Həkim Benjamin Avraham yazır: SAXTA HƏKİM FABRİKİ

Cəmiyyət 1-05-2026, 16:55

Mən uzun müddətdir ki, beynimi gəmirən bir sualın cavabını araşdırırdım: Küçələri, salonları, tiktok və instaqram səhifələrini zəbt edən bu qədər saxta "həkimlər" harada yetişir? Axı bu qədər savadsız, elementar anatomiyadan xəbərsiz, lakin əlində şpris və cərrahi alət tutmağa cəsarət edən kütlə necə peyda olur? Bəlkə haradasa gizli bir Saxta Həkim Fabriki, Zavodu var?

Axır ki, o "Fabriki" tapdıq. Və mənzərə təxmin etdiyimizdən də qorxuncdur.

Söhbət sadəcə bir-iki nəfərin kənarda, zirzəmidə qeyri-qanuni iş görməsindən getmir. Qarşımızda bütöv bir sənaye, qanunsuzluq üzərində qurulmuş və potensial qatillər yetişdirən böyük bir "fabrik" dayanır. Özünü mütəxəssis adlandıran, lakin arxasında heç bir fundamental tibbi bazası olmayan şəxslər açıq-aşkar kurslar təşkil edir, insanlardan on minlərlə manat (hətta 15.000 AZN) pul toplayır və cəmi 1 ay ərzində onlara "diplom" paylayırlar.
İllərlə davam edən ağır tibb təhsili, yuxusuz rezidentura növbələri, saysız-hesabsız imtahanlarla mənimsənilən Anatomiya, Dermatologiya kimi elmlər, hətta Lipofillinq kimi ciddi cərrahi əməliyyatlar 1 aya orta təhsilli insanlara "öyrədilir". Ən dəhşətlisi isə bu qanunsuz eksperimentlərin "real pasiyentlər" üzərində aparılmasıdır.

Bu "məzunların" daha sonra necə işlədiyini təsəvvür etmək üçün bircə faktı bilmək kifayətdir: bədən üçün nəzərdə tutulmuş ucuz, yüksək sıxlıqlı dolğuların xırda şprislərə doldurulub, ağzının məişət yapışqanı (kley) ilə bağlanaraq tələbələrə satılması və üzə vurulması. Üzün mürəkkəb damar şəbəkəsindən xəbərsiz birinin bu preparatları inyeksiya etməsi qaçılmaz olaraq nekrozlara, sağalmaz toxuma çürüməsinə və ən kritik halda – arteriya şaxələrinin tıxanması nəticəsində ani və geridönməz beyin iflicinə gətirib çıxara bilər. Bu, estetik prosedur deyil, birbaşa qəsddir.

İşin daha acınacaqlı tərəfi bu cinayət şəbəkəsinin cəmiyyətə və hüquqa açıq şəkildə meydan oxumasıdır. "Ölüm olsa da, 100 min verib çıxaram" təfəkkürü ilə fəaliyyət göstərən, insan həyatına bir məişət əşyası kimi yanaşan bu cür qruplaşmalar təkcə tibb sahəsini deyil, cəmiyyətin bütün əxlaqi və hüquqi sütunlarını sarsıdır.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56