“Rosko” kolbasalarını hansı əttdən hazırlayırlar? – ŞOK detallar

Gündəm / Cəmiyyət 14-07-2026, 10:53


Jurnalist Arifə Əliyeva “Rosko” kolbasalarını istehsal edən şirkətlə bağlı maraqlı araşdırma aparıb.
Müəllif şirkətin istifadə etdiyi ət və ət məhsullarının keyfiyyətinin nəinki şübhəli olduğunu, habelə onun antisanitar qaydada hazırlandığını qeyd edib.
Bundan başqa, şirkətin “əl dəyişdirməsi”ndən sonra nizamnamə kapitalının müəmmalı şəkildə min dəfələrlə artmasını da diqqət mərkəzinə çəkib.
O qeyd edib ki, bu gün qida bazarında bir çox marka var ki, reklamları, tanıtımları və geniş yayılmış satış şəbəkələri ilə diqqət çəkir. Amma hər hansı məhsulun məşhur simalar vasitəsilə reklam olunması onun avtomatik olaraq yüksək keyfiyyətli və təhlükəsiz olması anlamına gəlmir.
Əsas məsələ həmin məhsulun hansı şəraitdə istehsal olunması, istifadə edilən xammalın keyfiyyəti və istehlakçıya təqdim edilən qidanın təhlükəsizliyidir.
“Rosko” brendi “Harun N” MMC-yə məxsusdur. Açıq reyestr məlumatlarına görə, şirkət 2024-cü ildə qeydiyyata alınıb. Maraqlı məqam ondan ibarətdir ki, şirkətin nizamnamə kapitalında qısa müddət ərzində ciddi dəyişikliklər baş verib.
Şirkətin nizamnamə kapitalı 2025-ci ilin fevral ayınadək 50 manat olub. Daha sonra bu məbləğ 965 050 manata qədər artırılıb. 2025-ci ilin may ayında isə nizamnamə kapitalı 3 776 050 manata çatdırılıb. Bir neçə ay ərzində baş verən bu dəyişikliklər diqqət çəkən məqamlardan biridir.
“Harun N” MMC-nin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur. O, daha əvvəl “Zəhmət-Ruzi” MMC-yə rəhbərlik edib. Həmin şirkət “Sab” ticarət nişanı ilə ət məhsullarının istehsalı və satışı ilə məşğul olub.
Maraqlı hal isə şirkətin əvvəlki qanuni təmsilçisi ilə bağlıdır. 2025-ci ilin fevral ayınadək “Harun N” MMC-nin qanuni təmsilçisi Axundzadə Rasim Elmar oğlu olub. Rasim Axundzadə ilə bağlı isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2021-ci ildə yaydığı məlumat mövcuddur.
AQTA-nın məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin açıqlamasında bildirilirdi ki, müəssisədə mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı E124 qida əlavəsindən istifadə edildiyi müəyyən olunub. Həmçinin məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında nöqsanlar aşkar edilib.
Yoxlama zamanı avadanlıqların yuyulması prosesində də çatışmazlıqlar müəyyən edilib, lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə olunmadığı bildirilib. Müəssisədən götürülən nümunələr laborator müayinəyə təqdim olunub, 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
Bütün bunlar bir sıra suallar yaradır. Qida istehsalı elə bir sahədir ki, burada şəffaflıq və nəzarət xüsusi əhəmiyyət daşıyır. “Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub? İstifadə olunan xammalın mənbəyi haradır? Müəssisədə sanitariya və qida təhlükəsizliyi tələblərinə hansı səviyyədə əməl olunur?
Bu sualların cavabı reklam çarxlarında deyil, şəffaf yoxlamalar və rəsmi açıqlamalarla ortaya çıxmalıdır. Çünki söhbət insanların gündəlik istifadə etdiyi qida məhsullarından və birbaşa sağlamlıq məsələsindən gedir.(Tribuna.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25