Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Gündəm / Cəmiyyət 26-06-2026, 11:38


Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.
Bu barədə Tribuna.az-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir: “Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.
İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir: “Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”. Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dövlət satınalmalarında iştirak edən ən böyük şirkətlərdəndir. 2014-cü ilin oktyabrında yaranmış, Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. O, keçmiş Səhiyyə nazirimərhum Oqtay Şirəliyevin qohumudur. Elə şirkətin də faktiki Oqtay Şirəliyevə məxsus olması barədə dəfələrlə mediada məlumatlar yayılsa da, təkzib olunmayıb. Oqtay Şirəliyev nazir olduğu dövrdə “Zeytun Pharmaceuticals” dövlət proqramları çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin təmini ilə məşğul olub. Büdcədə səhiyyə sahəsində nəzərdə tutulan proqramlar üzrə dərman və tibb ləvazimatların tədarükü üçün ən böyük tenderlər də məhz bu şirkətə həvalə edilib. Hətta koronavirus infeksiyasının aşkar edilməsində istifadə olunan spesifik diaqnostik testlərin alınmasını da bu şirkət həyata keçirirdi. Şirkətin qanuni təmsilçisi olan Şirəliyev Bəhruz Əvəz oğlu həm də “Rəvan” futbol klubunun keçmiş vitse-prezidentidir.
Eyni zamanda cumhuriyyet.az xatırladır ki, iki il öncə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən “ZEYTUN PHARMACEUTİCALS” MMC-yə məxsus 10-a yaxın aptekdə əməliyyat keçirilib və məsul şəxslər saxlanılıb. İlkin məlumata görə, “Zeytun”un Xəzər rayonu Binə qəsəbəsində yerləşən və Aslan adlı şəxsin idarə etdiyi, Nizami rayonu, Qarayev prospektində yerləşən və Arzu adlı şəxsin idarə etdiyi, Suraxanı qəsəbəsi, Samir Şərifov küçəsində yerləşən və Elvin adlı şəxsin idarə etdiyi, Sumqayıt şəhərində Dağlar adlı şəxsin idarə etdiyi “Dağlar” aptekdə əməliyyatlar keçirilib. Yuxarıda adları qeyd edilən şəxslər saxlanılaraq material formasında araşdırmalara başlanılıb. Həmin apteklərdə qanunsuz dərman satışı həyata keçirildiyi iddia olunub.(Tribuna.az)
Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31