Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Gündəm / Cəmiyyət 22-07-2026, 09:44

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.

151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

"Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 151 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq qadağan idi.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəyə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkməyiblər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində olub.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan jurnalistlərin olduğu nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər isə yaralanıb.

Bütün həmkarlarımızı bayram münasibətilə təbrik edirik!!!

Xəbər lenti

Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
13:23
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
12:47
Baş idarəyə yeni rəis təyin edildi - Foto
11:52
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
11:21
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
10:57
Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"
10:19
Milyonlarla büdcəsi olan xəstəxanada cəmi bircə həkim tapıldı! — Bərdədə NƏ BAŞ VERİR? VİDEO
09:49
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
09:28
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
09:09
Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
16:37
"Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)
16:02
Prezident Milix Yevdayevi təltif etdi
15:10
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
12:46
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
12:29
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
12:11
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
11:48
Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO
11:24
Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO
11:01