Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət Вчера, 11:10


Ordubad rayonunun Behrud kəndini birə basdığı, dezinfeksiya üçün sakinlərdən pul tələb olunduğu bildirilir. Sakinlərin sözlərinə görə, sanitar xidmət birə basan yerləri dərmanlamaq üçün hər kvadratmetrə 20 manat tələb edir.

Ərazinin minlərlə kvadratmetr olduğu nəzərə alınanda, tələb olunan məbləğin sakinlər üçün çox böyük olduğu bildirilir.

Kənd sakinləri Gündəlik Naxçıvana deyirlər ki, problemlə bağlı Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsələr də, onlardan dərmanlama üçün pul tələb olunub:

“Problem kənd boyu yayılır, amma aidiyyəti qurumlar kömək etmək əvəzinə camaatdan pul istəyirlər. Kəndin içini birə basıb. Deyilənə görə, bir nəfər kəndə keçilər gətirib, problem də həmin heyvanların saxlandığı tövlədən başlayıb. Sonra tövlələrin ətrafına, yollara, yaşayış evlərinə yayılıb. İnsanların üstünə qonur, ordan da evlərə daşınır.

Camaat dəfələrlə şikayət edir, amma dövlət qurumları ciddi maraqlanmır. Baytar gəlib nəsə səpir, gedir, onun da heç bir təsiri olmur. Kənd həkimi sanitar stansiyaya müraciət edib ki, əhali şikayətlənir, kənddə birə yayılıb.

Ordan isə deyiblər ki, birə olan ərazilərin hər kvadratmetrinə 20 manat yığılsın, pulu verin, gəlib dərmanlayaq. Kənd böyükdür, bu hesabla camaat nə qədər pul toplamalıdır? Məsələn, 300 kvadrat həyəti dərmanlamaq üçün 6 min manat verməlisən. Əhalinin buna gücü çatmır”.

Sakinlər problemin artıq məktəbə də çatdığını deyirlər:

“Müəllimlər deyirlər ki, birə artıq məktəbə də çatıb. Məktəbə gələn işçilər həmin yoldan keçirlər, birə onların üstünə qonur, belə-belə məktəbə də daşınır. Artıq bir-iki nəfərin üstündə və bəzi siniflərdə tək-tək birə görünüb. Bu gün-sabah məktəb açılacaq. Uşaqları buraxmağa qorxuruq. Problem dərhal həll olunmalıdır”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsək də, cavab ala bilmədik.

Xəbər lenti

"İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
18:13
“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
17:55
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
17:26
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
16:48
“Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi
16:14
Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video
15:30
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
14:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
14:14
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR
13:04
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
12:10
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
11:22
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
10:52
Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO
10:06
“Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
09:40
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
09:09
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
18:17
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
17:51
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
16:58