Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?

Gündəm / Cəmiyyət 30-06-2026, 10:54



Azərbaycanda illərdir həllini tapmayan çoxmərtəbəli binalardakı "kupça" (çıxarış) problemi indi də tikinti şirkətlərinin əlində vətəndaşları açıq şəkildə istismar etmək üçün alətə çevrilib.

Ölkənin ən böyük tikinti şirkətlərindən olan "Kristal" ətrafında növbəti sənəd qalmaqalı yaşanır.

Şirkətin tikdiyi binalarda mənzil sahibi olan sakinlər çıxarış almaq üçün rəsmi rüsumdan dəfələrlə çox pul tələb olunmasından şikayətçidirlər.

Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, şirkət mənzillərin tam ödənişini etmiş və binanın dövlət qeydiyyatı tamamlanmış sakinlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışın (kupçanın) verilməsi üçün 500 manat nağd pul tələb edir. Tikinti şirkəti bu məbləğin sənədləşmə xərcləri üçün nəzərdə tutulduğunu iddia etsə də, rəsmi rəqəmlər tamamilə fərqli mənzərəni ortaya qoyur.

Tarif Şurasının və daşınmaz əmlakın qeydiyyatı haqqında qanunvericiliyin tələblərinə əsasən, yeni tikililərdə mənzilə ilkin kupçanın verilməsi üçün dövlət rüsumu sabit olaraq 50 manatdır. Mənzilin sahəsinə (kvadratmetrinə) və texniki pasportun hazırlanmasına görə tutulan xidmət haqqı da daxil olmaqla, 60–100 kv.m-lik orta statistik bir mənzilin rəsmi sənədləşmə xərci standart müddətdə (15 iş günü) maksimum 100–150 manat arasında dəyişir. Hətta sənədin 3 gün ərzində, sürətli qaydada çıxarılması üçün ödənilən təcili xidmət haqqı belə bu məbləği 200–250 manatdan yuxarı qaldırmır. Bu isə o deməkdir ki, "Kristal" tikinti şirkəti hər sakindən rəsmi dövlət rüsumundan ən azı 2 dəfə artıq pul tələb edir.

Hüquqi baxımdan, tikinti şirkəti sakinə mənzilin tam ödənişinin edildiyinə dair maliyyə arayışı və müqaviləni təqdim etdikdən sonra onun öhdəliyi başa çatmış hesab olunur (əgər daxili müqavilədə əlavə xidmət bəndi yoxdursa). Vətəndaş həmin sənədlərlə birbaşa ASAN Xidmət mərkəzlərinə müraciət edərək dövlət rüsumunu şəxsən ödəməli və kupçasını almalıdır.

Şirkətin prosesi öz üzərinə götürərək sakinlərdən 500 manat kimi astronomik məbləğ tələb etməsi qanunvericiliyin kobud şəkildə pozulması və vətəndaşın seçmək hüququnun əlindən alınmasıdır. Ödənişlərin hansı əsasla və hansı hüquqi sənədlə (kassa mədaxil orderi yoxsa sadə qəbz ilə) yığılması isə ciddi maliyyə sualları doğurur.

Binalarda yüzlərlə, bəzən minlərlə mənzilin olduğunu nəzərə alsaq, hər mənzildən qanunsuz olaraq artıq alınan 350-400 manat yekunda milyonlarla manatlıq böyük bir qara dövriyyənin yaranmasına səbəb olur. Sakinlər bildirirlər ki, şirkət rəhbərliyi bu məbləği ödəməyənlərə sənədləşmə prosesində süni maneələr yaradır, maliyyə arayışlarının verilməsini gecikdirir.

Yazıda adıçəkilən "Kristal" tikinti şirkətinə ünvanlanan suallar cavabsız qalıb.

AFN.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56