Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar

Gündəm / Cəmiyyət 27-08-2026, 09:06


Vüsal Nəsərilinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədr təyinatından sonra qurumun tabeliyində genişmiqyaslı yoxlamalar aparılması, hətta bir çox kadrların vəzifələrini itirməsi ona ümidi artırsa da, görünən odur ki, o, əvvəlki sədr Saleh Məmmədovdan müsbət iş üslubu baxımından fərqlənmir.

Bu barədə mia.az-a verilən məlumata görə, təyinatının ilk vaxtlarında Saleh Məmmədovdan qalan və korrupsiyaya bulaşmaları şübhə doğurmayan yüksək vəzifəli şəxslərinin fəaliyyətini yoxladan yeni sədr sonradan onların çoxu ilə "dil tapıb":

"Elə götürək, iki ay əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavini təyin olunan Kamran Əzizovu.

Bu adam Saleh Məmmədovun korrupsiya mexanizmində əsas adamlardan biri idi. Hətta onlar o qədər yaxın idi ki, Saleh Məmmədov onsuz xarici səfərlərə belə ayaq basmırdı. O vaxtı Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi olan Kamran Əzizov qısa zamanda hansısa yollarla Vüsal Nəsirlinin qəlbinə də yol tapdı və üstəlik, heç kimin gözlənmədiyi halda sədr müavini vəzifəsinə təqdimat ala bildi.

İndisə o, Nəsirlini ən etibarlı adamı olmaqla yanaşı, həm də köhnə kadrlarla sədrin arasındakı əsas körpü rolunu oynayır. Məhz bu səbəbdən fəaliyyəti yoxlanılan, hətta vergi borcu milyonları aşan idarə rəislərinin çoxu nəinki azad olundular, əksinə, daha da irəli çəkildilər. Sual oluna bilər, necə?! Axı bu adamlar yoxlamadan təmiz çıxıblarsa, niyə təftişin nəticələri elan olunmadı? Bəs Maliyyə Nazirliyinin yoxlaması necə bitdi?!

Əlbəttə, bu və ya digər istiqamətdə veriləcək o qədər suallar var ki..."

Mia.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56