Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?

Gündəm / Cəmiyyət 31-08-2026, 17:14


Peşə təhsili haqqında danışanda qarşıya həmişə böyük hədəflər qoyulur: əmək bazarına uyğun kadr hazırlığı, müasir peşələr, güclü maddi-texniki baza, praktiki bacarıqlar və işə hazır məzunlar.

Bəs bütün bu vədlərin qarşılığında real vəziyyət necədir?

Peşə təhsilinin ən böyük problemi, bəlkə də, məhz burada başlayır: kağız üzərində hər şey var, amma praktiki nəticə nə qədərdir? Peşə məktəbində aşpaz hazırlanırsa, tələbə, həqiqətən, mətbəxdə işləyərək öyrənirmi? Avtomobil ustası yetişdirilirsə, onun real avtomobil üzərində işləməsi üçün şərait yaradılıbmı? Elektrik, qaynaq, mexanika və digər ixtisaslarda tələbə müasir avadanlıqla praktiki məşğələ keçir, yoxsa yenə də əsas yük nəzəri dərslərin üzərində qalır?

Çünki peşə təhsilinin mahiyyəti yalnız dərs keçmək deyil. Peşə təhsili tələbənin əlinə peşə verməkdir. Əgər tələbəyə lazım olan avadanlıq, material və praktiki imkan yaradılmırsa, onda verilən diplom həmin gəncin əmək bazarında real bacarığını nə dərəcədə təmin edə bilər?

Burada isə daha ciddi suallar meydana çıxır.

Peşə təhsilinin inkişafı üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılıb?

Bu vəsait hansı layihələrə yönəldilib?

Avadanlıqların alınması üzrə satınalmaları kimlər həyata keçirib?

Tenderləri hansı şirkətlər qazanıb?

Alınan avadanlıqlar bu gün peşə məktəblərində faktiki istifadə olunurmu?

İstehsalat və praktiki təlim üçün nəzərdə tutulan materiallar tələbələrə tam həcmdə çatdırılırmı?

Və ən mühüm sual:

Bu xərclərin sonunda əmək bazarına nə qədər hazırlıqlı mütəxəssis çıxır?

Çünki milyonlarla vəsait xərcləmək öz-özlüyündə uğur göstəricisi deyil. Yeni bina tikmək nəticə deyil. Avadanlıq almaq nəticə deyil. Təlim keçirmək də nəticə deyil. Nəticə həmin avadanlığın arxasında dayanaraq peşə öyrənən tələbədir. Nəticə məzunun iş tapa bilməsidir. Nəticə işəgötürənin “bu məzun peşəsini bilir” deməsidir.

Əgər bütün bunlar ölçülmürsə, onda ortaya haqlı bir sual çıxır:

Bəs görülən işlərin səmərəliliyini kim və necə qiymətləndirir?

Peşə Təhsili üzrə Dövlət Agentliyi cəmiyyətə yalnız görülən işlərin siyahısını deyil, onların nəticələrini də təqdim etməlidir.

Hansı layihəyə nə qədər pul ayrılıb? Nə alınıb? Kim alıb? Nə qədər müddətə həyata keçirilib? Nə vəd edilib? Və bu gün həmin layihənin nəticəsi nədir?

Bu suallar cavablandırılmadan “peşə təhsilində inkişaf gedir” demək kifayət deyil. Çünki dövlət vəsaiti xərclənirsə, onun qarşılığında ölçülə bilən nəticə də olmalıdır. Peşə təhsilində artıq təqdimatların, tədbirlərin və layihələrin sayını deyil, tələbənin əlinə keçən real peşəni ölçmək zamanıdır. Pul xərclənir. Layihələr həyata keçirilir. Avadanlıqlar alınır.

Bəs bütün bunların sonunda:

Nəticə haradadır?

Tehsilmedia.com

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56