Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

Gündəm / Cəmiyyət 14-04-2026, 16:50


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın sabiq əməkdaşı, Maliyyə şöbəsinin Büdcə Planlaması Bölməsinin müdiri olmuş Eyyubov Mustafa müəssisədən qanunsuz şəkildə işdən azad edildiyini bildirib.

Bununla bağlı Mustafa Eyyubov Müşahidə Şurasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət edib.O, müraciətinə cavab verən qurumların və TƏBİB-in İnsan Resursları Departamentinin rəhbərliyini normativ tələbləri pozmaqda ittiham edir.
Müraciətdə qeyd olunur ki, Mustafa Eyyubov 11 sentyabr 2025-ci ildə rəhbərlik tərəfindən “TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun tapşırığı” əsasında işdən azad ediləcəyi barədə məlumatlandırılıb. Onun sözlərinə görə, o, məcburi şəkildə ərizə yazdırılaraq vəzifədən uzaqlaşdırılıb, lakin eyni göstərişin verildiyi Maliyyə şöbəsinin müdiri Orxan Bahadurzadə işinə davam edib.
Keçmiş şöbə müdiri bildirir ki, məsələni öyrənmək üçün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla dəfələrlə görüşmək istəsə də, qəbul prosesi müxtəlif bəhanələrlə gecikdirilib. Onun iddiasına görə, TƏBİB-in Vətəndaş Qəbulu şöbəsinin rəhbərliyi şəhid və qazi ailələri adından sui-istifadə edərək görüşün qarşısını alıb. Yalnız Müşahidə Şurasının sədri Zaur Əliyevin tapşırığından sonra Qurbanov onu qəbul edib. Lakin görüş zamanı Qurbanov iddiaya zidd olaraq “işdən azad edilməsi barədə heç bir tapşırıq vermədiyini” bildirib və məsuliyyəti əvvəlki rəhbər işçi Barat Yusubovun üzərinə qoyub.
Mustafa Eyyubov TƏBİB-in İnsan Resursları Departamentinin müdiri Emin Xasıyevin də davranışından narazılıq edir. O, iddia edir ki, Emin Xasıyev rəsmi qaydalara uyğun deyil, şəxsi mövqeyinə əsaslanan cavablar verərək məsələnin araşdırılmasına mane olub.
Şikayətçi əlavə edir ki, Müşahidə Şurası sədrinə və üzvü Nigar Bayramovaya ünvanladığı müraciətə cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları məktubun “Agentliyin səlahiyyətində olmadığı” cavabını göndəriblər. O isə bu yanaşmanın Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiqlənmiş TƏBİB Nizamnaməsinə zidd olduğunu deyir.
Eyyubov hesab edir ki, məsələ birbaşa TƏBİB-in Müşahidə Şurasının səlahiyyətinə daxildir. O, həm Yeni Klinikaya, həm də Səhiyyə İşçiləri Həmkarlar İttifaqına ünvanladığı müraciətlərə yalnız şablon və formal cavablar aldığını, Həmkarlar İttifaqının sədri Elnarə Muradovanın isə “səlahiyyət xaricindədir” cavabı verdiyini bildirir.
Keçmiş şöbə müdiri məsələ ilə bağlı aidiyyəti qurumlardan müdaxilə, işdən azad edilməsinin səbəblərinin araşdırılması, hüquqlarının bərpası və əməkhaqqının ödənilməsi istiqamətində tədbir görülməsini tələb edir.
Nokomment.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56