Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR

Gündəm / Cəmiyyət 8-04-2026, 10:25


Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları doğrudanmı Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblar?..
Aparıblarsa, 1000 hektarlarla otlaq sahəsinin şumlandığını və əkildiyini necə görməzdən gəlirlər?


Xatırladaq ki, mart ayının 4-də Poliqon-da “Neftçalanın qış otlaq torpaqları – Başçının əsas qazanc yeri...” adlı məqalə dərc edilib. Bundan əvvəl, dəqiq desək 16 fevral 2026-ci ildə yazıda bəhs edilən qanun pozuntuları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə və və Neftçala rayon İcra hakimiyyətinə sorğu ilə müraciət edilib. Neftçala rayon İcra hakimiyyəti sorğumuzu cavablandırmasa da, ay yarımdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən cavab almışıq. Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun imzasl ilə daxil olan cavabda bildirilir ki sorğuda göstərilən məsələlər Xidmət tərəfindən yoxlanılıb, lakin sorğu şikayətçilərin etibarnamə və təsdiq edici sənədlərlə, habelə konkret faktlarla əlaqələndirilməyib. Eyni zamanda aldığımız cavabda bildirilir ki, Xidmətin əməkdaşları tərəfindən Neftçala 1 saylı Qış otlaq torpaq sahəsindən istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi üçün mütəmadi monitorunqlər aparırlar. Aparılan monitorinqlərin nəticələrinə görə isə torpaq qanunvericiliyinin pozulması halı aşkar edilməyib.


Qeyd edək ki, şikayətçinin redaksiyamıza etibarnamə və təsdiq edici sənədlər təqdim etmələri ilə bağlı irəli sürülən iddia sadəcə gülüncdür. Konkret faktlara gəlincə isə, dərc olunan məqalədə kifayətqədər təkzib olunmaz faktlar var. Əgər doğrudan da Xidmətin əməkdaşları Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblarsa, onda otlaq sahələrinin kütləvi şəkildə əkin üçün şumlandığını və hazırda əkin altında olduğunu da görüblər. Bəs bu qanun pozuntusu deyilmi?


Əgər hörmətli Rüstəm müəllim həmin otlaq sahələrinin qanunsuz olaraq əkildiyini bilmirsə, bu halda demək ki, Xidmətin əımkdaşları Rüstəm Şahbazova bilərəkdən yanlış məlumat veriblər.


Digər tərəfdən, sorğunun əsas mahiyyəti otlaq üçün nəzərdə tutulan torpaq sahələrinin Neftçalada yaşamayan şəxslərə əkin üçün icarəyə verilməsi ilə bağlı olub. Həmin torpaqlar 5 il müddərində icarəyə verilib və onlara Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”lar da verilib. Verilən çıxarışlarda isə torpağın əkin üçün deyil, otlaq kimi istifadəsi göstərilir. Amma faktiki olaraq min hektarlarla qış otlaq sahəsi hazırda əkilib.


Biz Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyindən və şəxsən Rüstəm müəllimdən xahiş edirik ki, Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində aşağıdakıl şəxslərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”ların verilib-verilməməsini yoxlasınlar.


1. Dənziyev İntiqam Ağarəhim oğlu - Lerik rayonunun Çayırlıq kənd sakinidir. 350 hektar örüş torpaq sahəsi verilib. Qaydalara görə 350 hektar örüş sahəsində 1050 baş xırda buynuzlu heyvan, (qoyun və keçi) saxlanılmalıdır. İntiqam Dənziyevin ümumiyyətlə qoyun və keçisi yoxdur, 25 baş iri buynuzlu heyvanı var. Hazırda Dənziyev 350 hektar örüş torpaq sahəsinə taxıl əkib.


2. Həmidov Zamiq Bəxtiyar oğlu - O da Lerik rayonunun Çayırlıq kənd sakinidir. Zamiq Həmidova da 300 hektar örüş torpaq sahəsi verilib və hazırda həmin örüş sahələri əkilib. Zamiq Həmidovun ümumiyyətlə nə xırda, nə də iri buynuzlu heyvanı yoxdur.


3. Hüseynov Əli Mirhüseyn oğlu - Bu şəxs də Lerik rayonunun Çayırlıq kənd sakinidir. Neftçala 1 saylı Qış Otlaq sahəsində 150 hektar örüş torpaq sahəsi var və hazırda həmin torpaqlar da əkilib.


Bundan başqa Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov Neftçala şəhəri 1 saylı Qış otlaq torpaq sahəsindən 32 hektar otlaq sahəsini qaynatasının adına sənədləşdirib və hazırda özü əkir.


Sadiq İmanovun qaynatası Xankişiyev Tapqan Baba oğlu Lənkəran rayon Nərimanabad qəsəbə sakinidir. Sadiq İmanov qaynatısanın adına 7,94 hektar, 8,08 hektar və 16,6 hektar olmaqla, 3 “Çıxarış” tərtib edib. Maraqlıdır ki, yüzlərlə digər “Çıxarış”lar 5 il müddətinə verilsə də, Sadiq İmanov öz qaynatasına “Çıxarış”ları 15 il müddətinə verib. Halbuki, bu da ciddi qanun pozuntusudur, çünki qanunun tələblərinə görə, otlaq sahələri 5 il müddətinə icarəyə verilə bilər.


Şübhə yeri qalmaması üçün biz Sadiq İmanovun öz qaynatası Xankişiyev Tapqan Baba oğlunun adına rəsmiləşdirdiyi, əslində isə özünün əkdiyi torpaq sahələrinin “Çıxarış”larının reyestr və qeydiyyat nömrələrini təqdim edirik:


1. 16,6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001100. Sənədin qerydiyyat nömrəsi: 1324007923. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


2. 8,08 6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001099. Sənədin qerydiyyat nömrəsi: 1324007927. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


3. 7,94 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001098. Sənədin qerydiyyat nömrəsi: 1324007925. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


Hörmətli Rüstəm müəllimə üzümüzü tutub xahiş edirik ki, bütün bu faktları yoxlatdırsın. O zaman doğrudan da Xidmətin ərazidə monitorinq aparan əməkdaşlarının vəzifəsindən sui-istifadə edən Sadiq İmanovun qanunsuz əməllərini necə gizlətdiklərinin şahidi olacaqsınız. Ya Xidmətin əməkdfaşları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin rəhbərliyi Sadiq İmanovu məsuliyyətdən yayındırır, ya da sadəcə onunla əlbirdirlər. Bu isə sadəcə acı təssüf hissi goğurur...


Poliqon.info

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43