“OMD” xəstəxanasında direktoru Aynur Poluxovanın əməlləri araşdırıllcaq?

Gündəm / Cəmiyyət Вчера, 13:21


Bir neçə gün əvvəl mediada Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi açıqlanıb. Onun sözlərinə görə, ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb.
Vüqar Gülməmmədov deyib ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”

Qeyd edək ki, dövlət satınalmalarında htimal olunan qiymətdən 20 faiz aşağı bağlanan müqavilələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli səhiyyə müəssisələrində daha çox rast gəlinir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilmiş satınalmada olduğu kimi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən mətbəə mallarının satınalınması üzrə 09.12.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “RUMPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 12.765 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən nəzərdə tutulmuş mətbəə mallarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 33.829,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “RUMPEL” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “RUMPEL” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.


Bundan əlavə Elmi-Tədqiqat Pediatriya İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə ultrasəs aparatı üçün 2 (iki) ədəd ötürücünün satınalınması üzrə10.03.2026-ci ildə “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 25.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, “Arash Medical Company” QSC ilə bağlanmış bu müqavilədə də qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Belə ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-ni bir sıra kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “Arash Medical Company” QSC arasında bağlanılmış satınalma müqavilələrində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.


Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadır. O, sözügedən vəzifəyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icra direktoru Vüar Qurbanovun əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Hesablama Palatasının elə Aynur Poluxovanın Pediatriya İnstitutuna rəhbərliyi dövrü araşdırsa yuxarıdakı qanun pozuntularına oxşar çox nöqsanlar aşkarlaya bilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.net

Xəbər lenti

Nizami və Səbail rayonlarının ərazisində ağaclar kəsilib
14:16
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
13:05
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
12:42
Başlıbel qətliamından 33 il ötür
11:44
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
11:03
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
10:26
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
10:00
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
18:16
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
17:53
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
17:19
Dövlət Reklam Agentliyi printerlərin icarəsinə 133 xərcləyəcək
16:14
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib- FOTO
16:00
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
15:27
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
15:03
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
14:07
“OMD” xəstəxanasında direktoru Aynur Poluxovanın əməlləri araşdırıllcaq?
13:21
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
12:37
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
11:59