Nərimanov Tibb Mərkəzində yoxlama – Həkimlərin maaşı geri tələb olunur

Gündəm / Cəmiyyət 8-04-2026, 15:30


Nərimanov Tibbi Mərkəzində çalışan bir qrup həkim əməkhaqları və bonus ödənişləri ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirir.

Bakupost.az-a daxil olan müraciətdə qeyd olunur ki, son dövrlər İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən tətbiq edilən qaydalar həkimlər üçün ciddi çətinliklər yaradır.

Həkimlərin sözlərinə görə, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişi ya tam verilmir, ya da səbəbsiz şəkildə kəsilir:

“Gündəlik qəbul limiti 20–25 nəfər göstərilsə də, biz faktiki olaraq 35–40 xəstə qəbul edirik. Amma ayın sonunda əməkhaqqımızda bu əlavə əməyin qarşılığını görmürük. Bonuslar kəsilir, səbəb izah edilmir”.

Müraciətdə daha bir ciddi iddia da yer alıb. Bildirilir ki, son struktur dəyişikliklərindən sonra mərkəzdə yoxlama aparılıb və nəticələr həkimləri şok edib:

“Bizə deyilir ki, guya son 2 ildə artıq maaş almışıq. İndi isə həmin məbləği hər ay əməkhaqqımızdan hissə-hissə ‘könüllü’ şəkildə geri qaytarmalıyıq. Bu isə faktiki olaraq məcburidir”.

Həkimlər bildirirlər ki, heç kim etiraz edə bilmir:

“Səsini çıxaran işdən çıxarılmaq qorxusu ilə üz-üzədir. Müxtəlif bəhanələrlə işdən azad edilə bilərik”.

Onların fikrincə, bu yanaşma həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir:

“Əgər hansısa maliyyə və ya idarəetmə səhvi olubsa, bunun məsuliyyəti sistemi quran və idarə edən şəxslərin üzərində olmalıdır. Sıravi həkimlərin deyil.”

Müraciət müəllifləri qeyd edirlər ki, həkimlər gecə-gündüz çalışaraq əhalinin sağlamlığı üçün xidmət göstərir, lakin buna baxmayaraq həm maddi, həm də mənəvi təzyiq altındadırlar.

Sonda həkimlər aidiyyəti qurumlara çağırış edərək bildiriblər:

“Bu məsələnin obyektiv və şəffaf şəkildə araşdırılmasını istəyirik. Əməkhaqlarımıza əsassız müdaxilələrin qarşısı alınmalı, günahkar şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, sözügedən mərkəzin rəhbəri son illər müxtəlif qalmaqallarla gündəmə gələn, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın komandasına daxil olduğu bildirilən Fazil Alməmmədovdur. Onun məhz Qurbanovun rəhbərliyi dövründə bir sıra iri layihələrə rəhbərlik etdiyi də qeyd olunur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqetini öyrənməyə çalışacağıq.

Bakupost.az

Xəbər lenti

Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46