Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar

Gündəm / Siyasət Сегодня, 17:11



Bu il Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırma imtahanlarının ciddi etirazlar doğurması təşkilatçıları geri çəkilməyə məcbur qoydu. Bununla da Nazirlik, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu yarıtmaz fəaliyyətlərini etiraf etmiş oldular. Başqa sözlə, imtahan edənlər özləri imtahandan kəsildilər.

Məlumata görə sertifikatlaşdırmada iştirak edən müəllimlərin Nazirlik, MÜTDA və Təhsil İnstitutu qarşısındakı etirazlarından sonra daha üst dövlət instansiyalarından təhsil başbilənlərinə ciddi danlaq gəlib. Müəllimlərin haqlı narazılığının qulaqardına vurulmasının sosial-siyasi cəhətdən böyük yanlış olduğu naşı idarəçi-rəhbərlərin diqqətinə qəti şəkildə çatdırılıb. Təhsil başbilənləri də bundan sonra əl-ayağa düşüb, bəzi fənlər üzrə hər müəllimin nəticəsinə 1-2 bal artırıblar. Dolayısı ilə sualların tərtib olunmasındakı səhvlərini etiraf ediblər.

Ancaq səhvlər nədən ibarətdir, hansı parametrlər üzrə səhvə yol veriblər? Bunu izah etməyi, üzr istəməyi belə lazım bilməyiblər. Buna idarəçilik və pedaqoji mədəniyyət lazımdır. Görünən odur ki, bu da kökündən yoxdur.

Digər məntiqi və hüquqi suallar da açıq qalır:

İstərdik ki, aidiyyatı qurumlar suallarımızı cavablandırsınlar.

1) Hər ixtisas üzrə səhv suallara dair etirazlar və müəllimlərin videosübutları, çıxışları, müraciətləri olduğu halda niyə ancaq bəzi fənlər üzrə ballar artırılır?

2)Bu yanaşma bütün narazı müəllimləri etiraza səsləmək kimi dəyərləndirilə bilərmi?

3)Hər fənn üzrə bir neçə səhv sualların salınması müəllimlərin imtahan vaxtının ciddi şəkildə israf olunmasına səbəb olduğu üçün onların Nazirliyin səhvləri səbəbindən ümumilikdə nə qədər vaxt və bal itkisi ilə üzləşdiklərini qiymətləndirən müstəqil komissiyanın yaradılmasını düşünürsünüzmü?

4)Səhvlər hansı səbəblərdən baş verib? Təxribatdır, təcrübəsizlikdir, məsuliyyətsizlikdir, yoxsa bilgisizlik?

5) Səhvlərə yol verən məsul şəxslərin və əməkdaşların cəzalandırılması halları oldumu? Olubsa niyə məlumat verilmir?

6)Sertifikatlaşdırma imtahanlarının DİM-ə verilməsi tələbləri var. Bununla bağlı mövqeyiniz nədən ibarətdir?

7)Yaratdığınız vəziyyətə, müəllimlərə vurulmuş mənəvi-psixoloqu zərərə görə üzr istəməyi, kompensasiya ödəməyi düşünürsünüzmü?

8) Balını artırdığınız müəllimlər ancaq apellyasiya şikayəti verənlərdən ibarətdir? Yoxsa bütün müəllimlərin balı artırılıb? (Təhsil İnstitutunun məlumatında ancaq apellyasiya nəticələrindən söhbət gedir)

9)Səhv suallarınızın elmi-pedaqoji izahını verməyi düşünürsünüzmü? Əks halda sanki etirazlara görə texniki olaraq bal artırılması baş verib.

10)Sertifikatlaşdırma imtahanlarını ümumilikdə nə qədər dövlət vəsaiti xərclənib?

11) Sertifikatlaşdırma imtahanlarının təşkilinə cəlb olunmuş şirkətlər hansı meyarlar əsasında seçilib? Bunun üçün tender keçirilibmi? Həmin şirkətlərə nə qədər pul verilib?

12) Hələlik aşkar olunmuş bu qədər səhvlərdən sonra sertifikatlaşdırma imtahanlarına rəhbərlik edən şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilirmi?

P.S. İnanmaq istərdik ki, qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyindən on minlərlə müəllimi düşündürən suallara səhv olmayan cavablar ala biləcəyik. (BnTv.az)

Xəbər lenti

Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
18:03
Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
17:32
Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
17:11
Dənizdə batan 4 nəfər AXTARILIR
16:02
“E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
15:27
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
15:03
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
13:19
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
12:41
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
12:05
Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
11:31
İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım
10:30
Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
10:02
Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
09:33
Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
09:06
Arzu Kazımov yenə qalmaqalın mərkəzində - “Servis+” MTK-da nə baş verir?
17:31
AYYDA-nın yarım-yapalaq qoyub qaçdığı yol - Video
16:41
Tovuz icra başçısı şəhid anasına "Biz sizə ev verən deyilik" cavabını verib - Şəhid anası müraciət etdi
15:18
Turizm sektoru çöküb - Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb
14:52