ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Gündəm / Cəmiyyət 13-07-2026, 16:43


Azərbaycan Dəmir Yollarının (ADY) rəqəmsallaşma istiqamətində atdığı addımlar təqdirəlayiq olsa da, tətbiq edilən xidmətlərin etibarlı və stabil işləməsi təmin edilmədən istifadəyə verilməsi sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Xüsusilə turniketlərdə NFC vasitəsilə ödəniş zamanı tez-tez problemlər yaşanır. Bir çox hallarda sistem kartları oxumur, bəzi beynəlxalq ödəniş sistemlərini, o cümlədən Mastercard kartlarını qəbul etmir. Nəticədə turniketlər qarşısında uzun növbələr yaranır, sərnişinlər vaxt itirir və narazılıq artır.

Şikayətçi sərnişin bildirir ki, - "bu gün səhər isə turniketlər Visa kartına qoşulmuş NFC ödənişini də qəbul etmədi. Problemi həll etmək üçün məcbur qalıb ayrıca fiziki gediş kartı almaq lazım gəldi. Halbuki NFC ödəniş sisteminin əsas məqsədi sərnişinlərin rahat, sürətli və əlavə vaxt itirmədən keçid etməsini təmin etməkdir. Mövcud vəziyyətdə isə insanlar həm gecikir, həm də arxada gözləyən sərnişinlər qarşısında narahat vəziyyətə düşürlər".

Diqqət çəkən digər məqam odur ki, bu problem yeni deyil. Uzun müddətdir davam etməsinə baxmayaraq, onun aradan qaldırılması istiqamətində effektiv tədbirlərin görüldüyü müşahidə olunmur.

Dövlət qurumları ölkədə rəqəmsallaşmanın genişləndirilməsinə xüsusi önəm verdiyi bir vaxtda, belə elementar xidmətlərin etibarlı işləməməsi suallar doğurur. Üstəlik, NFC ödəniş xidməti digər dövlət qurumlarının nəqliyyat sistemlərində uğurla və sürətli şəkildə işlədiyi halda, ADY-də eyni rahatlığın təmin olunmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.

ADY son dövrlər sima ilə tanınma və digər innovativ xidmətləri təqdim edir. Lakin mövcud NFC ödəniş sistemindəki problemlər aradan qaldırılmadan yeni texnologiyaların tətbiqi onların praktik effektivliyi ilə bağlı da suallar yaradır.

Bizimesr.com

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56