“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

Gündəm / Cəmiyyət 3-08-2026, 12:26


Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir
Azərbaycanın market rəflərində 2023-cü ildən boy göstərən “Daşlı Bulaq” təbii minerallı süfrə suyu “Azərsun Holdinq” tərəfindən böyük iddia ilə satışa çıxarılıb. Gədəbəyin 2450 metr yüksəkliyindəki dağ zirvəsindən 18 kilometrlik xüsusi borularla çəkildiyi vurğulanan bu su “Daşlı Bulaq – A” MMC tərəfindən qablaşdırılır. Lakin min bir təriflə reklam edilən bu brendin arxasında dəhşətli bir aldatma, mənimsəmə və şərik haqqına girmə hekayəsi dayanır.
İstehsalı başlayan iş adamı necə oyundan kənarlaşdırıldı?
Redaksiyamıza müraciət edən iş adamı Elxan Qəmbərovun təqdim etdiyi faktlar məsələnin qaranlıq tərəflərinə işıq tutur. Məlum olur ki, hələ pandemiyadan əvvəl suyun faktiki sahibi kimi tanınan professor Abdulla Abdullayevlə iş adamı arasında razılıq əldə olunub. Suyun istehsalı üçün tələb olunan ilkin kapitalı məhz Elxan Qəmbərov yatırıb. Gigiyenik sertifikatların alınmasından tutmuş, dövlət qurumlarının rəsmi icazələrinə qədər bütün addımları öz şəxsi vəsaiti hesabına reallaşdırıb.
Lakin iş tam hazır vəziyyətə gələndən sonra Abdulla Abdullayev əsl “simasını” göstərib. Şərikinin çəkdiyi əziyyətdən və xərclədiyi puldan istifadə edən professor, onu prosesdən uzaqlaşdırıb. Əvəzində isə xərclənən investisiyaya görə cəmi 20 min manat ödəyəcəyini vəd edib.
Qara siyahıya atılan zənglər və “Odlar Yurdu” nağılı
Lakin bu vəd də adi bir hoqqabazlıq çıxıb. Elxan Qəmbərov bildirir ki, Abdulla Abdullayev nəinki 20 min manatı ödəyib, əksinə, pulu verməmək üçün min bir bəhanə uydurmağa başlayıb.
Özünü vaxtilə Odlar Yurdu Universitetinin sahibi kimi qələmə verən, hətta təhsil müəssisəsinin Paşayevlər tərəfindən əlindən alındığı nağılını uyduraraq qarşı tərəfdə manipulyasiya yaradan bu “professor”, sonda bütün körpüləri yandırıb. Elxan Qəmbərovun telefonlarını bloka atan A.Abdullayev zənglərə cavab verməkdən imtina edib. Zərərçəkən iş adamının Gədəbəydəki zavoda və Abdullayevin evinə dəfələrlə etdiyi səfərlər də boşa çıxıb.
Tahir Gözəl və “Azərsun” bu prosesin harasındadır?
Ən biabırçı məqam isə ölkənin ən iri biznes şəbəkələrindən olan “Azərsun Holdinq”in bu çirkin oyundakı rolu ilə bağlıdır. Şikayətçi açıq şəkildə bildirir ki, Abdulla Abdullayevin bu dərəcədə arxayınlaşmasının və başqasının pulu ilə qurulan biznesin üstünə yatmasının tək səbəbi var: “Azərsun” rəhbərliyinin onu açıq-aşkar himayə etməsi.
Xüsusilə “Azərsun Holdinq”in rəhbəri Tahir Gözəlin adı bu qalmaqalda birbaşa keçir. Holdinq rəhbərliyi adında “professor” titulu daşıyan, amma mahiyyətcə şərik aldatmaqdan çəkinməyən bir şəxslə işbirliyi quraraq, özgəsinin investisiyası hesabına ərsəyə gəlmiş zavodun məhsulundan haram pullar qazanır.
Özünü dürüst biznes simvolu kimi qələmə verən Tahir Gözəl və onun holdinqi bu suallara cavab verməlidir:
– Başqasının 20 min manatını mənimsəyən, tərəfdaşını aldadıb qaçan bir şəxslə müqavilə bağlayıb şərik olmaq hansı biznes etikasına sığır?
– Başqasının haqqı və əməyi tapdanaraq bazara çıxarılan bu sudan qazanılan pul haram deyilmi?
– Tahir Gözəl hansı maraqların müqabilində bu şəxsi öz çətiri altına alıb?
Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir. Elxan Qəmbərov haqqı olan vəsait ödənilənədək bu özbaşınalığa qarşı mübarizəsini davam etdirəcəyini bildirir.
“Azərsun Holdinq” və Abdulla Abdullayevdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə, mövzuda adı çəkilən qarşı tərəflərin — Abdulla Abdullayevin, “Azərsun Holdinq”in və Tahir Gözəlin də mövqeyini dərc etməyə hazırıq.(Tendensiya.com)
Orxan Məmmədli

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31