"Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!

Gündəm / Cəmiyyət 25-06-2026, 10:45


Son 10 ildə Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri elektronika məhsulları satan mağazalarla bağlıdır. Şikayətlərin sayına görə birinci yerdə “Kontakt Home” mağazalar şəbəkəsi gəlir.

İllərdir bu şəbəkə müştəri narazılığı, məhsulların qüsurlu çıxması və şikayətlərin çoxluğu ilə gündəmdədir.

Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, şikayətlərin sayına görə ikinci yerdə “Baku Electronics”, “Music Gallery” və digər şəbəkələr gəlir:“Adını çəkdiyim bu şəbəkələrdə çox vaxt aldadıcı reklam kampaniyaları keçirilir. Həmçinin onların endirim kampaniyaları da aldadıcı və saxta olur.

Məsələn, “Kontakt Home” vaxtilə “Şeş qoşa” adlı kampaniya keçirirdi. Şeş qoşa atan müştərilərə məhsul verilirdi. Lakin müştəri məhsulu evə apardıqdan sonra hər hansı problem yarananda onu qaytarmaq və ya dəyişdirmək istəyəndə bildirirdilər ki, məhsul kampaniya çərçivəsində alındığı üçün geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.

“Baku Electronics”də də belə aldadıcı kampaniyalar və endirim aksiyaları tez-tez keçirilir. Əvvəllər “Music Gallery” ilə bağlı şikayətlər yox idi. Bu şəbəkəni “Kontakt Home” aldıqdan sonra oradan da şikayətlər gəlməyə başlayıb”.

E.Hüseynov endirimlə satılan məhsullardan da danışıb. O bildirib ki, mağazalarda qüsurlu çıxan, müştərilər tərəfindən geri qaytarılan və ya texniki servisdə olmuş məhsullar çox vaxt endirimlə satışa çıxarılır:“İstehlakçıların əksəriyyəti bilmir ki, mürəkkəb elektron məhsulların da istifadə müddəti olur. Telefon, televizor, soyuducu, tozsoran və digər elektron məişət avadanlıqlarının hissələrinin hər birinin ayrıca istifadə müddəti var. Zaman keçdikcə həmin hissələrin resursu azalır. Məhsul istifadə olunmasa belə, bəzi hissələr sıradan çıxa bilər.

Endirimə ən çox belə məhsullar çıxarılır. Bu məhsullar uzun müddət anbarlarda qalıb, bəzən isə rütubətli şəraitdə saxlanılıb. Endirimə çıxarılan ikinci əsas kateqoriya isə alındıqdan sonra geri qaytarılmış məhsullardır. Yuxarıda adını çəkdiyim şəbəkələri müştəri məmnuniyyəti düşündürmür. Onlar daha çox qüsurlu məhsulu sataraq gəlir əldə etməyi düşünürlər.

“Kontakt Home” mağazalarından alınmış qüsurlu məhsulların geri qaytarılması və ya problemin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Alıcılar bunu mütləq nəzərə almalıdırlar”.

Tribuna.az

Xəbər lenti

Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39