Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...

Gündəm / Cəmiyyət 28-07-2026, 14:10


Ölkədə kimi dindirsən təhsil sistemi haqında danışanda ağzından od tökülər. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan təhsili bütün tarixi boyu indiki acınacaqlı durumda olmayıb. Orta əsrlər mollaxanalarında, mədrəsələrində belə vəziyyət indikindən ürəkaçan olub. Əvvəllər hamının müqəddəs məkan bildiyi, məbəd hesab elədiyi məktəblər nifrət , müəllimlər qınaq obyektinə çevrilib. Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır. Müəllimlər qapazaltı, qorxaq bir duruma salınıb, hüquqsuz sənəd yazan robota çevrilib. Təhsil sektorunda daydaylı direktorlar at oynadır, regional təhsil idarələri gəlirlərin bölüşdürülməsi ilə məşğuldur. Əlqərəz, bu gün təhsil sistemində kimin əlində fürsət varsa qazanır, dağıdır, məhv edir. Olan isə bu millətə və onun gələcəyinə olur...
Hər il keçirilən buraxılış imtahanlarında ortaya çıxan rüsvayçı rəqəmlər təhsil sitemindəki eybəcərliklərin bariz nümunəsidir. Nəzərə alsaq ki, qiymət alanların mütləq əksəriyyəti hazırlıq kurslarına gedən şagirdlərdir, burada ümuiyyətlə məktəblərin hər hansı bir rolundan söhbət gedə bilməz. Artıq yuxarı siniflərdə tədris yox səviyyəsindədir, heç bir kursa getməyən şagirdlər görüntü yaratmaq xatirinə məktəbə gətirilir, sadəcə tədris tamaşası qurulur. Bu həm də böyük biznes şəbəkəsidir. Repititor yanına gedən şagirdlər bunun müqabilində direktorlara aylıq və illik haqq ödəyirlər. Nəticədə milyonların dövr etdiyi “kurs bazarı” formalaşır, müdhiş korrupsiya və rüşvət piramidası yaradılır.
Təhsil sistemində dəhşətli dərəcədə dərəbəylik hökm sürür. Kimsə kimsənin kitabını oxumur, kimsənin kimsəyə sözü keçmir. Təhsil müxtəlif maraqların toqquşduğu, qruplaşmaların üstünlük qazanmağa çalışdığı bir sahəyə çevrilib. Ən üst düzən bürokratiyadan tutmuş regional qruplaşmalara qədər bütün məmur aparatı təhsil sistemindən pay qopartmağa çalışır, öz kadrlarını yerləşdirir, klanını formalaşdırır. Bəzən bir məktəb direktoruna və yaxud regionala xüsusi qaydada ,,yerləşdirilmiş'şöbə müdirlərinə nəinki regional idarə müdiri , heç nazirlik belə söz keçirdə bilmir. Çünki arxasından elə bir qüvvə boylanır ki, adamın çox şeyə heyifi gəlir. Bizə isə çox hörmətli Mehriban xanımın apardığı təhsil siyasətinin belə düşmənlərinin kimlər olduğunu ifşa etmək düşür. Azərbaycan təhsili müxtəlif qruplaşmaların maraq , bir çox hallarda isə mübarizə meydanına çevrilib. Qeyd etdiyimiz kimi nəinki regional idarələrə, heç nazirliyə belə tabe olmaq istəməyən məktəb direktorları, şöbə müdirləri at oynadırlar. Qohumbazlıq, tayfabazlıq təhsil sistemini metastaz kimi məhv edir. Direktorların işə qəbul imtahanı adlı tamaşa qurub pərdəarxasında iyrənc oyunlar oynanılır. Kimlərinsə qohumu, qudası, dostu, sevgilisi olmaq bu sahədə karyera qurmaq üçün əsas kriteriyadır. Artıq özbaşnalıqlar o həddə çatıb ki, yerindən duran hər kəs təhsil sistemindən pay qoparmaq eşqinə düşür. Eşq demişkən bütün bu oyunların, kataklizmaların mərkəzində duran əas fiqurun-Eşqi Bağırovun adını qeyd etməmək olmaz. Təhsil sistemində ən böyük qruplaşmanın yaradıcısı, “dövlət içərisində dövlət” yaratmaq iddiasında olan cənab Bağırov rəhbərlik eydiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini şəxsi maraqların qorunduğu bir təşkilata çevirib. Kadr siyasəti elə bir vəziyyətdədir ki, artıq təhsil sistemi “vassalımın vassalı mənim vassalım deyil” prinsipi ilə idarə olunur. Nazirliyə tabe olan idarələr, qurumlar müxtəlif maraqları təmsil etdikləri üçün çox vaxt bir-birinin işini sabotaj edir, biri digərinə mane olur. Təhsil sahəsində islahatçılıq xəttini qorumağa çalışan nazirin mütərəqqi yenilikləri əksər hallarda bu qruplaşmalar tərəfindən qəsdən boğulur və yaxud yarıtmaz şəkildə həyata keçirilir.
“Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır...
MÜDTAnın fəaliyyəti sanki Təhsil nazirliyini oyundankənar vəziyyətə salmaq, cəmiyyətdə narazılıq formalaşdırmaq üzərində qurulub. Baş verən bütün ədalətsizlikləri əslində “Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır. Təhsil sistemində baş verən oyunlara son qoyulmazsa bunun fəsadlarını hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Cənab Prezidentin yürütdüyü milli maraqlara söykənən siyasi kursu sabotaj edən, cəmiyyətdə narazılıq formalaşdıran “təhsil biznesi” kökündən boğulmalı, qruplaşmalar neytrallaşdırılmalı, şəffaf kadr siyasəti aparılmalıdır. Məktəbin, müəllimin nüfuzu bərpa olunmalı, tədris prosesi özəl kurslardan sinif otaqlarına qaytarılmalıdır. Milli varlığımızın təməl prinsipi olan təhsil sistemi bazar prinsiplərindən təmizlənməyənə qədər gələcəyimiz böyük təhlükə altındadır. Hər kəs öz sahəsində çalışsa daha yaxşı olardı-bazarkom bazarda, müəllim də məktəbdə...
PS: Növbəti yazımızda kim kimin arxasından çıxır konkret adlar,şəxslər barədə geniş müəlumat verəcəyik. Ardı var..
Nicat Mahmudov - FRAKSİYA.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56