“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”

Mədəniyyət 20-11-2026, 17:11

“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”

2026-cı ilin fevral-mart aylarında Azərbaycan televiziya kanallarında bayağı məzmunlu verilişlərin bağlanması və bir sıra müğənnilərin efirə çıxışının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edildi. Bu addımlar uzun müddət cəmiyyətdə müzakirə olunan efir mədəniyyəti, bayağılıq və etik normalar məsələlərinə münasibətin dəyişdirilməsi məqsədi daşıyırdı.
Bəs bu gün efirlərdə keyfiyyət dəyişikliyi hiss olunurmu?

Mövzu ilə bağlı danışan tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, ilin əvvəlindən görülən tədbirlər nəticəsində efirlərdə bayağılıq və etik qaydaları pozan davranışlar xeyli azalıb:
“Mənə elə gəlir ki, bu ilin əvvəlindən etibarən efirdə bayağı verilişlərin, məişət söhbətlərinin, etik qaydaların pozulmasının və tamaşaçı maraqlarının nəzərə alınmamasının qarşısını almaq istiqamətində atılan addımlar öz təsirini göstərir. Xüsusilə şou-biznes nümayəndələrinin efirdə etik normalara uyğun olmayan davranışları, eləcə də bəzi aparıcıların onlarla eyni səviyyədə çıxış etməsi ciddi problem idi. Hesab edirəm ki, bu halların qarşısını almaq üçün görülən tədbirlər artıq nəticə verir. Hazırda efirdə bu cür hallara, demək olar ki, rast gəlinmir”.
Onun fikrincə, televiziyalar yalnız pul qazanmağı deyil, tamaşaçıya keyfiyyətli məzmun təqdim etməyi əsas məqsəd seçməlidir:
“Bəs televiziya məkanında zövqün və etik normaların qorunması üçün hansı addımlar atılmalıdır? Bunun üçün ilk növbədə hər məsələyə peşəkar yanaşmaq lazımdır. Televiziya fəaliyyəti tamaşaçının maraqları nəzərə alınaraq qurulmalıdır. Əsas məqsəd tamaşaçıya xidmət etmək olarsa, bu cür halların qarşısını almaq mümkündür. Peşəkar yanaşma tələb edir ki, verilişlərin məzmunundan tutmuş iştirakçıların davranışlarına qədər hər məsələdə müəyyən çərçivələr qorunsun. Əgər əsas məqsəd yalnız pul qazanmaq və kimlərinsə reklamını etmək olarsa, bu zaman nöqsanlar da artacaq. Ona görə də televiziya fəaliyyətinin bütün istiqamətlərinə ciddi və peşəkar yanaşılmalıdır”. (Yenisabah.az)

Xəbər lenti

Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49
BAŞIBƏLALI MƏKTƏBƏ MÜƏMMALI TƏYİNATIN SƏBƏBİ NƏDİR?
09:17
Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56