Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?

Gündəm / Cəmiyyət 22-08-2026, 13:45


Barəsində rayon prokurorluqlarında cinayət işi üzrə araşdırma aparıldığı bildirilən Seymur Məmmədov hansı klinikalarda qanunsuz estetik əməliyyatlarını davam etdirir?

Bir neçə gün əvvəl Kəpəz Hospitalda Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun keçirdiyi plastik əməliyyatdan sonra vəfat etməsi barədə məlumat yayılıb. KİV-də yayılan məlumatlara görə, əməliyyatı estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.Bu məsələ artıq yalnız bir şəxsin peşə fəaliyyəti ilə bağlı deyil. Burada daha ciddi sual yaranır: estetik tibbi fəaliyyət üçün müvafiq sertifikatı olmayan həkim necə əməliyyat həyata keçirə bilib?Mediatvaz.combildirir ki məsələnin daha da ciddiləşməsinin səbəbi isə ötən il yayılan digər rəsmi məlumatlardır.İctimaiyyətə məlum olan məlumatlara əsasən, ötən ilin mart ayında Pərvanə Mirzəyeva, avqust ayında isə Nilufər Abdulla estetik əməliyyatdan sonra vəfat edib. Hər iki əməliyyat Seymur Məmmədov tərəfindən həyata keçirilib. Tulin Turpun ölümü isə, artıq üçüncü ölüm hadisəsi barədə ciddi araşdırma zərurətindən gedə bilər.Burada ən vacib məsələ ittiham irəli sürmək deyil.Əsas məsələ budur: bu ölümlərin hər biri üzrə tibbi ekspertiza hansı nəticəyə gəlib? Redaksiyamıza daxil olan digər məlumata görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirovun da bu məsələlərlə bağlı adı hallanır. İddialara görə, Cavid Cahangirov Seymur Məmmədova yaxın şəxslərdən biri hesab olunur və onun bir sıra işlərinə dəstək verdiyi bildirilir.Cavid Cahangirovun Seymur Məmmədovla hər hansı əlaqəsinin olub-olmaması, ekspertiza proseslərində hansı rolu oynadığı və hər hansı təzyiq və ya müdaxilənin baş verib-vermədiyi müvafiq qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Digər mühüm iddia isə Seymur Məmmədovun sertifikat məsələsinə baxmayaraq estetik əməliyyatları müxtəlif klinikalarda bu gündə davam etdirməsi ilə bağlıdır. Estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş Seymur Məmmədov,başqa klinikada hansı hüquqi əsasla əməliyyat həyata keçirə bilər? Klinikalar belə bir həkimlə hansı əsasla əməkdaşlıq edir? Onun həmin tibb müəssisələrində əməliyyat aparmasına kim icazə verir? Əməliyyatlar klinikanın rəsmi sənədlərində qeydiyyata alınırmı? Həkimlə tibb müəssisəsi arasında əmək müqaviləsi və ya digər hüquqi əsas mövcuddurmu? İctimaiyyətin cavab gözlədiyi suallar kifayət qədərdir:Cavid Cahangirovun həmin ekspertizalarda rolu nə olub? Ekspertiza nəticələrinə hər hansı müdaxilə və ya təzyiq göstərilməsi barədə araşdırma aparılıbmı?
Sertifikatı ləğv edilmiş həkimin əməliyyat aparmasına şərait yaradan klinikalar hansılardır? Bu sualların cavabı yalnız bir həkimin deyil, səhiyyə sistemində nəzarət mexanizmlərinin işləyib-işləmədiyinin göstəricisi olacaq. Məsələ susmaqla bağlanacaq məsələ deyil. Söhbət insan həyatından, tibbi məsuliyyətdən və ictimai nəzarətdən gedir. Redaksiyamız araşdırmanı davam etdirir.Qanunsuz əməliyyatların hansı klinikalarda aparıldığı barədə məlumatları yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq.Xatırladaq ki, Nilufər Abdullanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda aparılan istintaq işi hələ tamamlanmayıb. Bu isə həmin ölüm hadisəsinin səbəbləri və tibbi müdaxilənin nəticələri ilə bağlı yekun hüquqi qiymətin hələ verilmədiyini göstərir.Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun ölümü ilə bağlı isə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıldığı bildirilir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25