Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu

Gündəm / Cəmiyyət 17-06-2026, 09:41


Bakıda bəzi ərazilərdə sakinlərin günlərlə susuz qalması narazılıqlara səbəb olub. Vətəndaşlar su təchizatında yaranan problemlərlə bağlı aidiyyəti qurumların vaxtında məlumat vermədiyini bildirirlər.

Tanınmış jurnalist Naibə Qurbanova sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətini tənqid edib.

Jurnalist qeyd edib ki, suyun kəsilməsi ilə bağlı vətəndaşlara əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq yaradır: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, niyə həmişə istirahət, bayram günləri xəbərdarlıqsız-filansız suyu kəsirsiniz? Zəng edib soruşmağa adam tapmayaq deyə? Onsuz da yox kimisiniz”.

Naibə Qurbanova paylaşımında su təchizatındakı problemlərin davam etməsini tənqid edərək bildirib: “Əvvəl deyirdiniz əhali supulunu ödəmir, indi ki hər şey şəffafdır – smart sayğac, seyid-peyğəmbər balası kimi təmiz başbilənləriniz, düzgün qurulmuş iş… Bəs onda iki gündür suyumuz niyə gəlmir?”

Jurnalist həmçinin qurumun vətəndaşlarla kommunikasiya siyasətinə də irad bildirib: “Heç nə yox, elə göydən tökülən yağışı yığsanız, məsələ həll olunar. Prosto, onu da bacarmırsınız… Bacardığınız səhifənizdə şərh yerini camaatın üzünə bağlamaqdır. Onu edincə suyun kəsilmə səbəbini yazsanız, daha urvatlı olarsınız”.

Qeyd edək ki, son günlər Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı problemlər barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər paylaşılır. Sakinlər aidiyyəti qurumlardan suyun verilməsində yaranan fasilələrin səbəbləri və bərpa müddəti ilə bağlı operativ məlumatlandırma gözlədiklərini bildirirlər.(Xalq.online)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56