Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?

Gündəm / Cəmiyyət 14-04-2026, 12:13


Sosial şəbəkələrin gündəmindən düşməyən, artıq xroniki bir patologiyaya çevrilən o dəhşətli xəstəxana dəhlizləri bu gün Azərbaycan səhiyyəsinin sadəcə təsadüfi bir görüntüsü deyil. Bu mənzərə, əslində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Abşeron “sınağından” necə rüsvayçı şəkildə kəsildiyinin rəsmi sənədi, idarəetmə sükanının boşa fırlandığının vizual sübutudur. Abşeron Tibb Mərkəzi artıq bir müalicə müəssisəsi, bir şəfa ocağı olmaqdan tamamilə çıxıb; bura insanların həm fiziki dözümünün, həm də insani ləyaqətinin amansızcasına sınağa çəkildiyi nəhəng bir “quyruq laboratoriyası”na çevrilib. Səhərin alaqaranlığından etibarən qapı ağzında yığılan, havasızlıqdan və əsəb gərginliyindən boğulan kütlə müasir səhiyyənin rəqəmsallaşma, “vətəndaş məmnuniyyəti” və “əlçatan tibb” haqqındakı pafoslu çıxışlarının nə qədər boş, mənasız və reallıqdan uzaq olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Divara söykənib saatlarla nəfəs dərən, qucağında körpəsi ilə çarəsizcə gözləyən analar, ayaq üstə durmağa taqəti olmayan, amma bir “sağlamlıq kağızı” üçün saatlarla növbəyə məhkum edilən yaşlılar bu sistemin qurbanlarıdır. Əgər bir vətəndaş günorta saat 12-yə qədər qəbula düşə bilmirsə və ona qarşı tərəfdən soyuqqanlılıqla “limit dolub, sabah gələrsən” deyirlərsə, bu, sadəcə bir texniki nasazlıq deyil, bu, dövlətin vətəndaşına ayırdığı sığorta imkanlarının deyil, birbaşa idarəetmənin iflic olmasıdır.
Daxil olan məlumatda bildirilir ki, Abşeron Tibb Mərkəzində hökm sürən bu xaotik mənzərəni, bu idarəetmə böhranını təhlil edərkən bütün oxlar tək bir nöqtəyə – müəssisənin direktoru Səkinə Sadıxovaya və onun qaranlıq keçmişinə yönəlir.
Bu günlərdə Milli Məclisdə səsləndirilən sarsıdıcı faktlar Azərbaycan səhiyyə sisteminin hansı “çürüntü” və kadr bataqlığı üzərində qurulduğunu bir daha bütün ictimaiyyətə nümayiş etdirdi. Parlament kürsüsündən təqdim olunan rəsmi məlumatlara görə, Səkinə Sadıxova Sumqayıt Tibb Mərkəzinin rəhbəri olduğu dövrdə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ağır cinayət işinə cəlb edilib. Təsəvvür edin, dövlət vəsaitini külli miqdarda mənimsəməkdə ittiham olunan bir şəxs, sadəcə həmin vəsaitin bir hissəsini geri ödədiyi üçün cinayət məsuliyyətindən “su kimi təmiz” çıxarılır. Amma rüsvayçılıq bununla bitmir. Bu şəxs sanki dövlət əmlakını mənimsədiyi üçün cəzalandırılmaq əvəzinə mükafatlandırılır: əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri postuna gətirilir, ardınca isə respublikanın ən ağır, əhalisi rəsmi rəqəmlərdən dəfələrlə çox (400 mindən artıq) olan Abşeron rayonunun Tibb Mərkəzinə direktor təyin olunur. Mənimsəmə və vəzifə saxtakarlığı ilə adı hallanan bir kadrın belə strateji və yükü ağır olan bir müəssisəyə rəhbər gətirilməsi TƏBİB-in kadr siyasətinin və “islahat” deyib car çəkdiyi modelin tam mənada iflasıdır.
Vətəndaşlar xəstəxana dəhlizlərində havasızlıqdan bayılarkən, saatlarla növbə gözləməkdən əsəbləri tarıma çəkilərkən, Səkinə Sadıxovanın fəaliyyəti tamamilə başqa bir müstəvidə – ucuz reklam və saxta piar şovları müstəvisində davam edir. Direktorun sosial şəbəkələrdə tirajlanan görüntüləri heyrət doğurur: Səkinə Sadıxova palatada uzanan yaşlı bir xəstə qadına öz əli ilə “mannı” sıyığı yedizdirir və bu anları xüsusi peşəkarlıqla videoya çəkdirərək özünü “mərhəmətli rəhbər” kimi təqdim etməyə çalışır. Bu mənzərə səmimiyyətdən nə qədər uzaqdırsa, bir o qədər də vətəndaşın intellekti ilə ələ salmaqdır. Xanım Sadıxova, siz kamera qarşısında bir yaşlı qadına qaşıqla sıyıq yedizdirib bunu piar materialına çevirəndə, xəstəxananın qəbul şöbəsində, dəhlizlərdə saatlarla həkim üzü görməyi gözləyən, təhqir olunan, vaxtı və sağlamlığı oğurlanan yüzlərlə insanın haqqını kimə “yedizdirirsiniz”? Sizin “mannı” piarınız o dəhlizlərdəki körpə ağlamasını, yaşlıların ah-naləsini və insanların haqlı qəzəbini ört-basdır edə bilməz. Bir rəhbərin vəzifəsi palatada kamera qarşısında sıyıq yedizdirib şou yaratmaq deyil, rəhbərlik etdiyi müəssisədə elə bir sistem qurmaqdır ki, o yaşlı qadın da, digər vətəndaşlar da həkim qəbuluna ləyaqətlə, növbəsiz və əsəbləri pozulmadan daxil ola bilsin.
Parlamentdə bu rüsvayçı kadr təyinatları ilə bağlı səslənən təklif əslində səhiyyə idarəçiliyinin sağlamlaşdırılması üçün yeganə çıxış yoludur. Cinayət Məcəlləsinə təklif olunan düzəlişdə vurğulandığı kimi, dövlət büdcə vəsaitini mənimsəyən vəzifəli şəxs, vurduğu ziyanı sonradan ödəsə belə, bir daha heç vaxt nə dövlət, nə də özəl sektorda rəhbər vəzifə tuta bilməməlidir. Çünki Səkinə Sadıxova nümunəsi açıq şəkildə göstərir ki, mövcud “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması cinayətkarlığı stimullaşdırır və ictimai etimadı kökündən baltalayır. Bu, cəmiyyətə “oğurla, mənimsə, tutulanda qaytararsan, sonra isə daha yüksək vəzifəyə gedərsən” mesajını verməkdir. TƏBİB və Agentlik rəhbərliyi artıq başa düşməlidir ki, “əhali sayı çoxdur, yük ağırdır” kimi bəhanələr işləmir. Əgər strateji planlama yoxdursa, əgər müasir texnologiyalar dövründə “onlayn növbə” sistemi bir labirintə çevrilibsə və əgər rayonun iri qəsəbələrindəki poliklinikalar sadəcə “yönləndirici” binalar kimi fəaliyyətsiz qalıbsa, bu, birbaşa idarəetmə səriştəsizliyidir.

Vətəndaşın hər ay maaşından kəsilən icbari sığorta haqqı onun üçün bir imtiyaz deyil, əksinə, xəstəxana qapılarında keçilməsi mümkün olmayan bir “maneələr zolağı”na çevrilib. Agentlik sığorta zərfinin genişliyindən dəm vurur, amma həmin zərfdən yararlanmaq üçün xəstə adam gərək əvvəlcə o dəhlizlərdəki “psixoloji müharibədən” sağ çıxsın. Bir xəstəxana binası nə qədər müasir avadanlıqla, nə qədər bahalı betonla tikilirsə tikilsin, əgər xəstə həkimə çatmaq üçün saatlarla ayaq üstə, havasız bir məkanda çürüməyə məhkumdursa, o divarlar sadəcə ruhsuz bir beton yığınıdır. Görünən odur ki, TƏBİB rəhbərliyi problemi kökündən həll etmək, peşəkar və dürüst kadrlarla işləmək əvəzinə, mənimsəmə faktı ilə qovulmuş kadrları yenidən dövriyyəyə salıb “yola vermək” strategiyasını seçib. Lakin unudurlar ki, səhiyyə “yola veriləcək”, “mannı” sıyığı ilə piar aparılacaq bir sahə deyil. İnsanların sağlamlıq hüququ Səkinə Sadıxovanın saxta piar videoları ilə xəstəxana növbələrindəki bürokratik rəzalətin arasında boğulmamalıdır. Bu görüntülər və parlament kürsüsündən səslənən faktlar TƏBİB-in idarəetmə böhranının vizual sübutu kimi tarixə düşür və bu siqnal artıq “fəaliyyətsizlik” qeydi deyil, sistemin tamamilə yenidən qurulması üçün son xəbərdarlıqdır.

nokomment.az

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43