elmi məqalə göstəricilərində digər elmi qurumların əməkdaşlarının roluna da toxunub. O hesab edir ki, bəzi uğurların təqdimatında bu məqamlar da nəzərə alınmalıdır. Etibar Əliyev ADNSU rəhbərliyinə müraciətlə bildirib ki, əgər bir sahə üzrə irəliləyiş uğur kimi təqdim olunursa, digər istiqamətlər üzrə geriləmənin səbəbləri də ictimaiyyətə izah edilməlidir.
O, paylaşımının sonunda universitet rəhbərliyinə və bu nəticələri müsbət qiymətləndirən şəxslərə müraciət edərək, “cəmiyyəti ələ salmamağa” çağırıb.
Etibar Əliyev hesab edir ki, ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ictimaiyyətə yalnız seçilmiş uğurların təqdim olunması düzgün yanaşma deyil və bu cür təqdimatlar cəmiyyətdə yanlış təsəvvür yaradır.

Qeyd edək ki, ADNSU QS reytinqlərində belə səradadır.
#851–900 — Dünya Universitetləri Reytinqi
#101–150 — Fənn (İxtisas) üzrə Dünya Reytinqi
#1401–1500 — Davamlılıq (Sustainability) Reytinqi
#16 — Avropa Reytinqi (Qərbi Asiya)

Bizimesr.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56