Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar

Gündəm / Cəmiyyət 11-09-2026, 10:38


Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli şəhər xəstəxanasının baş həkimi Turanə Rüstəmovanın fəaliyyəti ilə bağlı redaksiyaya ciddi iddialar daxil olub.
Məlumatlarda bildirilir ki, 2025-ci ildə sözügedən tibb müəssisəsinə baş həkim təyin olunan Turanə Rüstəmovanın idarəçilik fəaliyyəti xəstəxana əməkdaşları arasında narazılığa səbəb olub. İddialara görə, müəssisədə bəzi şöbə müdirləri və həkimlərdən müxtəlif adlar altında aylıq ödənişlər tələb olunur.

Redaksiyaya təqdim edilən məlumatlarda xüsusilə “fond pulu” adı altında həkimlərdən mütəmadi şəkildə vəsait toplandığı iddia edilir. Bu vəsaitlərin hansı hüquqi əsasla yığıldığı, harada uçota alındığı və hansı məqsədlə xərcləndiyi isə açıq qalır.

Daha ciddi iddialardan biri xəstəxanaya ayrılan dərman preparatlarının taleyi ilə bağlıdır. Mənbələrin sözlərinə görə, dövlət tibb müəssisəsi üçün nəzərdə tutulan bəzi dərman vasitələrinin xəstəxanadan kənara çıxarılaraq apteklərə satıldığı iddia olunur. Bu məlumat təsdiqini taparsa, söhbət artıq yalnız inzibati pozuntudan deyil, dövlət əmlakının və səhiyyə resurslarının istifadəsi ilə bağlı ciddi hüquqi məsələlərdən gedə bilər.

Digər diqqətçəkən məqam təsərrüfat şöbəsinin əməkdaşları ilə bağlıdır. İddialara əsasən, həmin şöbədə adı işçi kimi rəsmiləşdirilən bəzi şəxslər faktiki olaraq işə gəlmirlər. Bununla yanaşı, həmin əməkdaşlara məxsus əməkhaqqı kartlarının baş həkimin nəzarətində olduğu barədə də məlumatlar səsləndirilir.

Redaksiyaya verilən məlumatlarda xəstəxanada ən adi dəftərxana ləvazimatlarının belə çatışmadığı bildirilir. Laborator analizlərin nəticələrinin adətən A4 formatlı kağızda xəstələrə təqdim edilməli olduğu halda, xəstəxanada kağız çatışmazlığı səbəbindən vətəndaşların nəticələri telefonla çəkməyə və ya elektron sistem üzərindən əldə etməyə məcbur qaldıqları deyilir.

Bu isə başqa bir sualı gündəmə gətirir: xəstəxananın dəftərxana və təsərrüfat təminatı üçün ayrılan vəsaitlər hara xərclənir?

Məlumatlarda əlcək, süpürgə, ağ xalat, müxtəlif təsərrüfat malları, avadanlıqlar və digər mal-materialların satın alınması üçün müvafiq satınalmaların həyata keçirildiyi, lakin həmin məhsulların bir hissəsinin xəstəxanada faktiki olaraq görünmədiyi iddia olunur.

Əgər satınalma sənədlərində mal və avadanlıqların xəstəxanaya təhvil verildiyi göstərilirsə, onların faktiki mövcudluğunun inventarizasiya yolu ilə yoxlanılması vacibdir. Hansı şirkətlərdən nə qədər məhsul alınıb? Bunun üçün nə qədər dövlət vəsaiti xərclənib? Malların təhvil-təslim aktları varmı? Hazırda həmin mal-materiallar xəstəxananın anbarında mövcuddurmu?

Ortaya çıxan iddialar kifayət qədər ağırdır və onların hər biri TƏBİB, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, eləcə də zərurət yaranacağı təqdirdə hüquq-mühafizə orqanları tərəfindən ayrıca araşdırılmalıdır.

Xüsusilə əməkdaşlardan qeyri-rəsmi vəsaitlərin toplanması, dövlət hesabına alınmış dərman və avadanlıqların taleyi, faktiki işə çıxmayan şəxslərə əməkhaqqı ödənilməsi və əməkhaqqı kartlarının üçüncü şəxslərin nəzarətində saxlanılması barədə iddialar cavabsız buraxıla biləcək məsələlər deyil.

BakuNews.az məsələ ilə bağlı qarşı tərəfin – baş həkim Turanə Rüstəmovanın, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və TƏBİB-in mövqeyini dərc etməyə hazırdır.

Redaksiyamız sözügedən xəstəxanada aparılan satınalmalar, dərman təminatı, əməkhaqqı ödənişləri və təsərrüfat xərcləri ilə bağlı məlumatları araşdıraraq mövzuya daha geniş şəkildə qayıdacaq.

Ofeliya Davudqızı

BakuNews.az

Xəbər lenti

Anar Bayramov səhiyyə naziri təyin edilib
12:10
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
11:51
Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
11:31
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
10:39
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34