Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?

Gündəm / Cəmiyyət 6-06-2026, 16:39


Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 ünvanında yerləşən “Möcüzə” marketin ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə, vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səki ərazisi zəbt edilərək faktiki olaraq şəxsi istifadəyə verilib.

Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır ki, bu da həm təhlükəsizlik, həm də şəhərsalma qaydalarının kobud şəkildə pozulması deməkdir.İddialara görə, zəbt edilmiş ərazidə meyvə-tərəvəz satışı həyata keçirilir və satış prosesində şəffaflıqla bağlı ciddi suallar mövcuddur.

Vətəndaşların bildirdiyinə görə, təqdim olunan çeklər formal xarakter daşıyır.Bu artıq təkcə səki zəbtindən deyil, həm də vergidən yayınma ehtimalından xəbər verir.Daha maraqlı və düşündürücü məqam isə market əməkdaşlarının müxtəlif söhbətlər zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmalarıdır. Əgər doğrudan da hansısa məmurun adı bu proseslərdə çəkilirsə, həmin şəxsin özü və aidiyyəti qurumlar məsələyə dərhal aydınlıq gətirməlidir.

Çünki dövlət məmurunun adından istifadə edilməsi ya ciddi qanun pozuntusunun gizlədilməsi cəhdi, ya da vətəndaşların və nəzarət orqanlarının susdurulmasına hesablanmış vasitə kimi qiymətləndirilə bilər.Ən vacib sual isə budur: vətəndaşların istifadəsində olan səki necə və hansı əsasla zəbt olunub? Bu ərazi kim tərəfindən və hansı sənədlə "özəlləşdirilib"? Əgər hər hansı qanuni sənəd mövcuddursa, ictimaiyyətə təqdim edilsin. Əks halda, dövlət torpağının və ya ümumi istifadədə olan ərazinin mənimsənilməsi ilə bağlı tədbirlər görülməlidir.

Vergi xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidirlər. Çünki qanun hamı üçün eynidir. Sadə vətəndaş bir metr torpaqda qanunsuz tikinti aparanda dərhal tədbir görülürsə, bəs niyə insanların gündəlik istifadə etdiyi səkinin zəbt olunmasına göz yumulur?Cəmiyyət haqlı olaraq soruşur: səkinin zəbtinə, mümkün vergi pozuntularına və məmur adlarından istifadə edilməsinə kim himayədarlıq edir? Yoxsa qanun yalnız imkansızlar üçün işləyir?Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların və adı çəkilən şəxslərin cavab hüququnu tanıyır və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Nyus.Az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56