“Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir

Gündəm / Cəmiyyət 3-04-2026, 09:25


“Qobu Park 1” yaşayış kompleksində məcburi köçkünlər üçün inşa edilmiş binaların pis vəziyyətdə olması ilə bağlı iddialar səngimir.
Bu barədə ictimai platformalarda paylaşımlar edilir, ardınca isə məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlamalar verir.
Rəsmi qurumun son açıqlamasında bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.
Eyni zamanda, qeyd edilib ki, kompleksin texniki durumu daimi olaraq podratçı təşkilat tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür.

10-cu bina
Ancaq qurumun bütün bu optimist açıqlamalarına baxmayaraq, “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin “Təzadlar”a verdiyi məlumat və redaksiyamıza göndərdikləri fotoşəkillərdəki mənzərə heç də ürəkaçan deyil. “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin sözlərinə görə, ilk tikildiyi vaxtlarda vizual olaraq göz oxşayan bu binalar, indi yaşamaq üçün olduqca qorxulu, təhlükəli vəziyyətə düşüb – hərəsi bir istiqamətə əyildiyi üçün onların özülündə yenidən bərkitmə işləri aparılır. Hətta bəzi binalar özülündən qoparaq daha qorxunc vəziyyətə çatıb. Vaxtilə yaşayış kompleksindəki 8-ci binada ciddi əyilmə baş verdikdən sonra aidiyyəti qurumlar işə qarışaraq problemi kökündən deyil, müvəqqəti aradan qaldırıblar. /Tezadlar.az/

9-cu bina
Qeyd edək ki, 9-cu və 10-cu binaların fotoşəkillərindən də göründüyü kimi, artıq problemin ciddiliyini anlayan aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə çıxır ki, “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin bu binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarına ciddi əsas var…(Bizimesr.az)


Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56