Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib

Gündəm / Cəmiyyət 22-08-2026, 14:43



Penitensiar Xidmətin sabiq rəisi general Ceyhun Həsənovun tapşırığı ilə təsərrüfatlara gedən suyun qabağı kəsilib, fermerlə nöyük miqdarda ziyan dəyib

Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı ciddi şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, general Ceyhun Həsənov rayonda balıq, toyuq və mal-qara təsərrüfatı ilə məşğuldur. İddia olunur ki, "Salyan Aqro Park”ın əməkdaşları texnikanın köməyi ilə bir neçə təsərrüfata gedən su kanalını palçıq və torpaqla bağlayaraq təsərrüfatların su təminatını faktiki olaraq məhdudlaşdırıblar.
Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə təsərrüfatlar arasında yaranmış mübahisədən yox, insanların illərlə qurduğu biznesə və onların dolanışıq mənbəyinə ciddi müdaxilədən gedir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarında suyun kəsilməsi böyük maddi zərərə və canlıların tələf olmasına səbəb ola bilər. Daha ciddi məqam isə şikayətçinin irəli sürdüyü iddialarda "Salyan Aqro Park”ın bu addımlarının vaxtilə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyinin bildirilməsidir.
Bundan əvvəl də mediada Ceyhun Həsənovun Salyan rayonunda donuz fermasının olduğu barədə müxtəlif iddialar yayılıb. Hazırkı şikayətlə həmin məlumatların arasında hər hansı əlaqənin olub-olmadığı isə ayrıca araşdırma tələb edən məsələdir.
Ən düşündürücü məqamlardan biri isə rayon səviyyəsində aidiyyəti qurumların bu vəziyyətə münasibətinin olub-olmamasıdır. İddialar doğrudursa, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət üçün maraqlıdır.
Bir neçə təsərrüfatın su mənbəyinin bağlanması, əgər bunun qanuni əsasları yoxdursa, ciddi sual doğurur: Kim bir sahibkarın və ya təsərrüfat sahibinin fəaliyyətinə belə müdaxilə etmək səlahiyyətini özündə görür?
Dövlət sahibkarlığın inkişafını, kənd təsərrüfatının genişləndirilməsini və regionlarda məşğulluğun artırılmasını prioritet elan etdiyi halda, ayrı-ayrı təsərrüfatların hansısa şəxsin şəxsi maraqları və ya göstərişi əsasında zərər görməsi barədə iddialar xüsusilə ciddi araşdırılmalıdır.
Əgər doğrudan da illərlə qurulan təsərrüfatların fəaliyyəti bir şəxsin maraqları naminə məhdudlaşdırılırsa, bu, təkcə sahibkarların deyil, bütövlükdə dövlət qurumlarına olan etimadın zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətin davam etməsi isə Salyanda sosial gərginliyin artmasına və yeni narazılıqların yaranmasına zəmin yarada bilər.
Yazıda adı çəkilən "Salyan Aqro Park”, general Ceyhun Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.
Qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyaya daxil olan şikayət və iddialar əsasında hazırlanıb. Faktların hüquqi və rəsmi şəkildə araşdırılması aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

7NEWS.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56