Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR

Gündəm / Cəmiyyət / Araşdırma Сегодня, 04:01

Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR

2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində çoxsaylı yaşayış evlərinə ziyan dəyib. Dövlət tərəfindən zərərçəkmiş ailələrə dəstək məqsədilə kompensasiyalar ayrılıb və bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Lakin redaksiyamıza müraciət edən bir qrup Gəncə sakini həmin kompensasiya prosesində ciddi qanun pozuntularına yol verildiyini iddia edir.

Sakinlərin sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışan, əslən Gəncədən olan İkram adlı şəxs onlara "Anar Quliyevdən gəlin haqqınızı istəyin, mən də sizə dəstək olacağam" deyərək müxtəlif vədlər verib.

Müraciətdə iddia olunur ki, zərərçəkmiş ailələrin evləri üzrə tərtib edilmiş zərər aktlarında göstərilən məbləğlərin tam ödənilmədiyi, müxtəlif adlar altında vəsaitlərin tutulduğu və nəticədə vətəndaşlara kompensasiyanın yalnız bir hissəsinin çatdırıldığı bildirilir.

Şikayətçilərin sözlərinə görə, onlara kompensasiyanın müəyyən hissəsinin ƏDV və vergi adı altında tutulduğu bildirilib, qalan məbləğ isə hissə-hissə ödənilib. Onlar iddia edirlər ki, bəzi ailələr bu günədək zərər aktlarında göstərilən məbləğin böyük hissəsini ala bilməyiblər. Müraciətdə qeyd olunur ki, bəzi sakinlərə cəmi 2 min manat ödənilib və narazılıq ifadə etdikdə onlara "gedin kimə şikayət edirsiniz edin" məzmununda cavab verilib.

Qeyd edək ki, Vergi tutulması ilə bağlı sakinlərin rəsmi quruma müraciətinə cavab məktubunda deyilir. Dövlət tərəfindən ayrılan kompensasiyadan vergi və ƏDV tutulması qanunla qadağandır. Qanunda ƏDV gəlirdən tutulması qeyd edilir. Bunun üçünsə sənin rəsmi gəlirin və dövriyıən olmalıdır. İndi suall yaranır Cənab Anar Quliyev Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz. Tək ƏDV və vergi adı altında milyonlarla vəsait naməlum istiqamətə gedib. Qanun qadağan etdiyi vəsait Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hansı səlahiyyəti ilə vətəndaşdan zorla alırsınız?

Sakinlər bildirirlər ki, ilkin tərtib edilmiş zərər aktları sonradan etibarsız sayılaraq yoxa çıxdığı bildirilib və "yenidən qiymətləndirmə" adı altında yeni aktlar hazırlanıb. Onların sözlərinə görə, 2020-ci ildən indiyədək eyni evlər üzrə ümumilikdə dörd dəfə qiymətləndirmə aparılıb və hər yeni aktda kompensasiya məbləği əvvəlkindən daha da azaldılıb.

Şikayətçilər daha bir iddia irəli sürərək bildirirlər ki, bəzi hallarda ciddi zərər görməyən tikililər sökülərək onların yerində yeni yaşayış evləri inşa edilib. Onların fikrincə, həmin tikintilər kompensasiya prosesində vətəndaşlara ödənilməli olduğu iddia edilən vəsaitlər hesabına maliyyələşdirilib. Bu iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırılmasının vacibliyi vurğulanır.

Xatirinizdədirsə bir müddət əvvəldə şəhid ailələrinə yenidən tikilib verilmiş evlərin olduğu, birinci atılan raketin düşdüyü ərazi sakinləridə bir mərtəbəli evlərin yerində 2 və 3 mərtəbəli evlər salındığı deyirdi. 2 və 3 mərtəbəsi olan evlərinsə yerində həmin vətəndaşlara bir mərtəbə yarımçıq tikilmiş tam təmir edilməmiş evləri verərək şirkətlərin yoxa çıxdığı məlum hallar idi. Məhs həmin müsahibələrdə Hüquq mühafizə orqanlarıda sükunətin qorudu. Amma və lakin hazırda bu iddialrı edən xanım şikayətçilər Namiq Hümbətovun adamları tərəfindən 5000 10000 manat versəydiniz indi yüzmin manat cibinizdə idi cavabı ilə qarşılaşıblar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində nə baş verir bu sakinlər orda hansı cavablarla qarşılaşdığını necə ələ salındıqlarını eşitdikcə insanın tükləri biz biz olur.

Bundan əlavə, redaksiyamıza müraciət edən bir neçə qadın iddia edir ki, İkram adlı şəxs onları müxtəlif vaxtlarda Bakıda və ya digər rayonlarda keçirilən görüşlərə çağırsa da, onlar hadisə yerinə çatdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Şikayətçilər hesab edirlər ki, bu addımlar əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib. Onların iddiasına görə, həmin göstərişlərin verilməsində İkram adlı şəxsin rolu olub.

Müraciət müəllifləri bu hadisələrin məqsədinin onların Anar Quliyevlə birbaşa görüşünün qarşısını almaq və eyni zamanda guya onları həmin şəxsdən uzaq saxladığını nümayiş etdirmək olduğunu düşünürlər. Onlar bunu öz subyektiv qiymətləndirmələri kimi ifadə edirlər.

Şikayətçilər həmçinin İkram adlı şəxsin bu addımları hansı səlahiyyət çərçivəsində atdığı və bu fəaliyyətinə görə hər hansı üstünlük və ya mükafat əldə edib-etmədiyi məsələsinin də aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını tələb edirlər. Redaksiyanın bu barədə hər hansı təsdiqləyici məlumatı yoxdur.

Müraciət müəllifləri bildirirlər ki, Azərbaycan Prezidenti tərəfindən Gəncə sakinlərinin dəymiş ziyanın aradan qaldırılması üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb. Lakin onların iddiasına görə, həmin vəsaitlərin bir hissəsi təyinatı üzrə vətəndaşlara çatdırılmayıb.

Şikayətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, adı çəkilən Namiq Hümbətovun, bəzi yerli icra strukturlarının və digər vəzifəli şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması tələb olunur.

Müraciət edən xanım şikayətçilər bildirirlər ki, onlar Namiq Hümbətova zərər aktlarını tələb ediblər. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyətliləri aktların itdiyini deyiblər. Bu halda isə zərərçəkmişlər aktların itirildiyi iddiasına əsasən yenidən qiymətləndirmə aparılmasını və dəymiş ziyanın ödənilməsini xahiş ediblər.

Şikayətçilərin iddiasına görə, bu müraciətə cavab olaraq Namiq Hümbətov onlara əvvəllər kompensasiyanın sənədlərdə artıq ödənilmiş kimi rəsmiləşdirildiyini bildirib və yenidən ödəniş aparılmasının təmin etsəm yüz faiz həbs ediləcəyini bildirib. Bu səbəbdəndə zərərlərin ödənilmə mümkün olmadığını ifadə edib.

Şikayətçilər həmçinin iddia edirlər ki, kompensasiyaların qəbulu ilə bağlı təhvil-təslim sənədlərindəki bəzi imzalar onlara məxsus deyil. Onlar bu iddiaların hüquq-mühafizə orqanları tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası və digər prosessual vasitələrlə araşdırılmasını xahiş edirlər.

Redaksiya qeyd edir ki, bu məlumatlar yalnız şikayətçilərin iddialarına əsaslanır və müstəqil qaydada təsdiq edilməyib. Adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir. Geniş videoreportajımız yaxın günlərdə bizi izləməyi unutmayın.

Xəbər lenti

Sabah dağlıq və dağətəyi rayonlara intensiv yağış yağacaq, dolu düşəcək
15:00
ABŞ-ın İordaniyadakı hərbi bazasındakı dağıntıların peyk görüntüləri paylaşılıb - FOTO
14:56
İsmayıllıda qəzada 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2
14:51
Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb
14:45
Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb
14:42
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
14:37
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
12:55
Multimedia "Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
12:52
Ağdamda minalanmış ərazidə yanğın olub
12:51
Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib
12:47
İranda 5 maqnitudada zəlzələ olub
12:46
Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA
12:44
Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib
12:39
Şəhid övladlarının iştirakı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsinə start verilib
12:37
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
04:01
Türkiyəli iş adamından sensasion iddia: "Məni 50 min manat ziyana salıblar"-VİDEO
02:25
BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb
01:58
“Şamaxı” portuqaliyalı yarımmüdafiəçini transfer etdi
01:54