QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?

Gündəm / Cəmiyyət 31-08-2026, 13:03


Azərbaycan cəmiyyətinə hər kürsüdən şəffaflıq, dürüstlük və hesabatlılıq dərsi keçən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz fəaliyyətində elə qaranlıq sxemlər qurub ki, illərdir səslənən tənqidlər artıq sadəcə narazılıq deyil, birbaşa maliyyə maxinasiyalarının konturlarını cızır.

Dövlət büdcəsindən QHT sektorunun inkişafı üçün ayrılan milyonlarla manat vəsaitin hansı qaranlıq meyarlarla, kimlərə və hansı xidmətlərin müqabilində verildiyi hələ də “məxfi” qrifi altında saxlanılır. Şübhəli tenderlər, qapalı müsabiqələr və ən əsası, hər il milyonlarla manatın məhz "müsabiqədənkənar qrant" adı ilə silinməsi mexanizmi açıq-aydın dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyindən xəbər verir.
Müsabiqədənkənar milyonlar və gizli siyahılar...
Agentlik dəfələrlə edilən haqlı ictimai tələblərə və "Yenixeberorg.com"un araşdırma yazılarına baxmayaraq, hər il milyonlarla vəsaitin müsabiqədənkənar qrant adı ilə hansı QHT-lərə məhz nə üçün verildiyini açıqlamaqdan qəti şəkildə imtina edir. Şəffaflığı özlərinə bayraq edənlər əslində bu anlayışın arxasında milyonu aşan büdcə vəsaitlərini “dövlət tapşırığı” adı altında göyə sovururlar. Ölkədə yüzlərlə fəal və real iş görən QHT dövlət dəstəyindən kənarda qaldığı halda, hansısa seçilmiş, imtiyazlı dairələrə yüz minlərlə manatın paylanılması və bunun cəmiyyətdən gizlədilməsi biabırçılıqdır.
Eyni qaranlıq və qanunsuz yanaşma səfər qrantlarına da şamil edilir. Beynəlxalq platformalarda ölkəni təmsil etmək adı ilə verilən səfər qrantlarının əksəriyyəti tamamilə məxfi saxlanılır. Kimsə bilmir ki, bu qrantları kimlər alır, hansı meyarlarla seçilir və ümumiyyətlə, dövlət marağı üçün bu səfərlərin real effekti nədən ibarətdir.
Audit hesabatındakı şok rəqəmlər: 2 milyonə yaxın vəsait hara və kimə ayrılıb?
Agentliyin hər cür cəhdlərinə baxmayaraq, 2025-ci il üzrə əldə edilən bəzi sənədlər vəziyyətin nə qədər dözülməz həddə çatdığını açıq şəkildə göstərir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə fəaliyyətini audit edən “ABACUS” audit və konsaltinq şirkətinin hesabatı hər şeyi üzə çıxarır: qurum 2025-ci ildə cəmi 12 müsabiqədənkənar qrant layihəsinə 1 878 596 manat vəsait ayırıb.
Ortaya çıxan rəqəmlər maraqlıdır: hər bir layihəyə orta hesabla təxminən 160 min manat vəsait ödənilib. Ancaq ən maraqlı və eyni zamanda şübhə doğuran məqam odur ki, audit hesabatında da həmin layihələrin adları və onların hansı təşkilatlara verildiyi gizli saxlanılıb. Əgər hər şey qanunidirsə, görülən işlər realdırsa, bu gizlilik nəyə xidmət edir?
Cavab göz qabağındadır: dövri mətbuatda və ictimaiyyətdə aparılan heç bir araşdırma zamanı QHT- lərə Dövlət Dəstəyi Agentliyindən bu cür nəhəng büdcə ilə müsabiqədənkənar layihə icra edən hər hansı real təşkilata rast gəlinmir. Bu isə müəyyən şübhələr doğurur ki, milyonlarla manatlıq bu layihələr reallıqda mövcud deyil, onlar sadəcə kağız üzərində, sənədlərdə silinən rəqəmlərdir. Real icra yoxdur, nəticə yoxdur, amma milyonlar yoxa çıxıb!
Nəzarət edən qurumlar niyə susur?
Bu qədər açıq-aşkar maliyyə pozuntularına, hesabatlarda gizlədilən milyonlara nəzarət etməli olan qurumların, xüsusilə də Hesablama Palatasının və digər audit strukturlarının bu vəziyyətə göz yumması ayrıca bir araşdırma mövzusudur. Dövlət büdcəsinin talanmasına bərabər olan belə halların üzərindən sakitcə keçilməsi burada çox güclü maraqların və korrupsiya şəbəkəsinin mövcud olduğundan xəbər verir. Məsul qurumlar ya yoxlamaqdan qorxur, ya da bu qaranlıq sxemlərin bəzi iştirakçıları ilə birbaşa əlaqəlidir.
QHT- lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi unutmasın ki, heç bir məxfilik qrifi dövlət vəsaitinin talanmasını əbədi olaraq gizlədə bilməz. Yaxın günlərdə Agentliyin digər maliyyə əməliyyatları barədə də yeni araşdırmanı da təqdim edəcəyik.("Yenixeberorg.com")
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Xəbər lenti

Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
13:22
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
12:59
Anar Bayramov səhiyyə naziri təyin edilib
12:10
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
11:51
Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
11:31
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
10:39
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48