FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar

Gündəm / Dünya 14-08-2026, 10:56


Türker Əliyevanın videosunu izləyəndə insanı dəhşət bürüyü.
Bir vətəndaşa, bir hərbçi qızına, ən əsası isə bir Azərbaycan xanımına qarşı bu dərəcədə açıq-aşkar təzyiq göstərmək, ona oyun qurmaq hansı qanuna, hansı vicdana sığır?
Bunu görmək üçün xüsusi bir yetənəyə sahib olmağa,xüsusi bir mütəxəssis olmağa ehtiyac yoxdur; hər şey göz qabağındadır.
Bir vətəndaşın, bir Azərbaycan xanımının min bir əziyyətlə sahib olduğu şəxsi mülkiyyətini, torpağını elə öz əli ilə imza atdırıb əlindən almaq hansı mənəviyyata, hansı qanuna sığır?
Dünən 4 saylı Daşınmaz Əmlakın (Abşeron) divarları arasında baş verənlər sadəcə bir narazılıq deyil, bir vətəndaşın əmlakına göz dikən idarə rəhbərliyi və onun icraçılarının çirkin oyunudur!
Sənədə Oxumadan İmza Atdırmaq Vətəndaşın Hüquqlarını Əlindən Almaqdır!
Məsələnin özəyi tam olaraq budur: Vətəndaş öz rəsmi sənədini almağa gəlir, amma Orxan Əlizadə onun qabağına imtina sənədi qoyur və utanmadan deyir ki: "Oxumadan imza atacaqsan!"
Bu nə deməkdir? Bu, vətəndaşın halal mülkünü, torpağını hiylə ilə, təzyiqlə, hədə-qorxu ilə əlindən almaq planıdır!
Bir dövlət qulluqçusu hansı cürətlə vətəndaşdan öz haqqından, öz torpağından imtina etməsini tələb edə bilər?
Məqsəd bəllidir: vətəndaşı çaşdırmaq, imzanı qoparmaq və kimlərinsə şəxsi maraqlarını təmin etmək. İmtazdan imtina edildikdə isə o dəqiqə əsl üzlər ortaya çıxır – söyüş, təzyiq və psixoloji terror!
Fuad İbrahimovun "Mütəşəkkil Ssenarisi"
Bu qanunsuzluğun başında duran Fuad İbrahimov kabinetində oturub hansı çirkin ssenariləri cızır?
Oynanılan oyun:
Öz qanunsuzluqlarını ört-basdır eləmək üçün bir xanımın üzərinə dəstə halında hücum təşkil etmək
Ən alçaq addım: Canını və qanını bu torpaq üçün verən vuruşmuş Qazimizi öyrədib, təxribat alətinə çevirərək xanımın üzərinə salmaq!
Bu məsələnin Qaziyə heç bir aidiyyatı olmadığı halda müdaxilə etməsi düşündürücü haldı.Bizi düşündürürsə əminəm Hüquq mühafizə orqanlarınıda düşündürəcək.
Fuad İbrahimov və Orxan Əlizadə, siz öz şəxsi mülkiyyət maraqlarınız, qanunsuz əməlləriniz üçün müqəddəs Qazi adını alət edəcək qədər alçaldınızmı?
Bir xanımı öz idarənizdə qapalı qapılar arxasında təkləmək, söymək, ölümlə hədələmək bəyəm sizin "kişiliyinizdir", yoksa idarəçiliyiniz?
Türker Əliyevanın Yanındayıq – Bu Həm də Şəxsi Mülkiyyət Haqqının Müdafiəsidir!
Türker Əliyeva bir hərbçi qızı, bir Azərbaycan xanımı kimi böyük bir cəsarət göstərərək bu çirkin mexanizmin üstünü açdı. O, nəinki öz torpağını və hüququnu qorudu, həm də bütöv bir idarədə vətəndaşların başına nə oyunlar gətirildiyini ortaya qoydu.
Bu gün Türker xanıma tətbiq olunan bu psixoloji və fiziki təzyiq, əslində hər birimizin mülkiyyət toxunulmazlığına edilən təcavüzdür. Bizi öz torpağımızda, öz halal mülkümüzdə bu cür oyunlarla çora calamaq istəyənlərə göz yumulmamalıdır!
Bu Məmurlar Cavab Verməlidir!
Buradan açıq şəkildə bildiririk:
Fuad İbrahimov və Orxan Əlizadə başda olmaqla, vətəndaşın əmlakını hiylə ilə almağa çalışan, ona söyüş söyən və ölümlə hədələyən hər bir şəxs dərhal işdən kənarlaşdırılmalı və qanun qarşısında cavab verməlidir.
İdarənin kamera görüntüləri ört-basdır edilməməli, vətəndaşa zorla imza atdırılmaq istənilən o anlar tam araşdırılmalıdır.Bu Rayon polis idarəsi səviyyəsində yox birbaşa Nazirlik səviyyəsində araşdırılması daha məqbuldur.
Şəxsi mülkiyyəti quldur üsulları ilə mənimsəməyə çalışan bu cür məmurların dövlət adından danışmağa, o kürsüdə oturmağa haqqı yoxdur! Türker Əliyevanın haqlı mübarizəsində sonadək yanındayıq!
Sima Babayeva
Teref

Xəbər lenti

Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31