Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır –rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır

Gündəm / Cəmiyyət 10-08-2026, 09:19


İctimai maraq doğuran məsələlərin araşdırılması medianın əsas vəzifələrindən biridir. Xüsusilə insanların sağlamlığı ilə birbaşa əlaqəli olan tibb sahəsində fəaliyyət göstərən şəxslərin ixtisası, sertifikasiyası və peşə fəaliyyəti barədə yaranan sualların cavablandırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən redaksiyamız bir müddət əvvəl həkim Pərvaz Kişiyevin ixtisası üzrə fəaliyyət göstərib-göstərməməsi ilə bağlı araşdırma materialı dərc etmişdi.

Həmin araşdırmada redaksiyamıza daxil olmuş məlumatlar əsasında Pərvaz Kişiyevin hazırda “VIP Milan Hospital”da LOR (otorinolarinqoloq) həkimi kimi fəaliyyət göstərdiyi, halbuki əvvəllər anestezioloq kimi çalışdığı barədə iddiaların mövcud olduğu qeyd edilmişdi. Bu məlumatların dəqiqləşdirilməsi məqsədilə jurnalist etikasına və “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qarşı tərəfə rəsmi sorğu ünvanlanmışdı.
Sorğumuz əvvəlcə Pərvaz Kişiyevin köməkçisinə göndərildi. Lakin təqdim olunan cavab redaksiyamızın ünvanladığı konkret sualları cavablandırmadı. Əksinə, yalnız ümumi məzmunlu açıqlama verildi və bildirildi ki, məlumatlar yalnız hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında təqdim olunur. Halbuki redaksiyamız pasiyentlərə aid şəxsi məlumat deyil, ictimai maraq doğuran peşə fəaliyyəti ilə bağlı rəsmi məlumatların açıqlanmasını xahiş etmişdi.
Bununla kifayətlənməyən redaksiyamız məsələni daha obyektiv araşdırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə və “VIP Milan Hospital”a rəsmi elektron sorğular göndərdi. Sorğularda Pərvaz Kişiyevin hansı ixtisas üzrə sertifikasiya olunduğu, hazırda hansı ixtisas üzrə fəaliyyət göstərdiyi və LOR həkimi kimi çalışmasının hüquqi əsasları barədə izahat istənildi.
Lakin sorğuların göndərilməsindən artıq 12 gün keçməsinə baxmayaraq, redaksiyamıza heç bir rəsmi cavab təqdim olunmayıb. Bu müddət ərzində TƏBİB-in mətbuat xidməti ilə “WhatsApp” vasitəsilə də əlaqə saxlanılıb, sorğu yenidən göndərilib. Təəssüf ki, bu müraciət də cavabsız qalıb.
Belə yanaşma istər media nümayəndələri, istərsə də ictimaiyyət üçün haqlı suallar yaradır. Dövlət qurumlarının və tibb müəssisələrinin ictimai maraq doğuran məsələlərdə şəffaf mövqe nümayiş etdirməsi, qanunvericiliyin imkan verdiyi çərçivədə mediaya məlumat verməsi cəmiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Susqunluq isə mövcud sualların aradan qalxmasına deyil, əksinə, yeni sualların yaranmasına səbəb olur.
Əgər ortada hər hansı qanun pozuntusu yoxdursa və bütün fəaliyyət qanunvericiliyin tələblərinə uyğundursa, bu barədə qısa və aydın rəsmi açıqlamanın verilməsi həm tibb müəssisəsinin, həm də həkimin nüfuzunun qorunmasına xidmət edərdi. Təəssüf ki, indiyədək belə bir mövqe nümayiş etdirilməyib.
Redaksiyamız bir daha vurğulayır ki, məqsədimiz hər hansı şəxs və ya tibb müəssisəsini ittiham etmək deyil. Məqsəd yalnız ictimai maraq doğuran məsələlərin rəsmi sənədlər və səlahiyyətli qurumların açıqlamaları əsasında araşdırılmasıdır. Məhz buna görə də suallarımıza cavab almaq üçün bütün qanuni vasitələrdən istifadə olunur.
Hazırda cavab gözləyən əsas suallar dəyişməz olaraq qalır: Pərvaz Kişiyev hazırda hansı ixtisas üzrə fəaliyyət göstərir? Onun qüvvədə olan sertifikasiya şəhadətnaməsi hansı ixtisasa aiddir? Əgər LOR həkimi kimi fəaliyyət göstərirsə, bunun hüquqi və peşəkar əsasları nədən ibarətdir? Bu sualların cavabı həm pasiyentlər, həm də cəmiyyət üçün əhəmiyyətlidir.
Redaksiyamız araşdırmanı davam etdirəcək və məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından daxil olacaq bütün rəsmi məlumatları olduğu kimi ictimaiyyətə çatdıracaq.
Qeyd: Redaksiyamız jurnalist etikasına və “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə sadiqdir. Yazıda adı çəkilən Pərvaz Kişiyevin, “VIP Milan Hospital”ın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in də mövqeyini işıqlandırmağa hazırıq./kəskinmedia.tv/

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31