Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət 20-08-2026, 17:31


Son illər Azərbaycanda avtomobili girov qoyaraq lombardlardan və müxtəlif təşkilatlardan kredit adı altında pul götürənlərin sayı xeyli artıb.

Sosial şəbəkələr vasitəsilə aldadıcı reklamlar yayan belə qurumların əsas hissəsi vətəndaşlara vəsaiti ağır şərtlərlə və yüksək faizlərlə təklif edir.
Yenicag.az-a daxil olan məlumata görə, həmin təşkilatlardan biri də “S Lombard”dır.
Qızıl, avtomobil və mənzil girov götürməklə fəaliyyət göstərən bu qurumda faiz dərəcələri maksimum həddə çatıb. Reklam çarxlarında avtomobilin sürücünün özündə qalacağını və asan şərtlərlə kredit verildiyini elan edən “S Lombard” reallıqda vətəndaşları çətin vəziyyətə salır. Bildirilir ki, dəyəri 25 min manat olan avtomobili cəmi 15 min manat qiymətləndirərək girov götürən qurumun kredit faizləri faktiki olaraq 48 faizə qədər yüksəlir.

Qanunvericiliyə görə, lombard kreditlərinin rəsmiləşdirilməsi “girov bileti” vasitəsilə həyata keçirilir. Həmin sənədin forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və girov qoyulan əşyalar bilet üzərində ətraflı təsvir olunmalıdır. Qanunvericilik qəti şəkildə nəzərdə tutur ki, lombardlarda qoyulan girov heç bir halda birtərəfli qaydada mənimsənilə bilməz. Girov yalnız açıq hərrac vasitəsilə satılmalıdır və bu prosedurlar Mülki Məcəllənin tələblərinə uyğun icra olunmalıdır.

Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu isə o deməkdir ki, borclu şəxsin özü də həmin hərracda iştirak edərək əşyasını geri əldə etmək imkanına malikdir.
Lakin “S Lombard”ın vətəndaşların hüquqlarını kobud şəkildə pozduğu iddia olunur. Məlumata görə, borcalanın cəmi 1 günlük ödəniş gecikməsinə yol verməsi belə qurum tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamənin dərhal ləvğ edilməsi və nəqliyyat vasitəsinin vətəndaşın əlindən alınması ilə nəticələnir.

Araşdırmalar zamanı o da məlum olub ki, “S Lombard”ın sahiblərindən biri Sərval adlı şəxsdir. İddialara görə, bu şəxs tanınmış məmurlardan birinin kürəkənidir və rəhbərlik etdiyi təşkilat vasitəsilə həmin məmurun və onun ətrafının maliyyə vəsaitlərinin dövriyyəsini təmin edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.(Yenicag.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25