"Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)

Cəmiyyət 25-07-2026, 16:02


Son günlər sosial şəbəkələrdə Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. İddialara görə onlayn ticarətin sürətlə inkişaf etməsi ənənəvi bazarlara marağı azaldıb.
ATV-yə danışan satıcılar deyir ki, onlayn ticarətin geniş yayılmasından sonra alıcı sayı və satış həcmi əhəmiyyətli dərəcədə azalıb. Satıcılardan biri qeyd edib ki, onlayn satışlardan sonra alver 0-a yaxınlaşıb, "Sədərək” bazarı tam boş qalıb. Digər xanım satıcı isə bildirib ki, hər kəs məhsulu sifarişlə aldığı üçün "Sədərəy”ə çox az adam gəlir, vəziyyət isə çox pisdir.
Bazara üz tutan alıcılar arasında isə əsasən orta və yuxarı yaş qrupuna aid insanlar üstünlük təşkil edir. Onların bir qismi onlayn alış-verişin daha sərfəli olduğunu desə də, digərləri məhsulun ölçüsü, keyfiyyəti və geri qaytarılma prosesində yaşanan çətinliklərə görə ənənəvi alışverişə üstünlük verdiklərini bildirirlər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, onlayn ticarətin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri də vergi güzəştləridir: "Onlayn ticarət ənənəvi ticarətə problem yaradır. Bu, xüsusən də vergi məsələsidir. Hökumət vətəndaşa humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edir. Təbii ki, ənənəvi ticarətə müəyyən problemlər yaradacaq, amma rəqabətin genişliyi müxtəlif kanallar arasında rəqabət aparılması ümumi dövlətin və vətəndaşın xeyrinə olan məsələdir”.

Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi bildirib ki, ticarət mərkəzinin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Sədərək” fəaliyyətini normal qaydada davam etdirir və bağlanması ilə bağlı hər hansı bir məsələ gündəmdə deyil.
Daha ətraflı videomaterialda:

Xəbər lenti

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
12:47
Baş idarəyə yeni rəis təyin edildi - Foto
11:52
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
11:21
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
10:57
Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"
10:19
Milyonlarla büdcəsi olan xəstəxanada cəmi bircə həkim tapıldı! — Bərdədə NƏ BAŞ VERİR? VİDEO
09:49
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
09:28
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
09:09
Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
16:37
"Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)
16:02
Prezident Milix Yevdayevi təltif etdi
15:10
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
12:46
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
12:29
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
12:11
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
11:48
Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO
11:24
Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO
11:01
Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”
09:54