Şah İsmayıl Xətaiyə Bakı necə sökdürülür

Gündəm / Cəmiyyət 6-08-2026, 09:32


Bizə rəqib ola biləcək toplumlara baxıram, qayğıları gələcəklə bağlıdır. Çağla ayaqlaşan təhsil, əhalinin sağlamlığı, yeni texnolojilərə çatımlılıq, ordu quruculuğu, bunları gerçəkləşdirmək üçün iqtisadi yüksəliş hayındadırlar. Özümüzə baxıram…, tarixin bu an üçün ən gərəksiz qatlarında eşələnirik. Daha dəqiqi eşələndirilirik… Bu o qədər bilincli şəkildə, o qədər dəqiq qrafik üzrə baş verdirilir ki, ağlı başında insanlarımızın çoxu plana qarşı çıxmaq yerinə bu dalğaya qoşulur.
Gözünün qabağında Bakı boyda abidə - millətin yeri doldurulmayacaq tarixi mirası məhv edilən insanlar Şah İsmayılın Vatikan agenti olub-olmamasını “araşdırır”, 3 dəqiqə mübahisəyə dözməyəcək ağılları ilə məzhəb və təriqət mövzularına dalırlar.
“Vsyo”, “okeydir”, tamamdır, həqiqəti tapıblar… Şah İsmayıl Xətai ana tərəfdən Vatikana bağlıdır, “inoagentdir”🫣, şiəliyi türk dünyasını 🫪 bölmək üçün düşünüb ona icra elətdiriblər, onun sayəsində türklük 🤔 parçalanıb. Gör hardan vururlar… Tanımayan Şah İsmayıl məsələsini ortaya atıb illərlə yaxa yırtanların türklük, Türkiyə sevdalısı olduğunu düşünər… Əslində dərdləri türklüyü yenə məzhəblərdə bölməkdir.
5-6 yüzil öncə Osmanlısının bugünkü Türkiyə Cümhuriyyəti ilə çox demərəm, 4 fərqini saya bilməyənlərdən “ordu” qurub artıq çoxdan yaşanmışlarla günümüzü məşğul edirlər. İnsafən içərilərində “dərin savad” sahibləri də var. Obyektivlik üçün “Möhtəşəm yüzil”dən öyrəndiklərini səsləndirirlər, məsələn deyirlər ki, Osmanlı padşahlarının anaları da xristian olub. Amma onlar Vatikan agenti olmayıblar. Qəti… Elə-belə boyunlarıda xaç gəzdiriblər, sonra padşah öz əllərilə onlara firuzədən damla üzük düzəldib verən kimi xaçı çıxarıb atıblar, olublar qatı müsəlman. Amma bu Səfəvi var aaa, bölüb e türk dünyasını. Parça-parça edib, əhli-beyt adına kəsmədikləri baş qalmayıb…
“Millət” burda ikinci günəbaxan tumu paketi açır, pəncərəsindən şəhərinin, paytaxtının, tarix mirasının necə məhv edildiyini görməzdən gəlir, Şah İsmayıl şiəliyi gətirməsəydi, indi Azərbaycan da Türkiyə olardı, biz də NATO ölkəsi olardıq, tibbi sığorta da yaxşı işləyərdi, mərcimək şorbası ilə “kuru fasulya” yeyib xoşbaxtlığın qafiyəsini tapardıq, hələ CHP-yə üzv də olardıq düşüncəsinə qapılır.
Bakı bu gün ekskavatorla kosmopolit, multikultural obraza salınsa da türklük və şiəliyin vəhdətinin şəhəridir. Hər sökülən imarəti, hər dağıdılan məhəlləsi o tariximizin mirasıdır. Bakının sehri bu vəhdətdədir. Məscidinin, qalasının, təkkəsinin, imarətinin, hamamının üzərindəki “bismillahir-rəhmanir-rəhim”lə başlayıb Məhəmməd Peyğəmbərə (s), əhli-beytə salamla davam edən yazılardır o vəhdətin sübutu. Bunlardır Bakını özəl edən, fərqləndirən.
Miras bilirsiz nədir? Bilirsiz necə qorunur? Keçmişini qandı-qanmadı, sürüyə qoşulub pisləməklə olmur bunlar. Hər yerə döşənən daşını, bir-birini təkrarlayan minlərlə kilsəsini, zadəgan evindən çayqırağı balıqçı məhəlləsinə qədər hər tikilisini əzizləyən avropalıların etdiyi kimi olur. Minillik məbədlərində bir toteminin lələyindəki nişanı gözünün bəbəyi kimi qoruyan çinlilərdəki kimi olur.
Bakını sökərkən - minillik mirası məhv edərkən toplumun səssiz, seyrçi, laqeyd qalması üçün gərəkdir tarixin gözdən salınması. Köhnə hər şey pisdir alqısı yaratmağın, tarixi şüurdan silib milləti kökündən qoparıb havada qoymağın yolu budur.
Keçmişi baba yadigarı kimi əzizləməyi, yaxşı tərəflərini görməyi öyrədənlərin sözü dinlənməli. Əksi düşmən işidir.
Yumun gözünüzü, bir Bakını düşünün… İçəri, bayır şəhərləri göstərdi beyniniz, ya Azərsunun binasını?
Hə, o beyninizin göstərdiyini sökürlər…
Aygün Muradxanlı

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56