Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

Gündəm / Cəmiyyət 25-05-2026, 10:23


Bakı Limanının sabiq direktor müavininin böyük maliyyə maxinasiyaları
Bu ilin 6 yanvar tarixində “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin sabiq direktor müavini Söhrab İsmayılovun işdən azad olunmasından sonra onun fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.
Musavat.com-a verilən məlumata görə, həmin dövrdən başlayaraq, Söhrab İsmayılovun ciddi maliyyə pozuntularına yol verməsi barədə şübhələr artdığı üçün onun maliyyə məsələləri üzrə müavin olduğu dövr üzrə yoxlama həyata keçirilib.

Bu günlərdə başa çatan araşdırma nəticəsində müəyyən olunub ki, Söhrab İsmayılov “Port Bonded Services” MMC-nin rəhbəri Məmməd Topalovla birlikdə dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin mənimsənilməsi üçün fırıldaqçı sxem qurub. Bildirilir ki, bu şəxslər Dubayda təsis etdikləri şirkət vasitəsilə Bakı Limanının xarici müştərilərini ödənişlərin birbaşa limanın rəsmi hesablarına deyil, həmin xarici şirkətin hesablarına köçürülməsinə inandıra biliblər.

Nəticədə dövlət büdcəsinə və Bakı Limanına daxil olması nəzərdə tutulan külli miqdarda vəsait xaricdə yaradılmış şirkətin hesablarına və “Port Bonded Services” MMC-nin hesablarına yönəldilib və sonradan həmin vəsaitlərin Söhrab İsmayılov və Məmməd Topalov tərəfindən mənimsənilməsi sübut olunub.

Bununla yanaşı, Bakı Limanı ilə “Port Bonded Services” MMC arasında bağlanmış eksklüziv müqavilə əsasında müəyyən yük əməliyyatlarının icrası üzrə bu şirkətə qanunvericilikdə nəzərdə tutulmayan üstünlüklər və qiymət güzəştləri verilib. İddialara görə, bu razılaşma rəqabət prinsiplərinin pozulmasına gətirib çıxarıb və Bakı Limanının müştərilərinə “Port Bonded Services” MMC ilə əməkdaşlıq etmələri tövsiyə olunub. Nəticədə həm yerli, həm də xarici müştərilər tərəfindən yüklərin aşırılması üzrə müqavilələr məhz həmin şirkətlə bağlanıb, Bakı Limanına çatmalı olan vəsaitlər isə “Port Bonded Services” MMC-nin hesablarına yönləndirilib və sonradan Söhrab İsmayılov və Məmməd Topalov tərəfindən mənimsənilməsi sübut olunub. Yalnız bir yük növü üzrə həyata keçirilən əməliyyatlar nəticəsində son beş il ərzində dövlət büdcəsinə təxminən 2 milyon manata yaxın ziyan dəydiyi müəyyən olunub.

Məlumata görə, qanunsuz varlanma nəticəsində Söhrab İsmayılov və Məmməd Topalov Ağ şəhərdə bahalı mənzillər alıblar və bahalı avtomobillər kolleksiyasına sahib olublar.

Eyni zamanda bildirilir ki, Söhrab İsmayılov 2021–2026-ci illər üzrə limanda maliyyə məsələləri üzrə müavin vəzifəsində çalışdığı dövrdə qanunsuzluqlarla bağlı sorğulanan zaman məsuliyyəti digər şəxslərin üzərinə atmağa çalışıb və istintaq qrupunu azdırmağa cəhd göstərib. Lakin ortaya qoyulan sənədlər və dəlillər qarşısında geri çəkilməyə məcbur olub və günahını boynuna alıb.

Ondan tələb olunub ki, dövlətdən oğurlanan vəsaitlər dövlət büdcəsinə qaytarılsın və artıq o, bu vəsaitin müəyyən hissəsinin qaytarılmasını təmin edib. Lakin istintaq tələb edib ki, məbləğ tam həcmdə qaytarılmalıdır, həm Məmməd Topalov, həm də Söhrab İsmayılov dövlətə dəyən ziyanı tam ödəməlidirlər. Əks halda, araşdırma nəticələri məhkəməyə yönləndiriləcək və bununla da onların həbs olunması məsələsi gündəmə gələcək.(Musavat.com)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56