Sumqayıtın 11 saylı məktəbində nə baş verir? – Direktor Şəlalə Hüseynovanın 9 aylıq fəaliyyəti, maliyyə iddiaları və prokurorluq araşdırması barədə məlumatlar

Cəmiyyət / Gündəm 2-11-2026, 12:29

Sumqayıtın 11 saylı məktəbində nə baş verir? – Direktor Şəlalə Hüseynovanın 9 aylıq fəaliyyəti, maliyyə iddiaları və prokurorluq araşdırması barədə məlumatlar


Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru Şəlalə Hüseynovanın fəaliyyəti ətrafında yeni və ciddi iddialar gündəmə gəlib. Məktəbdə Nazirlər Kabinetinin qərarlarının icrası, müəllimlərin geyim qaydaları, şagirdlərin davamiyyəti, dərs növbələrinin bölüşdürülməsi və qeyri-rəsmi pul yığımları ilə bağlı redaksiyaya daxil olan məlumatlar təhsil müəssisəsində idarəetmənin şəffaflığına dair suallar yaradır.

Xüsusilə diqqətçəkən məqam odur ki, təxminən doqquz aydır məktəbə rəhbərlik edən Şəlalə Hüseynovanın bu müddətdə mümkün maliyyə pozuntularına göz yumduğu iddia olunur. Redaksiyaya verilən məlumatlarda məktəbdəki bəzi hallarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparıldığı da bildirilir. Lakin hazırkı araşdırmanın mövcudluğu, predmeti və hansı şəxsləri əhatə etməsi barədə rəsmi təsdiq əldə edilməyib.

Nazirlər Kabinetinin qərarı niyə mübahisə mövzusuna çevrilib?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyiminə dair vahid tələbləri müəyyən edir. Qərara əsasən, geyim işgüzar üslubda olmalı, dünyəvi təhsil prinsipinə uyğun gəlməlidir. Qaydalara əməl olunmasına nəzarət məktəb rəhbərliyinin vəzifələrinə daxildir.

Lakin redaksiyaya daxil olan iddialara görə, Sumqayıtın 11 nömrəli məktəbində həmin tələblərin tətbiqi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Üç müəllimin hicab üzərindən parik taxaraq, daha bir müəllimin isə baş örtüyü ilə dərs keçməsi barədə məlumatlar yayılıb.

Burada əsas məsələ kiminsə dini etiqadı deyil. Sual ondan ibarətdir ki, məktəb rəhbərliyi qəbul edilmiş normativ sənədin tələblərini hansı hüquqi əsaslarla tətbiq edir və bu istiqamətdə Pedaqoji Şura hansı qərarları qəbul edib? Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin sözügedən qərarında hicab ayrıca adla qadağan edilmir.

Maliyyə iddiaları: məktəbdə pul yığımlarına kim nəzarət edir?

Redaksiyaya təqdim olunan əlyazma müraciətdə məktəbin maliyyə və təşkilati fəaliyyəti barədə bir neçə ciddi iddia yer alır.

Müraciətdə bayramlarla əlaqədar müəllimlərdən pul yığılması, bəzi siniflərin növbələrinin dəyişdirilməsində maddi maraqların rol oynaması, həmçinin 11-ci siniflər üzrə müəyyən ödənişlərin tələb edilməsi barədə məlumatlar göstərilir.

Həmin məlumatlarda 50–100 manat və 200 manat məbləğində pul yığımları ilə bağlı iddialar da mövcuddur. Ancaq bu məbləğlərin kimlər tərəfindən, hansı tarixlərdə və hansı məqsədlə toplandığı müstəqil şəkildə təsdiqlənməyib.

Digər ciddi məsələ 8-ci, 10-cu və 11-ci siniflərdə şagirdlərin davamiyyət göstəricilərinin faktiki vəziyyətə uyğun rəsmiləşdirilməməsi barədə iddiadır.

Əgər təqdim edilən məlumatlar təsdiqlənərsə, bu, təkcə məktəbdaxili intizam məsələsi deyil, həm də tədrisin təşkili, maliyyə şəffaflığı və vəzifəli şəxslərin məsuliyyəti baxımından araşdırılmalı hallardır.

- Bəs direktor Şəlalə Hüseynova bu iddialardan xəbərdardırmı? Xəbərdardırsa, hansı tədbirləri görüb?

- Məktəbdə pul yığımlarının qarşısının alınması üçün hansı daxili nəzarət mexanizmləri tətbiq edilib?
- Müəllimlərdən və valideynlərdən daxil olan şikayətlərə necə baxılıb?

Bu suallar cavablandırılmalıdır.

Şəlalə Hüseynova kimin himayəsinə arxayındır? – Eşqi Bağırovun adı niyə çəkilir?

Redaksiyaya təqdim edilən əlyazma müraciətdə daha bir diqqətçəkən iddia yer alır.

Bildirilir ki, direktor Şəlalə Hüseynova bəzi görüşlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırovun adını çəkərək öz vəzifəsinin təminat altında olduğunu söyləyib.

Bu məlumatın həqiqiliyi təsdiqlənməsə də, dövlət rəsmisinin adının məktəbdaxili münasibətlərdə hallandırılması ciddi suallar doğurur.

Görəsən, Eşqi Bağırovun bu iddialardan xəbəri varmı? Direktor həqiqətən belə ifadələr işlədibmi? Əgər işlədibsə, bunun əsası nədir?

Dövlət məktəbinin idarə olunması şəxsi münasibətlərə deyil, qanunvericiliyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanmalıdır.

2023-cü ildə də bu məktəbdə cinayət işi başlanmışdı

Maraqlıdır ki, Sumqayıt şəhər 11 nömrəli məktəbin adı daha əvvəl də maliyyə pozuntuları ilə bağlı prokurorluq məlumatlarında yer alıb.

2023-cü il avqustun 2-də yayılan, Sumqayıt Şəhər Prokurorluğuna istinad edilən məlumatlara əsasən, məktəbdə 2019–2022-ci illəri əhatə edən mümkün mənimsəmə, vəzifə saxtakarlığı və səhlənkarlıq halları ilə bağlı cinayət işi başlanmışdı. Həmin dövr üzrə 27 860 manat və 103 130 manat məbləğində vəsait və əmlakla bağlı şübhələrdən bəhs edilirdi. (No Comment )

Xüsusilə vurğulanmalıdır ki, bu, Şəlalə Hüseynovanın direktor təyin olunmasından əvvəlki dövrə aid araşdırmadır və həmin cinayət işini onun fəaliyyəti ilə əlaqələndirmək üçün əsas yoxdur.

Bununla belə, məktəbdə maliyyə nəzarətinin sonrakı illərdə necə təşkil edilməsi və əvvəlki problemlərin aradan qaldırılıb-qaldırılmaması araşdırılmağa dəyər.

Sumqayıt Şəhər Prokurorluğu yeni iddialara aydınlıq gətirəcəkmi?

Redaksiyaya verilən yeni məlumatlarda məktəblə bağlı hazırda da prokurorluqda araşdırma aparıldığı iddia edilir.

Bu məlumat rəsmi qaydada təsdiqlənmədiyindən, həmin araşdırmanın məhz Şəlalə Hüseynovanın fəaliyyəti ilə bağlı olduğunu söyləmək mümkün deyil.

Ancaq ortada cavablandırılması vacib olan suallar var:
- Məktəbdə maliyyə yoxlaması aparılıbmı?
- Qeyri-rəsmi pul yığımları barədə şikayətlər daxil olubmu?
- Prokurorluqda hazırda məktəblə bağlı hər hansı müraciət araşdırılırmı?

Şəlalə Hüseynovanın 2026-cı ilin fevralında məktəbə direktor təyin olunduğu barədə məlumat yayılmışdı. Deməli, onun rəhbərliyinin doqquzuncu ayında məktəbin fəaliyyəti ilə bağlı yeni iddialar gündəmdədir. (PostMedia)

Sual edirik: məktəb rəhbərliyi dövlətin müəyyən etdiyi qaydaların icrasına, tədrisin keyfiyyətinə və maliyyə intizamına nə dərəcədə nəzarət edir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Şəhər Prokurorluğunun məsələyə aydınlıq gətirməsi ictimai əhəmiyyət daşıyır.

Redaksiya təqdim olunan iddiaların obyektiv araşdırılmasının tərəfdarıdır. Məktəb direktoru Şəlalə Hüseynovanın, adı çəkilən şəxslərin və aidiyyəti dövlət qurumlarının mövqelərini dərc etməyə hazırıq.

Xebermedia.info – Araşdırma materialı.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02