"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI

Gündəm / Cəmiyyət 14-05-2026, 10:20


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb.

Belə ki, Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib. Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.

İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl başlayıb. Mübahisələr davamlı xarakter alıb.

İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.

Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.

Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.

Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

Qeyd: Vasif Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.

Pravda.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56