Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı

Gündəm / Cəmiyyət 14-07-2026, 09:45


Səhiyyə Nazirliyi “Caspian International Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Caspian International Hospital”da aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmə materiallarından məlum olub ki, Analitik Ekspertiza Mərkəzinin apardığı plandankənar yoxlama zamanı klinikada lisenziyada nəzərdə tutulmayan ginekologiya fəaliyyəti üzrə ekstrakorporal mayalanma (EKM) prosedurlarının həyata keçirildiyi, həmçinin dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlanma şəraitinə riayət edilməyən dərman vasitələrinin mövcud olduğu müəyyən edilib.

Yoxlama zamanı, həmçinin tibb avadanlıqları və cihazlarının normativ-texniki tələblərə cavab vermədiyi, müəssisənin lisenziyada göstərilməyən tibbi fəaliyyət növlərini həyata keçirdiyi, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş, saxlanma şəraitinə riayət olunmadan və qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanıldığı aşkarlanıb. Aşkar edilmiş faktlar fotoşəkillərlə sənədləşdirilərək akta əlavə olunub.

Yoxlama müəssisənin baş direktoru Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. O, izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluğun müalicəsi ilə bağlı prosedurlar dayandırılıb. Onun sözlərinə görə, aşkar edilmiş embrionlar əvvəllər müalicə almış pasiyentlərdən qalan embrionlardır.

İş materiallarında yer alan Analitik Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunub ki, yoxlama zamanı aşkar edilmiş faktlar müəssisədə yardımçı reproduktiv texnologiyalar üzrə fəaliyyətə dair tibbi sənədləşmənin lazımi qaydada təqdim edilmədiyini, fəaliyyətin dayandırılması barədə verilmiş məlumatın laboratoriyada aşkar olunan sənədlər və embrionların mövcudluğu ilə uyğunluq təşkil etmədiyini göstərir.

Məhkəmənin qərarı ilə “Caspian International Hospital” MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 6 000 manat məbləğində cərimə edilib.(Qaynarinfo)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56